lə gələn sözlər: dirilik “canlılıq”, dirilmək “canlı olmaq, güclənmək”, dirim “həyat”, diriltmək “canlandırmaq, gücləndirmək”, diriliş “can-
lanış, gücləniş”... (80, 188).
Gəncə, Şəmkir şivələrində “yaşayış, dolanacaq” mənasında iş-
lənən dirrix` sözünün kökü diri leksik vahididir: A balam, yayın bu istisində bu nə gündü, nə dirrix`di sən çəkirsəη (Gəncə) (7, 136). Dir- rig sözünə Buzovna, Zabrat, Maştağa kəndlərində “ev əşyası, mal-
dövlət”mənasında təsadüf olunub: Unda dirrig qaldı, hamısını sōrdi getdi (Maştağa) (64, 19).
Dirlik leksik vahidi türk ədəbi dilində “yaşayış, həyat, sağlıq,
güzəran, məişət, dolanacaq pulu və ya əşyası” mənalarını ifadə edir.
Türk ədəbi dilində bu sözlə yaranan bir çox frazeoloji birləşmələ-
rə təsadüf olunur: dirlik bulmak (canlanmaq), dirlik düzenlik (bir
arada yaşayanlar arasında yaxşı keçim), dirlik suyu (ab-ı hayat), dir- lik sürmek (ömür sürmək), dirlik vermemek (rahat bıraxmamaq)
(75, 287): Dirlik düzenlik içinde kendi ana vatanında yaşayıp ihtiyar- lamayı, memleketinin yeni hayâtına, saâdetine katılmayı hak etmişti (Hâlide E.Adıvar) (68, 720). Qədim türkcədə dirlik leksik vahidinin
inkişafı tiriglig(k) sözündən tiri-g-lig(k) tirilig>tirlik>dirlik (dirilik,
həyat, canlılıq, güclülük, sağlıq)şəklindədir (80, 188). Müasir türk
ədəbi dilində dirlik məna genişləməsi ilə “rahatı yerində, yaxşı do-
lanacağı olan, sıxıntısı olmayan”mənalarını ifadə edir: Zevcesinin îtımâdı haleldar olduğu için bâdemâ dirlikleri düzenleri bozulacağı- nı biliyordu (Hüseyin R. Gürpınar); Bir yıl var ki dirlik yüzü görme- mekte zavallı (Mehmet E. Yurdakul) (68, 720).
Dünyanın dirliği geçer kalmaz Tanrıdan kim diriyse ol ölmez (Sultan Veled) Burada dirlik (tirlik) “həyat”mənasındadır.
Qədim türk dili abidələrində də dirlik, dirilik “həyat, yaşayış,
sağlıq, dolanacaq” mənalarında işlənib (103, 69).