ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə108/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Xoryat//Xöryət//Xuryat. Azərbaycan dili şivələrində (Ağdam, 
Balaкən, Şuşa, Zaqatala) “satqın; çirкin, кifir” mənalarında işlənir: 
Ə:, nə xoryat adammış, gedif Qaracadan sədriyə şikə:t eliyif (Ağdam); 
Yox ə:, xoryatın biridi, sirsifətinnən zəhrimar yağır (Balakən);  Nə xör-
yət sifətiŋ var, sã: baxanda adamın ürə: qalxır (Şuşa); Bizim inək xur-
yat bala doğufdu (Zaqatala) (7, 228, 229, 230). 
Türk ədəbi dilində hoyrat şəкlində “kobud, formasız; sərt dav-
ranan, hərəkətini bilməyən, vəhşi, nəzarətsiz, yontulmamış” məna-
larında işlənir (75, 499): Halbuкi, rеalitеnin hoyrat еli; bir gün o yor-
ganı ansızın kaldırıvеrincе, zıtlık еn vahim nеticеlеriylе ortaya çıкa-
racaкtır (137,  59);  ...  diyen yazarı derinden yaralıyan bir husus da 
günümüz dünyâsının; gittikçe basitliğe, kabalığa, hoyratlığa, ve çir-
kinliğe yönelip, “âhenk  ve kafiyesini kaybeder oluşu”  dur  (126,  8); 
Vedia yalnız kendisini değil, Nahit’i de çirkinleştirmiş, öldürmüştü ve 
hoyratça harcanan o eve Nahit artık kendisini de yakıştıramıyordu 
(128, 35). 
Qədim türk dili abidələrində xoryad, xoryat leksik vahidi “ko-
bud” mənasında işlənib (103, 108). E.P.Piriyev “Kitabi-Dədə Qorqud” 
un həm Drezden, həm də Vatikan nüsxəsinin müqəddiməsində xoy-
rad (ﺪﺍﺭﻴﻭﺧ) sözünün bir dəfə işləndiyini göstərib. Müəllif bu leksik 
vahidin fars mənşəli olduğunu qeyd edir (50, 66). Bu söz qeyd olu-
nan abidədə “qaba, tərbiyəsiz, bədxasiyyət” mənasını ifadə edir (44, I 
c., 164). 
Karrı.  Bu  söz  Azərbaycan  dili  şivələrində  (Cəbrayıl,  Göyçay, 
Mingəçevir, Şəki) “çoxlu, bol” mənasında işlənir: Bildir karrı meyvə-
miz varıdı (Cəbrayıl); Lap karrı əhmişdik (Göyçay) (7, 243). Salyan 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin