vəzlərdən hazırlanmış yemək adı” mənasında türlü sözü işlənir
(75, 1091).
Əssah. Azərbaycan dilinin Ağbaba şivəsində “dəqiq, səhih” mə-
nasını ifadə edir: Mən dünənki kimi əssah bilirəm (7, 166).
Essah leksik vahidi türk dilinin xalq şivəsində “dəqiq, səhih”
mənalarını ifadə edir: Kastamonu və ətrafında “doğrumu, gerçəkmi”
mənalarını ifadə edir. 20-ci əsr türk yazıçılarından Samiha Ayver-
dinin dilində də essah sözünə rast gəlinib: Doğru söylüyor, essahtan istiyordu. Hâlâ gözleri bağlı idi. Amma gönül gözü göreceğini görmüş- tü (Sâmiha Ayverdi) (68, 881).
Əyşi. Bu leksik vahidin Azərbaycan dilinin Böyük Qarakilsə “al-
çadan düzəldilən lavaş, turşu” mənasında işlənildiyi qeydə alınıb
(27, 169). Ədəbi dil nümunələrində əkşi sözünə “turş” mənasında
müşahidə edilmişdir: Ey badeyi – səqahüm, ləliləbün şərabi, İkrah edən bu meydən içdügi əkşixəldür (Nəsimi) (48, 112); Bu ayda əyü- dür... əkşi və tatlu ənar yemək (“İxtiyarati-qəvaidi-külliyyə”); “Yo- ğurdum əkşidür” demiş qarı yoq (Oğuz atalar sözü, XVI-XVII əsrlər)
(27, 269).
Türk ədəbi dilində ekşi sözü “sirkə və limon dadında olan, turş”
mənasında işlənir (75, 329).
Fasıx. Azərbaycan dili şivələrində (Çənbərək, Karvansaray)
“hiyləgər” mənasında işlənir: Ə:r düzünü xavar alırsansa, Noyruzdan fasıx adam yoxdu bu kətdə (Karvansaray) (7, 169).
Fasık ərəb mənşəli söz olub türk ədəbi dilində “Allahın əmirlə-
rinə tabe olmayan, günahkar, pis xarakterə malik olan, pislik etmə-
yi vərdiş halına gətirən kimsə” mənalarını ifadə edir (75, 367).