ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə6/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
8
 

 
laşdırılır. Bildiyimiz kimi, Azərbaycan və türk dilləri türk dillərinin 
oğuz qrupuna daxildir. Bu baxımdan hər iki dildə uyğun xüsusiyyət-
lər  çoxdur.  Uyğun  və  fərqli  dil  xüsusiyyətlərini  sıralamadan  öncə 
Azərbaycan dilinin keçdiyi təşəkkül mərhələsindən bəhs etmək ye-
rinə düşər. 
Azərbaycan ərazisinə və ümumiyyətlə, Qafqaza türkdilli etnos-
ların gəlməsini və yerli ictimai-tarixi şəraitə onların müdaxiləsini, 
adətən, V əsrdən sonrakı dövrlərə bağlayırlar. Z.Bünyadov V əsrdə 
indiki Azərbaycan ərazisində məskən salan çox böyük türk tayfala-
rından  birinin  Muğanda yerləşmiş hunlardan  ibarət  olduğunu  və 
müasirləri olan tarixçilərin onları türk adlandırdığını qeyd edir (17, 
157).  “XI-XII  əsrlər  Azərbaycan  xalqının  formalaşması  dövrüdür. 
Əvvəlki VI-VII əsrdə (V əsrdən – T.H.) burada məskun olan türk et-
nosları (hunlar, sivarlar, kaşkarlar, xəzərlər, bulqarlar) X-XI əsrlər-
də oğuz, səlcuq, qıpçaq tayfalarının kütləvi nüfuzu ilə tamamlanır. 
Tədricən oğuz-səlcuq əsaslı ümumxalq Azərbaycan dili formalaşır, 
Şimali və Cənubi Azərbaycandakı Arran və Azəri dilləri assimilyasi-
ya olunur”. T.Hacıyeva görə, V əsrdən Azərbaycan və Albaniya əra-
zisinə gələn türkdilli tayfalar burada ictimai-siyasi şəraitin forma-
laşmasında,  etnik  bütövlüyün  təşəkkülündə  xüsusilə  fəal  və  həll-
edici rol oynamışdır (31, 21-22). 
E.Əzizov isə Azərbaycan türk dilinin yayılmasından bəhs edər-
kən gəlmə türk tayfalarının rolunun həddən artıq şişirdildiyini, xalq 
dilinin formalaşmasında yerli türk etnoslarının rolunun demək olar 
ki, nəzərə alınmadığını, XI əsrdə gələn türklərin özlərinin də yerli 
təsirə (türk və ya qeyri-türk) məruz qaldıqlarını qeyd edir (27, 53). 
Z.Bünyadov bəzi tədqiqatçıların fikri ilə razılaşmayıb, türkləşmənin 
XI-XII əsrlərdə baş verdiyini qəbul etməyin doğru olmadığını qeyd 
edir: “Türkləri Azərbaycan ərazisinə kənardan gəlmiş bir ünsür he-
sab etmək də səhvdir, çünki onda yerli böyük və çox yığcam türk 
tayfalarının varlığına göz yumulur. Türkləşmə prosesi yalnız türk 
aborigenlərin cənubdan gələn oğuzlar və şimaldan gələn qıpçaqlar-
la qarışması nəticəsində, bu axırıncıların assimilyasiyasından sonra 
başlandı və getdikcə sürətlənib XI-XII əsrlərdə başa çatdı. Azərbay-
can və Arran ərazisində müasir Azərbaycan millətini əmələ gətirən 
türkdilli Azərbaycan xalqının təşəkkül tapması ilə nəticələndi” (17, 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin