Mızmız. Azərbaycan dili şivəsində “burnunda danışan, tıntın”
(Bərdə) mənasında işlənir: Məhəmməd mızmız danışır; Mızmız adam yavaşdan danışar (7, 356). Azərbaycan dilinin İsmayıllı, Yevlax şi-
vələrində “süründürməçi” (İsmayıllı); “tərəddüd edən, qəti qərara
gələ bilməyən”(Yevlax) mənasında mızmızı sözünə təsadüf olunub:
O, yaman mızmızıdı (İsmayıllı); O, yaman mızmızı adamdı (Yevlax)
(7, 356).
Türk ədəbi dilində mızmız sözü “hər şeydə səhv axtaran; qərar-
sız, bacarıqsız”mənalarını ifadə edir: Öyle mızmız, külfetli konuşmak kârım değil (Behçet K.Çağlar); Adamı bir kız çocuğu gibi mızmız ya- pıyordu (Reşat N.Güntekin) (69, 2065).
Bu söz Azərbaycan ədəbi dilində “aydın danışmayan, burnunda
danışan, danışığı başa düşülməyən” mənasında işlənir (11, 365).
Nəfilə. Azərbaycan dilinin Hamamlı şivəsində “nahaq” məna-
sında işlənir (7, 371).
Türk ədəbi dilində nafile sözü “boş, faydasız, işə yaramayan;
boş yerə”mənalarını ifadə edir: Bu çocuk nāfile dedim, inşallah me- sut olur. Fakat bu âhlak ile hiç ummuyorum (Reşit N. Güntekin ); Bu (...) gāliba nâfile bir hareket oldu (Peyami Sâfa); Nâfile zahmet etme- yin (Ahmet Mithat Efendi); Bey, kıza nâfile eziyet ediyorsunuz (Hü-
seyin R. Gürpınar); Bir zevk aramak kaydına düşmekle zamanda/ Her gün yorulup nâfile bin yıl yaşamış Nûh (Yahyâ Kemal); Nâfile ye- re kanınızı döktürmeyin (Ömer Seyfettin) (69, 2285). Ərəb mənşəli
olan nāfilə sözü nefl (nəfələ; tənəffələ) kökündən əmələ gəlib “bir
şeyi lazımından artıq etmək” mənasını ifadə edir (105, 821).
Qeyd olunan digər mənalar türk dilində sonradan ortaya çıx-
mışdır.
Nüktəli. Bu söz Azərbaycan dilinin Şəki dialektində “eyhamlı” mənasında işlənir: Nə çox nüktəli danışırsan (7, 377).
Türk ədəbi dilində işlənən nükte sözü “incə mənası olan, xoşa
gələn, zərif və düşündürücü söz, zarafat” mənasını ifadə edir: Şaka- lar, nükteler, kahkahalarla içki masasına geçtiler (Yusuf Z. Ortaç);
Her bedbaht gibi ben de bu basit nüktede bile bir merhametten, bir tesellîden şüphe ettim (Peyâmi Safâ); Şimdi selâmlık güzel sesin, gü-