ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə130/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
108
 

 
Səkməx` sözü Gəncə dialektində “axsamaq; yelləncəkdə dizləri 
qatlaya-qatlaya ayaq üstə yellənmək” mənalarında işlənir: Niyə sə-
kirsən?; Həsən yelləncəx`də o qədər səkdi ki, başı hərləndi (7, 425).  
Müasir türk ədəbi dilində sekmek “bir və ya iki ayaq üstündə 
sıçramaq”: Evden yola, yoldan eve varabilmek için evvelce yerleştiril-
miş iri kayalar üzerinde sekmek gerekirdi  (H.  Taner);  “bir və ya iki 
ayaq üstündə sıçrayaraq yerimək”: Terliğin teki yok. Çıplak da basa-
mam. Seke seke sofaya çıktım (Ahmet Rasim) mənalarını ifadə edir. 
Bu söz müasir türk ədəbi dilində “axsamaq” mənasında da işlənir: 
Ve yürürken de bir ayağı sekiyordu (Burhan Felek). Bu dildə sekmek 
sözü quşa da aid edilir: Tombul, küçük serçeler taşlarda sekiyorlar 
(Enis B.Koryürek) (70, 2715). N.Qazıyevanın yazdığına görə, səkmək 
sözünün ədəbi dildə dəqiq qarşılığı olmadığı üçün 40-cı illərdən son-
ra ədəbi dilimizdə norma kimi sabitləşmişdir (30, 79): Kəhər at sə-
kərək qonşu evin həyətində göründü və bir göz qırpımında Cəmilin 
qarşısında dayandı (M.Hüseyn) (13, 77). 
Sinməx`. Bu leksik vahid Azərbaycan dili şivələrində (Ağdam, 
Gədəbəy, Şəmkir, Tərtər, Tovuz) “gizlənmək məqsədilə aşağı əyil-
mək; qısılmaq” mənalarında işlənir: Dədəm gəlir, aşağı sin; Canavar 
kirimiş gələr, sinər sürünün qava:na (Şəmkir);  Oye:dəndə qavaxcan 
bərələrə siŋerix`, elə kin, qavağımıza çıxer cü:r, əlvəsa:t çəkerix` çax-
mağı (Gədəbəy); Ə:, aşağı sin, Mirzəli gəldi (Tərtər); Bu, barının di-
vinə siner (Tovuz ) (7, 439).  
Türk ədəbi dilində də “gizlənmək” mənasını ifadə edir: Taşına 
yaslanıp dinlenenler var/Sindiler görünce bizi geçerken (Faruk N. Çam-
lıbel) (70, 2805). 
Sivişməx`Azərbaycan dili şivəsində (Qafan rayonu) “bir baha-
nə ilə aradan çıxmaq, əkilmək” mənaları qeyd olunub: Həsən övdən 
sivişib qaçdı (7, 441). 
Türk ədəbi dilidə sıvışmak leksik vahidi “aradan çıxmaq, əkil-
mək” mənalarını ifadə edir: Haber vermeden sıvışınca merak ettim 
(Sait Faik) (70, 2787). 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin