Fəslə aid suallar:
1. Azərbaycan dilinin formalaşması tarixi haqqında məlumat verin.
2. Azərbaycan dili dialektlərinin öyrənilməsində hansı tədqiqat iş-
ləri aparılmışdır?
3. Dialektologiyanın mövzusu və əsas anlayışları haqqında ətraflı
yazın.
4. Dildə dialekt fərqlərinin əmələ gəlməsinin əsas səbəbi nədir?
5. Azərbaycan dilinin dialekt bölgüsü haqqında geniş məlumat verin.
6. Azərbaycan dili dialektlərinin fonetik və morfoloji xüsusiyyətlə-
rini yazın.
Azərbaycan dilinin dialekt leksikası
25
II FƏSİL
AZƏRBAYCAN DİLİ DİALEKTLƏRİNDƏ
AD BİLDİRƏN SÖZLƏR
Azərbaycan dilinin dialekt leksikasına aid olan sözlərin müəy-
yən hissəsi daha məhdud dairədə, müəyyən hissəsi isə nisbətən
geniş dairədə işlənir. Bu sözlərin bəziləri nisbətən geniş dairədə
işləndiyinə, bəziləri isə termin səciyyəli olduğuna görə Azərbaycan
ədəbi dilində də özünü göstərir. Təsadüfi deyil ki, bu leksik vahidlə-
rə Azərbaycan dilinin orfoqrafiya lüğətində də yer verilmişdir. Dia-
lekt sözlərin bir qismi isə ədəbi dilə daxil olmamış, xalqın danışıq-
məişət nitqinin malı olaraq qalmışdır.
Azərbaycan dili dialektlərində və türk ədəbi dilində qarşılaşdı-
ğımız leksik vahidlərin böyük əksəriyyəti türk mənşəlidir. Türk di-
linin leksik tərkibinin əsas hissəsini təbii ki, xalis türk mənşəli söz-
lər təşkil edir. Ancaq bu sözlər içərisində ərəb, fars, yunan mənşəli
sözlərə də təsadüf olunur. Tarixi-coğrafi şərait baxımından qeyd
etdiyimiz sözlərin bəzilərinin yunan mənşəli olması diqqətimizi xü-
susilə cəlb etdi. Fars mənşəli –riçal “əncirdən bişirilmiş mürəbbə”,
vərdənə “yoğun oxlov”, mərmərşə “parça adı”, mintənə “geyim, pal-
tar adı”, dilbəstə “vurğun”, dilbaz “dilli-dilavər”; ərəb mənşəli – sahan
“dərin mis qab”, əssah (“dəqiq, səhih”, nüktəli “eyhamlı”,
saqat “şikəst”; yunan mənşəli – anahtar “açar”, balgöz “daş sındır-
maq üçün çəkic” və s. kimi sözlər bu qəbildəndir. Həm Azərbaycan
dili dialektlərində, həm də türk ədəbi dilində tədqiqata cəlb etdiyi-
miz türk mənşəli sözləri qədim türk təbəqəsinə aid sözlər hesab
edə bilərik. Bu sözlər türk dilinə özləşmə hərəkatı nəticəsində daxil
olmayıb. Bilindiyi kimi, XX əsrin ortalarından başlayaraq M.K.Atatür-
kün türk dilində apardığı özləşmə siyasəti ilə bağlı olaraq bu dildə
alınma sözlərin əksəriyyəti yenisi ilə (qədim türk sözləri, türk dili-
nin dialektlərində işlənən sözlər, qondarma sözlər) əvəz olunub.
Tədqiqat nəticəsində türk dilində ortaya çıxardığımız sözlər Azər-
baycan dili dialektlərində işlənməsi baxımından qədimdir və bu
sözlər qondarma sözlər deyil, xalis türk mənşəli sözlərdir.
|