də verib (78, 179). Qədim türk dili abidələrində deηsüz sözü “mü-
nasibətsiz, hörmətsiz” mənalarında işlənib (103, 64).
Dəv. Azərbaycan dilinin Qazax dialektində “iri, bədəncə kobud
(adam)” mənasını ifadə edir (7, 128).
Türk ədəbi dilində dev leksik vahidi “normadan çox böyük in-
san və ya heyvan” məcazi mənalarında işlənir (75, 273): Barbaros, Hayreddin, Sokullu Mehmed, Fuzûlî, Bâkî, Sinan!... Ordu, donanma, şiir ve mîmârî bu devler elinde yarış edercesine kemâle gidiyordu (Rûşen E.Ünaydın) (68, 686).
İ.Z.Eyuboğlu dev sözünün farsca dîv (dev) sözündən əmələ gəl-
diyini qeyd edir (80, 182).
Dilbaz. Bu söz Azərbaycan dilinin Salyan şivəsində “dilli-dila-
vər” mənasını ifadə edir: Bı qız çox dilbaz qızdu; Dilbaz adam zirəy olar (7, 134).
Dilbaz leksik vahidi türk ədəbi dilində də “dilli-dilavər“məna-
sında işlənir (75, 281): Ne kadar düzenbaz, ne kadar dilbaz ve peren- debaz olursan o kadar diplomat oluyorsun (Burhan Felek).
Dilbəstə. Azərbaycan dilinin Təbriz dialektində “vurğun” mə-
nasını ifadə edir: Mən indi də nəvələrimə dilbəstəyəm (7, 134).
Dilbeste sözü türk ədəbi dilində “könül verən, sevən”mənala-
rında işlənir (75, 281). Türk ədəbi dilində dilbeste sözünün “vurğun”
mənası da qeydə alınıb: Nedir ki şehvine dilbestedir belâgatlar (Ce-
nab Şehâbeddin) (68, 707).
Diri. Azərbaycan dili şivələrində (Bakı, Gəncə, Kürdəmir, Şəm-
kir) “yaxşı bişməmiş”mənasını ifadə edir: Aşın düyüsü diri oluf, qo- naxların yanında biyavır olajıyıx (Gəncə); Diri düyüyü qavağına qo- yufdu, ala aşdi yi (Şəmkir) (7, 136).
Diri sözünün türk ədəbi dilində “yaxşı bişməmiş, çiy” mənası-
na təsadüf olunub (75, 286): Biraz pirinçleri diri kaldı (Ömer Seyfet-
tin) (68, 719). Qədim türk dili abidələrində diri sözü qılmaq, komaq,
olmaq leksik vahidləri ilə birlikdə işlənərək “diriltmək, yaşatmaq,
yaşamaq” mənalarını ifadə edib (103, 69). Tir, dir kökü türkcədə
“yaşam, canlılıq” mənalarını ifadə edir. İ.Z.Eyuboğlu diri sözünün
tarixi inkişafını tirig> tiriğ>diri(ğ) şəklində verib. Diri sözündən əmə-