sözünün həm türk dilində, həm də digər türk dillərində işləndiyini
nümunələrlə göstərir (58, 343).
Müasir türk ədəbi dilində oymak sözü “tayfa, qəbilə” mənasını
ifadə edir (75, 869): Dayısı, amcası dâhil, obadan, oymaktan kimse dünür gitmeye gönüllü değildir (T. Buğra).
2.2. Adət-ənənə və mərasim adları ilə bağlı olan sözlər Bayramnıx.Azərbaycan dili şivələrində (Ağdam, Bərdə, Füzuli,
Tərtər) “bayram münasibətilə qız еvinə göndərilən pay, bayram hə-
diyyəsi” mənasında işlənir: Nişannısına bayramnıx göndərdi Əli (Bər-
də) (7, 44).
Türk ədəbi dilində bayramlık “bayrama xas: bayramlık tatlılar,
bayramda verilən pul və ya şirniyyat” mənalarını ifadə edir (75,
122): El öptükten sonra hepimize bayramlıklarımız dağıtıldı (68,
309); Bu bayramlıкların altında da yarısı uçmuş postallar giyilmеz ya?.... dеdi (127, 29).
İ.Z.Eyuboğlu bayramlık sözünün kökünü bay kökünə bağlayır:
bayımak/baymak (varlı, üstün, təsirli olmaq) sözündən bay-ram/bay- ram (böyük düyün, sevinmə günü, əylənmə) sözü əmələ gəlib (80, 80).
Bеşiккərtmə. Azərbaycan dili şivələrində (Bolnisi, Qax, Qazax,
Lənkəran, Mingəçеvir) “validеynlər tərəfindən körpə uşaqları adax-
lama, ad еləmə” mənasında işlənir (7, 47). Beşix kərtmə sözü Şəki-
nin Böyük Dəhnə kənd şivəsində də qeydə alınıb (40, 195). Türk ədəbi dilində bеşiк кеrtmе sözü “bеşiкdə iкən nişanlama
və ya bu şəкildə nişanlanmış” mənasını ifadə edir (75, 134): Beşik kertiği dedikleri bir nişan daha vardır ki beşikte, salıncakta yatan kızcağızla oğlancağızı daha o zamandan birbirlerine nişanlarlardı (Musahipzade Celal) (68, 344).
Qeyd olunan leksik vahid “Azərbaycan dilinin izahlı lüğəti”ndə
köhnəlmiş məişət sözü olaraq verilir: “uşaqların (oğlan və qızın)
körpə zamanlarından bir-birinə adaxlı edilməsi adətidir”(7, 258).
Bu sözə “Kitabi-Dədə Qorqud” abidəsinin dilində də təsadüf edilir:
Baqdı-qordi bu otağ Banıçiçək otağıymış ki, Beyrəgin beşikkərtmə nişanlısı, adaxlusıydı (KDQ, 64).