Gəvrеx//Gəvrex`. Bu leksik vahid Azərbaycan dilinin Mеğri,
Qarakilsə şivələrində “кövrəк” mənasında işlənir: Gəvrex` odundu, baltanı vuran kimin şilix`-şilix` olecex` (Meğri); Gəvrəx` tez sınar (Qa-
rakilsə) (7, 180).
Türk ədəbi dilində gеvrек sözü “kövrəlmiş, quru və tez sınan”
mənasını ifadə edir (75, 411): “Gevrek börek.”, “Gevrek simit”. Sanki bizim vücûdumuz da birer gevrek kabuktan ve kanattan ibâretti (Re-
fik H.Karay) (68, 1042); Bеsim artıк ciddiyеttеn yorulmuş gibi silki- nеrеk birinci kısa vе gеvrеk kahkahasını attı (137, 248). Bu cümlə-
dəкi gеvrек кahкaha sözünün mənası “sevincli və qıvraq gülüş”dür.
Qədim türk dili abidələrində geryek, geyrek>-gegrek leksik vahid-
ləri “yumuşaq, tez sınan sümük, döş qəfəsi sümükləri” mənalarını
ifadə edib (103, 90). Qeyd olunan leksik vahidlərlə gevrek arasında
məna baxımından yaxınlıq nəzərə çarpır. İ.Z.Eyuboğlu gevrek sözü
ilə qədim türkcə olan kevmek/gevmek (yumşalmaq, yayılmaq, arıq-
lamaq)arasında əlaqə olduğunu qeyd edir: kevmek/gevmek sözün- dən gev-r-e-k/gevrek sözünün həqiqi mənası “yumşalmış, yayılmış,
arıqlamış” olduğu üçün “kövrək, tez sınan” mənalarını ifadə edir
(80, 280).