və şivələrin tədqiqi tarixi Azərbaycan dili dialektlərinin böyük əksəriyyəti vaxtilə tədqiq
edilmiş və həmin dialektlərə aid dəyərli əsərlər yazılmışdır. Əhməd
Cəfəroğlu türkiyat məsələlərinin, xüsusilə də Azərbaycan dilinin
tədqiqində Məhəmməd Əli Mirzə Kazımbəyin müstəsna xidmətləri
olduğunu qeyd edir. “Türk dili haqqında araşdırmaların son dərə-
cə ibtidai vəziyyətdə qaldığı bir zamanda Azəri ləhcəsi ilə bağlı kim-
sənin məlumatının olmadığı bir dövrdə Mirzə Kazımbəy bu sahəni
özünə bir elmi fəaliyyət meydanı seçmiş və ilk Azəri ləhcəsi qram-
matikası ilə müqayisəli türk dili qrammatikasını yaratmışdı. Mirzə
Kazımbəyin 1839-cu ildə Qazanda nəşr edilən “Türk-tatar dilinin
qrammatikası” adlı əsəri türk dilinin tarixinin öyrənilməsi üçün bir
açar rolunu oynamaqdadır” (18, 314, 316). Qeyd olunan əsərində
Qazan tatarlarının dilini tədqiq edən Mirzə Kazımbəy ilk dəfə elm
aləmində Azərbaycan dili məsələlərindən bəhs etmiş və beləliklə,
ilk müqayisəli türk dilləri tədqiqatına başlanılmışdır.
Dilçiliyimizin bir qolunu təşkil edən Azərbaycan dialektologi-
yası sahəsində də xeyli işlər görülmüş, maraqlı araşdırmalar aparıl-
mışdır. Azərbaycan dili şivələrini öyrənmək və bunların lüğətini top-
lamaq məqsədi ilə tədqiqatçılar tərəfindən 1924-cü ildən 1930-cu
ilədək 60 minə yaxın dialekt sözü toplanmışdır. Bu sahədə qazanı-