vaxtı gə (Ucar) və “vaxt” (Tovuz): Büyün öynəmizi belə keçirdix` (To-
vuz);Qış öynəsi çox şaqqa olur (Tovuz) mənasında işlənir (11, 390).
Bu söz türk ədəbi dilində öğle şəklində işlənir və “günün orta
vaxtı” mənasını ifadə edir: Sabahı beklemek öğleni, öğleni beklemek akşamı beklemek gibi bir ruh gevşekliğini doğurur (136, 47). Qeyd
olunan leksik vahidə Türkmən dilində öyle “günortadan sonrakı
vaxt”, Nogay dilində üyle “günorta vaxtı” mənalarında təsadüf olu-
nub. H.Eren türk dilində işlənən öğle şəklini etimoloji inkişafın nə-
ticəsi olaraq qəbul etmir (78, 313). B.Əhmədov öy sözünün əvvəlcə,
öq, daha sonra öğ şəklində olduğunu qeyd edir. O, müqayisə üçün
üyüt-üğüt-üqüt, söyüd-söğüd-söqüd kimi sözləri verir (20, 122).