256 -157). “Əlbəttə, Azərbaycan xalqının etnik və dil mənşəyinin
türklüyünü qəbul etmək bu ərazidə müxtəlif sistemli etnosların var-
lığını, son dərəcə mürəkkəb etnik proseslərin baş verdiyini inkar
etmir. Hətta türk-azərbaycanlıların antropoloji təkamülündə müx-
təlif irqi-etnik qrupların iştirakı olmuşdur. Ancaq bu faktor epizo-
dikdir; etnik çoxluq prinsipinə görə, azərbaycanlıların etnolinqvis-
tik inkişafı bütövlükdə türk məxrəcində gedib. Hətta yad təsir azər-
baycanlının antropoloji təkamülü ilə müqayisədə, dilində (türk azər-
baycancada) daha azdır və olanı da leksik səviyyədə qalmış, qram-
matik qruluşuna girməmişdir” (16, 26). Z.Budaqova və T.Hacıyevin
“Azərbaycan dili” əsərində assimilyasiya prosesi belə izah edilir:
“Assimilyasiya ancaq ikidillilik şəraitində mümkündür ancaq ikidilli
etnos assimilyasiyaya uğraya bilər, o da həmişə yox. Oğuz, qıpçaq,
sonra səlcuqi (bu da oğuzdur) dəstələrinin gəldiyi X-XII əsrlərdə
Azərbaycanda fars və ərəb dilləri dövlət dilləri idi, bu dövlət dilləri
gəlmələrin yerlilərin dillərini assimilyasiya etməsinə imkan verməz-
dilər” (16, 28).
Böyük Səlcuq dövləti türklərin tarix boyunca qurduqları ən qüd-
rətli dövlətlərdən biridir.
Səlcuqlular 24 oğuz qəbiləsindən qınıq boyuna mənsubdur. Oğuz
türkləri X əsrdə Sırdərya (Ceyhun) ilə Xəzər dənizinin şərqi və Aral
gölü arasındakı bölgədə yaşayarkən qınıq boyu da bu yerləri özü-
nə məskən seçmişdi (93, 86). Qeyd etmək lazımdır ki, hələ səlcuq
türklərinin axınlarından və Böyük Səlcuq imperiyasının meydana
gəlməsindən çox əvvəl Azərbaycan qədim türk tayfalarının, o cüm-
lədən oğuz türklərinin yaşadığı ümumi əraziyə daxil idi. Tarixi araş-
dırmalar oğuz türklərinin hələ Səlcuqlu dövlətinin quruluşundan əv-
vəl X-XI əsrlərdə olduqca geniş ərazidə yayıldığını göstərir (71, 43).
Ə.M.Dəmirçizadə ümumxalq dili əsasında Azərbaycan ədəbi di-
linin formalaşıb inkişaf etməsi dövrünü təqribən XI-XIII əsrlərdən
başlanıb və XVIII əsrin sonlarına qədərki müddəti əhatə etdiyini
qeyd edir (19, 101). T.Hacıyev Azərbaycan-türk ədəbi dilinin tari-
xini iki dövrə ayırır: “1. Yazıyaqədərki dövr; 2. Yazılı dövr. Müəllif
qeyd edir ki, yazıyaqədərki dövr bütövlükdə təşəkkül tapmış Azər-
baycan xalq dili tarixinin təxminən e.ə. II əsrdən eramızın VI əsri-
nə qədərini əhatə edir”. T.Hacıyev ədəbi dilimizin ikinci dövrünün