ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə73/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

2.14.  Geyim və parça adları 
Dilçilikdə geyim adları da məişət leksikasında öyrənilir:  
Ağ. Bu söz Azərbaycan dilinin Xaçmaz, Salyan, Şəmkir şivələrin-
də “alt tumanın və ya şalvarın ortası” mənasında işlənir: Gədənin şal-
varının ağı cırılıf, mərəkədə biyavır oluf (Şəmkir) (7, 13).  
Türk ədəbi dilində də Azərbaycan dialektlərində qeyd olunan mə-
nanı ifadə edir: Ertesi gün poturunun ağına mektubu diktiler (Ömer 
Seyfettin) (68, 38). “Divanü  lüğat-it türk” əsərində ağ sözü “iki ayaq, 
paça arasındakı boşluq” mənasında qeyd olunub: yüz at məninq ağ-
dın keçti  “ayaqlarımın arasından yüz atlı keçdi”. Eynən barmaqlar 
arasındakı boşluq kimidir (41, 147). 
Alaca. Azərbaycan dili dialektlərində (Cənubi Azərbaycan) “əl-
də toxunan şal parça” mənasında işlənir: Alacadan bir dəs paltar tih-
didim (7, 18).  
Alaca sözü türk ədəbi dilində “bir neçə rəngli iplikdən hazırlan-
mış parça” mənasını ifadə edir (75, 34). Anadoluda çox məşhur par-
ça növüdür: “Pamuklu alaca”, “İpekli alaca” Alaca denilen kumaşla 
nasıl keklik avlandığını anlattı (Refik H.Karay) (68, 87).  
Azərbaycan dilinin Şəki dialektində alacalı sözü “rəngbərəng” 
mənasını ifadə edir: Xanımın alacalı tirməsi var (7, 18). Bu da ehti-
mal  verir ki, Cənubi Azərbaycan dialektlərində “əldə toxunan şal 
parça” mənasını ifadə edən alaca sözündə də rəngbərənglik ifadəsi 
vardır. Ola bilsin ki, əldə toxunan şal parça müxtəlif rənglərdən iba-
rətdir. 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin