ZabiTƏ teymurlu


Qapışmağ//Qapışmax//Qapışməg//Qarpışmax//Qarpişmax



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə126/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Qapışmağ//Qapışmax//Qapışməg//Qarpışmax//Qarpişmax. 
Azərbaycan dili şivələrində güləşmək” (Ağsu, Göyçay, Kürdəmir, 
Quba,  Lənkəran,  Masallı,  Sabirabad,  Yardımlı,  Salyan,  Cəlilabad, 
Cəbrayıl, Tovuz, Şəki); “savaşmaq” (Şərur) mənasında işlənir: Uşax-
lar bir-birinnən qapışıllar (Göyçay); Dur gür, ay Murad, uşağlar urda 
nüş qapışıllar (Quba); Gör, nə qapışıllar! (Lənkəran); Uşağlar qırağda 
qapışır  (Salyan);  Uşaxlar  genə  qapışıllar  (Şərur);  Uşağlar  qapışey 
(Cəlilabad);  Qoyma, uşaxlar qarpışır (Kürdəmir) (7,278,284).  Qar-
pişmax leksik vahidi Şəkinin Baş Göynük kənd şivəsində “güləşmək” 
mənasında işlənir: Mənnən yaxşı qarpişən yoxiydi bu kətdə (40, 239). 


Azərbaycan dilinin dialekt leksikası 

 
105
 

 
Türk ədəbi dilində də kapışmak leksik vahidi “savaşmaq, gül-
əşmək” mənalarını ifadə edir: İkide bir efeleşip kapışan koçlara da 
artık iyice yumuşak davranıyor (Tarık Buğra) (69, 1561). 
Qavlamax. Azərbaycan dilinin Şəki dialektində “üz çəkmək (yor-
ğan-döşəyə)” mənasında  işlənir:  Yorğannarımızı təzə qavlamişəm 
(7, 287). 
Qav (>b) ismindən düzəlmişdir. Azərbaycan ədəbi dilində qab-
la(maq) feili “müəyyən şeyləri bir qaba, yorğan-döşəyi məfrəcə yığ-
maq, yerləşdirmək və s.” mənalarda işlənir. Qabla(maq) feilində də 
bu mənalar yığmaq, yerləşdirmək məfhumları müəyyən şəkildə öz 
ifadəsini tapmışdır. Çünki üz çəkmək yorğan döşəyi, bir növ, məfrəcə 
(yorğan-döşək üzünə) yığmaq, yerləşdirmək deməkdir (54, 61). 
Türk ədəbi dilində kaplamak leksik vahidi “üz çəkmək, döşəmək, 
yapışdırmaq” mənalarını ifadə  edir:  yorgan kaplamak; kitabı kap-
lamak; koltuğa kadife, yere çini kaplamak; duvara kağıt, çatıya ki-
remit, yere mermer, kubbeye kurşun kaplamak (69, 1562). 
Haplamağ. Bu söz Azərbaycan dilinin Dərbənd dialektində “hür-
mək” mənasında işlənir: İtlər hapliyədi (7, 194). Azərbaycan dilinin 
Şərur şivəsində havıldamax leksik vahidinə də “hürmək” mənasın-
da təsadüf olunub (7, 195). 
Havlamaq leksik vahidi türk ədəbi dilində “(itin) hav–hav səsi 
çıxarması, hürməsi” mənasını ifadə edir (75, 473): Havlar zaman za-
man gece ufkunda bir kopek (Yahyâ Kemal) (68, 1215). 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin