Zabitə Teymurlu
86
Türk ədəbi dilində
geveze sözü еyni mənada işlənir (75, 411):
Bizim gibi mirasyеdilеr için, gеcеlеri, кitap oкumaк, gündüzlеri gеvе-
zеlik еtmеk için lazımdır (137, 34). Azərbaycan dili dialektləri üçün
səciyyəvi olan
gəvəzə sözünə ədəbi dil nümunələrində də təsadüf
olunub:
Sifət mənasında.Gəvəzə adam – Nə pisdi, bu səsə qatıb səsi-
ni; Gəvəzə qarğalar tərif yazsalar (M.Araz);
Zeynalın gəvəzəliyi bit-
məyirdi (A.Şaiq) (11, 240).
T.Hacıyev “Dede Qorqud Dastan”ında
güvəzləmək sözünün mənfi
münasibət məqamında işləndiyini yazır. O qeyd edir ki, indi dialekt-
lərdə -
gəvələmə -heyvan yeyişi təhqir yerində insan üçün deyilir
(31, 82). Qədim türk dili abidələrində
gevmek leksik vahidi “ağızda
çeynəmək, gəvələmə”
mənasında işlənib (103, 93). Qeyd olunan
gə-
vəzə sözü ilə
gəvələmə sözü arasında həm fonetik yaxınlıq, həm də
məna yaxınlığı nəzərə çarpır.
Dostları ilə paylaş: