ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə19/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
20
 

 
Doğrudur, şimal-qərb şivələrində qədim, yerli xüsusiyyətlər də 
qorunub saxlanır. Lakin bu zonanın şivələri dil xüsusiyyətləri baxı-
mından daha çox qarışıq xarakterdə olduğundan E.Əzizov öz təsni-
fatında həmin şivələri əsas ləhcə kimi ayıra bilmir, qarışıq tipli şi-
mal-qərb şivələri kimi verir. “Dialekt xüsusiyyətləri baxımından qa-
rışıq xarakterdə olan şimal-qərb şivələri (Şəki, Oğuz, Qax, Zaqatala, 
Balakən) əsas etibarilə yerli əhalinin şivələri ilə gəlmələrin dialek-
tinin  əlaqəsi  nəticəsində formalaşmışdır.  Bu  şivələr  bir  sıra  yerli 
əlamətlərlə  yanaşı (şimal xüsusiyyətləri, spesifik intonasiya, sub-
strat elementlər) Azərbaycan dilinin qərb və cənub ləhcələri üçün 
səciyyəvi olan xüsusiyyətlərə də malikdir. Bu şivələr fonetik, qram-
matik və leksik xüsusiyyətləri baxımından qarışıq xarakterdə oldu-
ğundan dildə xüsusi ləhcə əmələ gətirmir” (27, 278). 
Bir sözlə, dialektlərimizin lüğət tərkibi dilimizin ən qədim dövr-
lərinə aid söz və ifadələri mühafizə edib saxlayan zəngin və dəyərli 
leksik qatlara malikdir. Musa İslamov dialektlərimizin leksikasını 
zəngin  xəzinə  adlandırır.  O,  bu  xəzinəni  tədqiq  edib  öyrənmənin 
həm nəzəri, həm də əməli cəhətdən əhəmiyyətli olduğunu qeyd edir 
(40, 180). 
Azərbaycan dili müstəqil Azərbaycan Respublikasının dövlət 
dilidir və bu dilin özünəməxsus dialektləri vardır. Göründüyü kimi 
türk dilinin dialektləri heç də Azərbaycan dili, türkmən dili, qırğız 
dili deyil. Bu dillər müstəqil respublikaların müstəqil dilləridir. 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin