Aşırmak sözü türk ədəbi dilində “oğurlamaq, qapmaq, qapıb
götürmək” mənalarını ifadə edir: Kenar-ı Diclede bir kurt aşırsa bir koyunu (M.Akif) (75, 77). Qeyd olunan məna jarqon sözlərin ifadə şək- lidir: Sorma bizim heykeli aşırmışlar (Halit Z.Uşaklıgil); Cüzdanını aşırmak için cebini keserler (Burhan Felek) (69, 194).
Basmax//Basılmax. Bu söz Azərbaycan dili şivələrində (Culfa,
Şəki) “hürmək, hürə hürə hücum etmək”mənalarını ifadə edir: Ge- cənin bir vaxtında onda baxdım, gördüm itdər basır (7, 41, 42).
Türk ədəbi dilində basmak feilinin digər mənalarının yanında
“basqın etmək (anidən hücum etmək)” mənası da qeyd olunur: Der- ken Yunan cuntası adayı bastı (Burhan Felek); Ağabey, kadının dört tane dostu varmış. Birbirinden haberi olmadan evi bastılar (Burhan
Felek) (68, 288). Qədim türk dilində basmaq feili bir çox mənada iş-
lənib: “vurub qırmaq, əzmək, məğlub etmək, üstünə çıxmaq, aşmaq,
yaymaq, həzm etmək, çoxaltmaq və s.” (80, 75).
Bayındırmax. Bu söz Azərbaycan dilinin Mеğri şivəsində “var-
landırmaq, mənfəətləndirməк” mənasında işlənir: İşləyib bizi bayın- dıracaxsan? (7, 44).
Bayındır sözü türk ədəbi dilində “abad edilmiş (yer)” mənasını
ifadə edir (75, 121).
Qədim türkcədə bay sözü “varlı, təsirli, xatiri sayılan, güclü“ və
b. mənalarda işlənib. Bu sözə əlavə edilən şəkilçilər vasitəsilə yeni
sözlər yaranmışdır. Bunlardan biri də bayındır “bayındır (abad) və-
ziyyətə gətirmək, inkişaf etdirmək” sözüdür. Bay-ı-n-d-ı-r-mak/ba- yındırmak sözü baymak/bayımak sözündən əmələ gəlmişdir (80,
79). Bayımak sözü qədim türk dili abidələrində “varlanmaq” məna-
sında işlənib. Baylıq isə “zənginlik” ifadə edib (103, 28). Türk dili-
nin şivələrində bay sözünə “zəngin” mənasında təsadüf olunub: Ka- rac’oğlan der ki geçti ne fayda/Merhamet kalmadı yoksulda bayda (Karacaoğlan). Bay sözü öz ilkin mənasından uzaqlaşaraq Gəncə
dialektində “sərbəst, azad, ərköyün” mənalarında işlənir. Məsələn:
Kərim oğlunu çox bay böyüdür, sora munun zərəlin çəkəjəx (5, 38).
Bay leksik vahidi Nəsiminin dilində də qeydə alınıb: Bay ilə yoxsul bənəm, Yolçı ilə yol mənəm; Eşq içün bay ilə yoxsul mirü sultan ağladı (48, 105).