kəsdi, qanmı dökdi?” “Bəli, baş kəsdi, qan dökdi, adam axtardı!”-dedi- lər (43, 54). Tərtibçilər qeyd olunan leksik vahidin mənasını “atdan
adam saldı” kimi izah etmişlər (43, 152).
Alındırmaməy. Bu söz Azərbaycan dilinin Cəlilabad şivəsində
“özünü bilməməzliyə vurmaq” mənasında işlənir: Baxey gennen, o özin saymaməzdigə virey, özin alındırmey (7, 21).
Türk ədəbi dilində alınmak sözü “təsirlənmək, incimək” məna-
larını ifadə edir (75, 41): Teessürümü gizleyemiyorum, doktor bun- dan alınmış görünüyor (Peyami Safa); Kimse alınmasın. Hani zehir gibi keskin iktisatçımız da pek yok gibi (Burhan Felek) (68, 104); İyi gidiyorsun, devam et” diye desteklendi ama, Emrah hiç kendi üzeri- ne alınmadı, ... (132, 86). Alınmak sözü almak feilindən əmələ gəl-
mişdir: Almak sözündən al-ı-n-mak/alın-mak (öz-özünə almaq, al-
maq işini öz üzərinə çevirmək). Bu söz məna genişləməsilə “küsmək,
incimək” mənasını ifadə edir (80, 26). Qədim Türkcədə alındurmak sözü “mütəəssir etmək” mənasını ifadə edib (103, 8).
Türk ədəbi dilində haqqında bəhs edilən leksik vahid ağırla- mak şəklində “qonağı hörmətlə qarşılayıb bütün ehtiyacını, rahatını
təmin etmək”mənasında işlənir: Jülîdenin onları ağırlaması lâzım (Reşat N. Güntekin) (68, 41).
Arımmağ. Azərbaycan dilinin İmişli şivəsində arımmağ sözü
“təmizlənmək, bəzənmək, yuyunmaq” mənasında işlənir: Toy olma- mış görürsən, qızlar yuyunuf arınıllar (7, 26).
Türk ədəbi dilində arınmak sözü “təmizlənmək, təmizə çıxmaq,
saf olmaq, nəfsini tərbiyə etmək”mənalarını ifadə edir (75, 65): Bi- zim mûsikîmiz ibâdet gibidir, dinlerken insanın içi yıkanır, kötülükler- den arınır (Rauf Tamer) (68, 162).