2.15. Bəzək əşyalarının adları Bilərzix`. Bu söz Azərbaycan dili şivələrində “köynəyin qoluna
tikilən köbə” (Tərtər), “qaşsız üzük” (Culfa) mənalarında işlənir:
Köynəx` də bilərzix` olmasa, qolu tez dağılar (Tərtər); Bilərzix`də qaş olmaz, üzüx` də qaş olar; Bilərziyi kişilər taxar, onda qaş olmur (Cul-
fa) (7, 56).
Türk ədəbi dilində bilezik sözü “biləyə taxılan bəzək halqası;
quyuların ağzına qoyulan halqa şəklindəki daş və ya metal; müxtə-
lif alətlərdə halqa şəklindəki parça” mənalarını ifadə edir: Tombul bir kola gömülmüş platin bilezik gibi kibar (Refik H.Karay); “Boru
bileziği, sütun bileziği, kuyu bileziği” Ekleri bir-birine tutturan bile- zikler ise çubuğun kıymetine göre altın, gümüş ya da üzerine zümrüt, yakut ve mücevherle işlenirdi (Samiha Ayverdi) (68, 367).
Qədim türk dili abidələrində bilezük urınmak “bilərzik taxınmaq”
söz birləşməsi şəklində təsadüf olunub (103, 33).