ZabiTƏ teymurlu


Azərbaycan dilinin dialekt leksikası



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə93/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Azərbaycan dilinin dialekt leksikası 

 
77
 

 
mənada işlənir. Lakin Azərbaycan ədəbi dilində bu söz fərqli məna-
lar ifadə edir. Türk ədəbi dilndə “canlı, hərəkətli, cəld və bacarıqlı” 
mənasını ifadə edən qıvraq sözü isə Azərbaycan ədəbi dilində “sağ-
lam, möhkəm, gümrah, səhhətcə yaxşı; yüngül, kip, bədənə yapışan, 
hərəkətə mane olmayan (paltar,  ayaqqabı  və s. haqqında)” fərqli 
mənalar ifadə edir. Azərbaycan dili dialektlərində düzəltmə əlamət 
və keyfiyyət bildirən sözlərə də təsadüf edilir. Bu sözlər eyni və ya 
yaxın mənalarda türk ədəbi dilində də işlənir. Məsələn,  dayanıxlı 
“davamlı, tab gətirən, səbirli” sözü dayan feilinə qədim -ık, -ik isim 
düzəldən şəkilçisinin əlavəsi ilə düzəlir. Buna alçax, qıvrax və s. or-
taq sözləri də əlavə edə bilərik. Ümumiyyətlə, türk dillərində isim 
və sifət düzəldən şəkilçilər çox deyil. Lakin qədim türk dillərində bu 
şəkilçilərin çoxluq təşkil etdiyi ehtimal  olunur (118,  99). İndi isə 
əlamət və keyfiyyət bildirən leksik vahidləri təf-silatı ilə nəzərdən 
keçirək: 
Alçax. Bu söz Azərbaycan dilinin Qazax dialektində “sadə” mə-
nasında işlənir: Urusdamın yaxşı xəsyəti var, alçax adamdı (7, 21). 
Alçax sözü türk mənşəlidir. Bu söz alt sözünə -çak şəkilçisinin 
əlavəsi ilə düzəlmiş: altçak-altçak /alçak. -Çak, -çək şəkilçisinə digər 
türk dillərində də təsadüf olunur: altay dilində balaçak (bala+çak), 
xakas dilində turajak (tura“ev”+jak), türkmən dilində dövünçek (dö-
vün “düyün”+çek) (118, 101). Alçak sözü qədim türkcədə “təvazökar, 
yavaş, sakit” mənalarını ifadə edib (103, 7). 
Türk ədəbi dilində bu söz gönüllü sözü ilə birliкdə işlənərəк 
“təvazökar, sadə” mənasını ifadə edir: Yiğit bir alçaк gönüllüğün dеv 
gibi yontulmuş hеyкеlinе bеnziyordu  (127,  138).  Ordubad  şivəsin-
də alçax könül “sadə qəlbli” ifadəsinin tərkibində müşahidə edilmiş-
dir. Alçax “sadə təbiətli” sözü Azərbaycan dilinin Urmiyə şivəsində 
də işlənir. Haqqında bəhs olunan leksik vahidə (alçaq) Həsənoğlu-
nun qəzəlində təsadüf olunmuşdur: Hüsn içində sanə manənd olma-
ya, Əsli yuca könlü alçağum bənüm (27, 231).  
Assı. Bu söz Azərbaycan dilinin Dərbənd şivəsində “hirsli, acıqlı 
(adam)” mənasında işlənir: Bizin Məmmədağa assı adamdı (7, 27). 
As mənşəyinə görə türkcədir (80, 42). Türk ədəbi dilində mə-
cazi mənada asık sözü “üzüntülü və sərt üz ifadəsi” deməkdir (75, 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin