ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə122/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Çözdəməg//Çözdəməx`.  Azərbaycan  dili  şivələrində  çözdə-
məg//çözdəməx` (Yardımlı, Ağdam, Borçalı, Cəbrayıl, Culfa, Çənbə-
rək, Xanlar, Meğri, Şahbuz) “açmag, uzatmaq” mənalarında işlənir: 
Sapı çözdəməginən; Bağırsağı çözdəllər, ipi çözdəllər (Xanlar); A:z, o 
baramanı niyə helə çözdüyüb korruyursan (Cəbrayıl); Bağırsağı çözdə, 
mən də gəlerəm (Borçalı); Xacca corabın ipin çözder (Meğri) (7, 107).  
Çözmək feilinə çözələməg//çözələməx` şəklində də Azərbaycan 
dilinin dialekt leksikasında (Cəlilabad, Sabirabad, Gədəbəy, Gəncə, 
Şərur) “açmaq” mənasında təsadüf olunub: Bu kəndiri çözəlliyə-çö-
zəlliyə dalımcan gələrsən (Sabirabad); İpi çözələmə hayıfdı (Gəncə); 


Zabitə Teymurlu 

 
102
 

 
Niyə çözəleysiη, a:z sapı? (Gədəbəy) (7, 107). E.Əzizov yuxarıda qeyd 
olunan şivələrdən əlavə çözdəməx`/çözələməx leksik vahidinin Bər-
də, Tovuz, Marneuli, Bolnisi, Kəlbəcər, Şamaxı, Əli Bayramlı, Sabira-
bad şivələrində “açmaq, açıb tökmək” mənasında müşahidə edildi-
yini qeyd edir (27, 266). Çözmək feilində intensivlik və təkrarlılıq 
mənası vardır (54, 77). 
Türk ədəbi dilində çözmek leksik vahidi bir neçə məna ifadə 
edir: “düyünü açmaq; paltarların bağlı hissəsini açmaq: düğmeleri 
çözmek; toxunmuş bir şeyi sökmək; həll etmək (problem, məsələ 
...)” (75, 238): Dizimdeki sargıyı çözüyorlar (Peyami Safa); Duvardaki 
küçük aynaya bakarak saçlarını çözüyordu (Tarık Buğra); Dedemin 
bir kadın aşkı çekip çekemediğini hiçbir zaman çözemedim  (Safiye 
Erol);  Devlet milletin hiçbir meselesini çözemiyor  (Ahmet  Kabaklı) 
(68, 601). Çözmək “açmaq” sözü Nəsiminin, Xətainin əsərlərində də 
işlənmişdir: Ey bana müşkin saçundan könlüni qurtar deyən, Qanqı 
aqildür çözən zəncirdən divanəsi (Nəsimi); Dedim ki, əya, səba, indi, 
Asudə otur çözüb kəməndi (Xətai) (27, 266). Çözmək feilinə “Kitabi-
Dədə Qorqud”da da rast gəlinib: Atından endi çobanıη əllərin çözdi 
(KDQ, 46).  
Qədim türk abidələrinin dilində çözelendirmek “axıtmaq” mə-
nasında işlənmişdir (103, 59). “Türk dilinin etimoloji lüğəti”ndə çöz 
kökünün mənası “axma, açılma, dağılma, yayılma, sökülmə” şəklin-
də verilmişdir. Çözmek leksik vahidinin də məhz bu kökdən əmələ 
gəldiyi qeyd olunmuşdur: Çözmek/çözmek  “bütöv bir şeyi hissələrə 
ayırmaq, toxunmuş bir şeyi söküb açmaq, bağlı bir şeyi açmaq, bo-
şaltmaq, boşalmaq, tökmək, tökülmək, azadlığa qovuşdurmaq, bir 
problemi açıqlamaq, bir mövzunu aydınlaşdırmaq, çətinliyi yox et-
mək, düyünü açmaq, qatlanmış bir əşyanın qatlarını açmaq və s...” 
(80,  154).  Türk  dili  şivələrində  çözelemek  “yamamaq”,  çözlemek 
“bağırsağın yağlarını ayırmaq“ mənalarında işlənir (80, 154). Qədəm 
türk dili abidələrində çöz, çözyağı leksik vahidləri “qarın və bağır-
sağı əhatə edən yağ təbəqəsi” mənalarında da işlənib (103, 59). 
Çuallamax. Bu söz Azərbaycan dilinin Xanlar (İndiki Göygöl) 
şivəsində “çuvala yığmaq, doldurmaq” mənasında işlənir: Şadarə: 
tireydix`, şadaradan da çıxeydi taxıl, sonra bir yerə tığleydıx, soηra 
çualleydıx (7, 107). 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin