Şəltə. Azərbaycan dili şivələrində (Böyük Qarakilsə, Gədəbəy,
Gəncə, Qazax, Qusar) “cır-cındır; köhnə palaz; köhnə yorğan-döşək”
mənalarını ifadə edir: Öyündə iküş şəltədən savayı nə var kın? (Gədəbəy); Bu ku lap şəltədi (Böyük Qarakilsə) (7, 462).
Türk ədəbi dilində şilte sözü “üzərində yatılan və ya oturulan
içi yun, pambıq və b. ilə doldurulmuş döşək və ya döşəkçə” məna-
sında işlənir: İpek şiltelere diz çökmüş yorgun vezirler önlerindeki halının renkli nakışlarına bakıyorlar (Ömer Seyfettin) (70, 2955).
Vərdənə. Azərbaycan dilinin dialekt leksikasında (Ağbaba, Ağ-
dam, Astara, Lerik, Naxçıvan, Ordubad, Şuşa, İrəvan, Zəncan) “yoğun
oxlov” mənasında işlənir: Xəmri kündəlirix, vərdəneynən vərdənəli:rıx, oxlovnan açırıx (Ordubad); Kündəi əvvəlcə vərdənəynən yayıllar, ox- leynən də yuxa:çıllar(Şuşa) (7, 533).
Türk ədəbi dilində merdâne “müxtəlif yerlərdə müxtəlif məq-
sədlər üçün istifadə olunan silindrşəkilli alət” mənasını ifadə edir:
matbaa merdânesi, hamur merdânesi, ziraat merdânesi (75, 759).
İlhan Ayverdi bu sözün fars dilindən keçdiyini qeyd edir: verdene> verdāne. “Yine merdâne geçirmiş gibi yatkın bir yüz/Ki hayâ nâmına tek ârıza bilmez dümdüz” (Mehmet Âkif) (69, 2012).