Türk ədəbi dilində alaca sözü “qarışıq rəngli, qarışıq rəng” mə-
nasını da ifadə edir: Üzerinde bir köylü entarisi, başında alacalı bez yemeni vardır (Refik H.Karay) (68, 88 ).
Bağırdağ. Bu söz Azərbaycan dilinin Quba, Salyan, Şəki, Zaqa-
tala şivələrində “bələkbağı, uşağı beşiyə bağlamaq üçün parçadan
hazırlanan enli bağ” mənasını ifadə edir: Bağırdağı gəti, uşağı bağ- la, yıxılmasın (Şəki); Bağırdağı çox çəkmə, uşax boğular (Zaqatala);
Uşağın belinə bağırdağı bərk çək ki, yü:rüx`dən yıxılmasın (Salyan) (7,
35); Uşağı bələyəndə bağırdağları bərk çək, uşağ yıxılmasun (Quba)
(53, 230). İraq türkmənlərinin dilində bağırdaq sözü “bələkbağı,
qundaqbağı; beşikbağı” mənalarını daşıyır (45, 343): Bağırdağ sa- çaqları, gözümə dalda durdu (39, 346).
Türk ədəbi dilində bağıldak “beşiktə uşağın qundağını bağla-
yan enli bağ”(75, 100), bu dilin bir çox şivələrində (Konya, Çorum,
Isparta, Ordu, Ankara,…) isə bağardak, bağırdak şəklində “uşağın
düşməməsi üçün beşiyə sarınan bağ” mənasında işlənir (53, 230).
İ.Z.Eyuboğlu türk mənşəli bağlamak sözündən bağ-ı-l-dak (be-
şikdə yatan uşağın düşməməsi üçün beşiyə sarılıb bağlanan örtü
ya da enli bağ) leksik vahidinin əmələ gəldiyini qeyd edir (80, 64).
Türk ədəbi dilində qeyd olunan leksik vahidin həm bağıldak,
həm də bağırdak şəkli qeyd olunub (68, 256).
Bu leksem “Şühədanamə”də (XVI əsr) “beşiyin üstündən çəki-
lən ip, beşikbağı” mənalarını ifadə etmişdir. Məs.: Çun yəxşicə bax- dı gördi kim, beşiknün bağırdağı açılub… (37, 28).