Azərbaycan dilinin dialekt leksikası
93
(danışmaq, konuşmak və s.) (66, 63). Türk və Azərbaycan dillərində
ortaq istifadə olunan feillər də az deyildir. Lakin bəzi feillər tama-
mən fərqli məna daşıyır: Azərbaycan dilində
saxlamaq, türk dilin-
də
durdurmak; Azərbaycan dilində
durmaq, türk dilində
kalkmak;
Azərbaycan dilində yatmaq, türk dilində
uyumak; Azərbaycan dilin-
də uzanmaq, türk dilində yatmak; Azərbaycan dilində
düşmək, türk
dilində
inmek; türk dilində
düşmek, Azərbaycan dilində
yıxılmaq. F.
Zeynalovun qeyd etdiyi kimi Azərbaycan dilində
danışmaq, türk di-
lində
konuşmak (türk dilində
danışmak sözü “məsləhət almaq” mə-
nasında işlənir). Azərbaycan dilində vaxtilə işlənmiş bir sıra feillər
artıq arxaikləşərək istifadədən qalmışdır. Azərbaycan dili dialekt-
lərində bu növ feilləri aşağıdakı kimi səciyyələndirmək olar:
Ağırramax. Azərbaycan dilinin Cəbrayıl, Xanlar, Şəmkir şivələ-
rində “hörmətlə qəbul etmək” mənasında işlənir.
Məsələn: sən qonax
gəleysiη, soηra gedif deysiη kin, məni yaxşı ağırradılar (Xanlar) (7,
14). Bu söz
ağır (əziz, qiymətli, dəyərli, hörmətli) sifətindən düzəl-
mişdir
(53, 72).
Türk ədəbi dilində bu söz (ağırlamak) “qonağı hörmətlə qəbul
etmək, hər cür ehtiyacını qarşılamaq” mənasını ifadə edir:
Jülide`nin
onları ağırlaması lazım (R.N.Güntekin) (68, 41).
“Divanü lüğat-it-türk” əsərində
ağırlar-ağırlamaq leksik vahid-
lərinin başqasına iltifat edən hər adam üçün “əzizləmək” mənasında
belə deyildiyi qeyd olunub:
Tənqri məni ağırladı Tanrı mənə kərəm
qıldı (41, 320).
Axtarammağ. Azərbaycan dilinin Dərbənd dialektində “çevril-
mək, qəzaya uğramaq (maşın, traktor və s.)” mənasını ifadə edir:
Tabasaran yulində sovxozun tiraxturi axtarammişdi (7, 17).
Türk ədəbi dilində
aktarmak leksik vahidinin “bir yerdən, mə-
kandan və ya qabdan digərinə daşıma” mənası var (75, 33):
Dışarıda
bir yarım tenekede elleme kömürü yanıyor. Recep bunu ocağına akta-
racak (Burhan Felek);
Birbirini anlamaz hâle gelmiş kuşakların bir-
birine aktaracakları bir şey olmaz (Burhan Felek) (68, 83). Qədim
türkcədə
aktarmak sözü
“yüksəlmə, yer dəyişdir-mə” mənalarını da
ifadə edib (80, 21). Axtarmaq sözü “Kitabi-Dədə Qorqud” abidəsin-
də də öz əksini tapır:
Baybörə bəg aydır: “Mərə, mənim oğlım başmı