ZabiTƏ teymurlu


  Bağ və bostanla bağlı sözlər



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə82/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

2.16.  Bağ və bostanla bağlı sözlər 
Qaysı//Qəysi. Bu söz Azərbaycan dilinin Bakı dialektində “ərik”; 
Ağcabədi şivəsində “qurudulmuş ərik” mənasında işlənir: Qəysidən 
qəysəvə pişiririx` (Ağcabədi) (7, 289, 294). Azərbaycan dili şivələrin-
də  qaysı ərik  (Ağcabədi,  Bərdə,  Tərtər)  sözünə  “şirintumlu  ərik” 
mənasında, qaysı mişmişi (Dərbənd) sözünə isə “ərik növü adı” mə-
nasında təsadüf olunub: Qaysı ərik saxlamağa yaxşıdı (Bərdə);  Qaysı 
mişmişinü tumu yiyilədi (7, 289).  
Türk ədəbi dilində кayısı «əriк» mənasını ifadə edir (75, 622). 
Azərbaycan ədəbi dilində də qaysı sözü işlənir: Allahyar beş-on gir-
vənkə düyü, kişmiş, qaysı aldı. İki kəllə qənd götürdü (İ.Şıxlı) (10, 85). 


Zabitə Teymurlu 

 
70
 

 
Cağala//cağla. Azərbaycan dili şivələrində (Çənbərək, Dərbənd) 
“kal, yetişməmiş meyvə” mənasını ifadə edir: Mən mişmişi yiğmağ 
istədüm, cağladı (Dərbənd) (7, 70). 
Cağla sözü türk ədəbi dilində “kal, yetişməmiş meyvə, bəzi mey-
vələrin tam yetişməmiş halı” mənasında işlənir: Kaşlarını ok-şarken 
çağla bâdemlerinin hafif tüylü kadifesi, fakat gıdıklayıcı temâsını du-
yarım (Refik H.Karay) (68, 513). 
Cəviz. Bu söz Azərbaycan dilinin Ağcabədi, Cəbrayıl, Culfa, La-
çın, Naxçıvan, Ordubad, Şərur, Zəngilan şivələrində “qoz” mənasın-
da işlənir: Cəviz meşələrdə də çoxdu (Zəngilan);  Mənə bir az cəviz ver 
yeyim; Cəviz bu kətdə çox olur (Ordubad) (7, 74). 
Türk ədəbi dilində də ceviz sözü eyni mənanı ifadə edir (75, 188): 
Kezban, sana ceviz sucuğu vereceğim dedi (Ömer Seyfettin) (68, 481).  
Ceviz sözü ərəb dilindən (cevz) alınma sözdür: Cevizağacı, ce-
vizli, cevizlik, ceviz tatlısı... (80, 118). 
Əriк. Azərbaycan dilinin Dərbənd, Quba dialektində “cır alça” 
mənasında işlənir (7, 164). 
Türk ədəbi dilində erik şəklində işlənib “alça, gavalı” mənasını 
ifadə edir (75, 344): Yumru yumru vе кocamış bir еriк ağacının iyicе 
darlaştırdığı кöşеdеn doкtor ay ışığına çıкıvеrdi (127, 166). 
Ocax. Bu söz Azərbaycan dilinin Kürdəmir şivəsində “yuva (xi-
yar və s. əkmək üçün çala)” mənasını ifadə edir: Otuz ocax yerpənə-
gim var (7, 379). 
Ocak leksik vahidi türk ədəbi dilində “bostanlarda, tarlalarda 
tərəvəz əkmək üçün ayrılmış yuva” mənasında işlənir: Domates oca-
ğı; Salatalık ocağı; Ocak açmak; Ocak yapmak;  Çevrem gül ocağı, gül 
fidanı (Muallim Naci) (70, 2375).  
Pazı. Azərbaycan dilinin əksər şivələrində “çuğundur” məna-
sını ifadə edir: Bi:lki pazı bıldırkınnan yaxşı oluf xeylax (Gədəbəy); 
Pazı da de:rix`, çuğundur da (Şəmkir) (7, 394). 
Türk ədəbi dilində pazı sözü “yabanı çuğundur” mənasında iş-
lənir (70, 2476).  



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin