2.3. İnsanın bədən üzvlərinin adları
Bədən üzvlərinin adları dilin leksikasının ən qədim qatlarından
birinə mənsubdur:
Bağır. Azərbaycan dilinin Gəncə, Kürdəmir, Qax, Qazax, Mingə-
çevir, Şəki, Şəmkir, Şuşa şivələrində “qaraciyər”: Bağır kavavı yaxşı
olur (Şəki); Qoyunun bağrınnan yaxşı kavaf yedix`; Lət ürəx`də olsa
öldürər, öhvədə olsa öldürər, bağırda olsa öldürməz, zayıf olar (Qazax);
Ağdam, Cəlilabad, Füzuli, Kürdəmir, Quba, Şəki şivələrində “ürək,
Azərbaycan dilinin dialekt leksikası
37
qəlb” mənasında işlənir: Qorxudan unun bağrı yarıldı (Quba); İstidən
bağrım çatdadı (Şəki) (7, 35).
Bağrı yarılmaq (ölmək; bərk qorxmaq, dəhşətə düşmək), bağ-
rı çatlamaq (davam gətirməyib ölmək, ürəyi partlamaq; ürəyi bərk
darıxmaq) frazeoloji birləşmələrə Azərbaycan ədəbi dili nümunələ-
rində də rast gəlinib: Bir çoxları qızın bağrı çatlamış olduğunu zənn
edərək təəssüflənirdi (M.S.Ordubadi); Uşaq olmasaydı qızın bağrı çat-
lardı (M.S.Ordubadi); Danışanda adamın gözünün içinə bir tövr baxır
ki, az qalır adamın bağrı yarılsın (Ə.Haqverdiyev) (10, 200-201).
Qədim türkcədə baγur şəklində işlənib. Uyğur dili üçün bağir
şəkli səciyyəvidir. (108, 61).
Türk ədəbi dilində bağır “qaraciyər; köks, qucaq; qəlb, ürək; iç,
ön, orta; orta hissə (ox, yay və dağda)” mənalarını ifadə edir (75,
100): Of of kemirir bağrımı of ince hastalık (Orhan V.Kanık). Bura-
da bağır sözü “ciyər” mənasında işlənib; Bağrı çıplak, yalın ayaktı
(Yakup K. Karaosmanoğlu). Burada bağır sözü “sinə” mə-nasında
işlənib; Bağrımda bir çalkanış, bir coşkunluk var (Refik H.Karay);
Her yaz şimale doğru asırlarca bir koşu / Bağrımda bir akis gibi kal-
mış uğultulu (Yahya Kemal). Burada bağır sözü “qəlb, ürək, könül”
mənasını ifadə edir (68, 255).
Klassik ədəbi nümunələrin dilində də bağır sözü, əsasən, “ürək”
mənasında çox işlənmişdir. Məs: Bağrıqaranın qaraldı bağrı (Xətai);
Hicri bağrın qan edən gülbərgi – xəndanım hanı? (Füzuli) (48, 105).
Qədim türk dilində bağır sözü “köks, ciyər, sinə; ağciyər; qara-
ciyər; ürək” mənalarında işlənib (103, 22).
Sırt. Bu söz Azərbaycan dili şivələrində (Hamamlı, Qazax) “om-
banın başı” (Qazax); “çiyin” (Hamamlı) mənalarını ifadə edir: Bu
moşəyi götü sırtına (Hamamlı); Bə:z adamlar oturanda sırtı ağre:r
(Qazax) (7, 434).
Sırt leksik vahidi türk ədəbi dilində “boynun arxası ilə bel ara-
sındakı məsafə”ni ifadə edir (70, 2784): ...sırt üstü yatağına uzana-
rak istirâhat ederdi (126, 39). Dilçilikdə sırt sözünün üç mənası
qeyd olunur: 1.arxa 2.qıl, qalın qıl 3.dağın başı. Clauson birinci mə-
nanı ən qədim məna adlandırır. İkinci və üçüncü mənanın da birinci
|