Dialekt –şivə, şivələr qrupu və ləhcəni ifadə etmək üçün işlə-
dilən termindir. Dialekt termininin şivədən böyük, ləhcədən kiçik
dil vahidi mənasında anlaşılması dilçilikdə artıq köhnəlmişdir. M.
Şirəliyev dialekt terminini dilin dialekt bölünməsinin əsas vahidlə-
rindən biri kimi işlədir, halbuki, dialekt termini ümumiyyətlə dilin
məhəlli formasını bildirən bir termin olduğu üçün ondan həm şivə
qrupunu, həm də ayrıca bir ləhcəni ifadə etmək üçün istifadə etmək
olar. Yunanca “danışıq, şivə” mənasını verən dialekt termini bölün-
məzlik xarakterinə malikdir (27, 297).
Dialekt anlayışı altında dilçilikdə dilin məhdud ərazidə işlədilən
növü nəzərdə tutulur. Dildə dialekt fərqlərinin əmələ gəlməsinin
əsas səbəbi dil birliyinin müxtəlif qruplaşmalarının nisbi təcrid olun-
ması və əlaqənin zəifləməsidir. Bu cəhətdən ünsiyyəti çətinləşdirən
amillər sırasında fiziki-coğrafi qəbildən olan amillər (dağ silsilələri,
su mənbələri, meşə massivləri, səhralar və s.) daha aparıcıdır. Ümu-
miyyətlə, dialektlərin fərqlənməsində ərazi amili əsasdır.
Bütün bunları nəzərə alaraq E.Əzizov Azərbaycan dilinin dia-
lektlərini 3 dialektə (ləhcəyə) bölür: şimal-şərq ləhcəsi; qərb ləhcə-
si, yaxud orta ləhcə; cənub ləhcəsi.
E.Əzizovun təsnifatına görə, dilimizin şimal-şərq ləhcəsi Bakı-
Şamaxı, Muğan, Quba-Xaçmaz, Dərbənd bölgələrinin şivələrini əha-
tə edir. Bu ləhcə də 3 şivə qrupuna ayrılır: 1) Şamaxı-Bakı; 2) Quba-
Xaçmaz; 3) Dərbənd.
Qərb(orta ləhcə) ləhcəsi Gəncə-Qarabağ, Qazax-Şəmkir, Gədə-
bəy-Daşkəsən regionlarının və Gürcüstanın Borçalı regionunun şi-
vələrini əhatə edir. Ermənistan Respublikası üzrə keçmiş Göyçə,
Pəmbək (Böyük Qarakilsə, Hamamlı) mahalları və Dağ Borçalısı azər-
baycanlılarının şivələri də bu ləhcəyə aiddir. Qərb ləhcəsi 3 şivə qru-
puna bölünür: 1) Qarabağ; 2) Qazax-Borçalı; 3) ayrım şivəsi (Gədə-
bəy, Daşkəsən rayonlarının ərazisində).
Cənub ləhcəsi Cənubi Azərbaycan, Naxçıvan, İrəvan və Lənkə-
ran regionlarının şivələrini əhatə edir. Cənub ləhcəsində bir neçə
şivə qrupu fərqlənir: 1) Təbriz; 2) Ərdəbil; 3) Zəncan; 4) Urmiya;
5) Naxçıvan və s. (27, 277).