ZabiTƏ teymurlu


Azərbaycan dilinin dialekt leksikası



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə16/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Azərbaycan dilinin dialekt leksikası 

 
17
 

 
lekt bölünməsində M. Şirəliyevin bölgüsü əsas götürülmüşdür. Son 
illərdə E.Əzizov elmi şəkildə əsaslandırmışdır ki, M.Şirəliyevin təs-
nifatı Azərbaycan dilçiliyinin müəyyən bir mərhələsi üçün məqbul-
dur, bütünlükdə isə bu bölgü dilin dialekt bölünməsini dolğun şəkil-
də əks etdirə bilməməsi baxımından bir sıra qüsurlara malikdir (25, 
94). M.Şirəliyevin təsnifatının nöqsanlı cəhətlərindən danışarkən, 
əsasən, aşağıdakıları göstərmək olar: M.Şirəliyevin təsnifatında əsas 
etibarilə Azərbaycan Respublikasının ərazisindəki şivələr əhatə olu-
nur, başqa ərazilərdəki şivələr isə kənarda qalmışdır; Azərbaycan 
dili şivələrinin cənub qrupuna Yerevan şivəsi aid edilir, Ermənis-
tanda  vaxtilə  azərbaycanlıların  yaşadığı  digər  ərazilərin  şivələri 
isə (Göyçə, Böyük Qarakilsə, Hamamlı, Dağ Borçalısı, Dərələyəz, Qa-
rakilsə, Qafan və s.) kənarda qalır. E.Əzizov Azərbaycan dilinin in-
diki Ermənistan ərazisində tarixən mövcud olmuş  şivələrini (Göyçə 
mahalında, Böyük Qarakilsə, Hamamlı, Karvansaray və Dağ Borça-
lısı (Calaloğlu, Barana) bölgələrində yaşamış azərbaycanlıların şi-
vələri Azərbaycan dilinin qərb ləhcəsinin Qazax-Borçalı şivələrinə 
uyğun olduğunu qeyd edir (27, 297). M.Şirəliyevin əvvəlki bölgüsün-
də Dərbənd şivəsi olduğu halda, sonralar bu şivə təsnifatdan çıxa-
rılır. Məlumdur ki, dilin dialekt bölünməsi zamanı qarşıqoyulan əla-
mətlər  əsas  götürülməlidir,  yəni  dialekt  qrupları  üçün  səciyyəvi 
olan əlamətlər bir-birindən fərqlənməlidirlər. Bu səbəbdən Dərbənd-
Tabasaran şivələrinin spesifik xüsusiyyətləri həmin şivələri şimal-
şərq ləhcəsinin daxilində ayrıca bir şivə qrupu kimi (Dərbənd qru-
pu) fərqləndirməyə imkan verir (27, 294).  
Şivə məhəlli dialektlərin daha bölünə bilməyən ən kiçik vahi-
didir. O, bir və ya bir neçə yaşayış məntəqəsi sakinlərinin nitqində 
meydana çıxır. Başqa sözlə deyilsə, şivə dilin ərazi cəhətdən birləş-
miş kiçik kollektivin ünsiyyətində işlədilən növüdür. Əsas dil xüsu-
siyyətləri yaxın və ümumi olan bir neçə  şivələr qrupu əmələ gətirir. 
Məsələn, Muğan şivələri qrupu, Naxçıvan şivələri qrupu və s. 
Ləhcə dilin dialekt bölünməsinin ən böyük vahididir. Ləhcə di-
lin öz aralarında digər şivələrdə olmayan bir sıra ümumi əlamətlər-
lə əlaqələnmiş şivə qruplarını birləşdirən böyük hissəsidir. Geniş 
bir ərazini əhatə edən ləhcələr dilin qarşıqoyulan ərazi hissələri şək-
lində fərqlənir, dilin tərkib hissələrini təşkil edirlər. 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin