nə Nəsiminin dilində də təsadüf olunub: Gülə əl sunmasun ol kim, dikənindən üşənür (Nəsimi) (48, 132).
Müasir türk ədəbi dilində üşənmək feili “bir işə istəksiz yanaş-
maq, tənbəllik etmək, ərinmək” mənalarında işlənir (70, 3278).
Üşənmək feilinin kökü üşmək sözüdür: üş-e-n-mek>üşenmek. Bu
söz “toplanmaq, yığılmaq” mənasını ifadə edir (80,703). “Toplanmaq
və yığılmaq” mənaları Azərbaycan dialektlərində işlənən “qorxmaq” mənası ilə daha yaxındır. İnsan qorxduğu hadisənin qarşısında yı-
ğılıb kiçilə bilir, qorxu hissi insanın duyğularını bir nöqtəyə topla-
yır. Bu gün türk dilində işlənən üşenmek sözünün kökündə də üş- mək feili olduğu üçün mənasında “toplanmaq” ifadəsi vardır. Bir
işə istəksiz yanaşmaq, tənbəllik etmək, ərinmək diqqəti bir nöqtə-
yə toplamamaqdan irəli gəlir.
Yapmağ. Bu feil Azərbaycan dilinin Göyçay keçid şivəsində “ha-
zırlamaq, qayırmaq” mənasında işlənir: Möhrə palçığdan yapılır (7,
541).
Türk ədəbi dilində yapmak sözü ilə bir çox məna ifadə edilir.
Bu mənalarla yanaşı Azərbaycan dilinin Göyçay keçid şivəsində qeyd
olunan mənaları da ifadə edir: Bu vatandaş biraz ahşapla, biraz ker- piçten/Yapabilmiş bu güzellikleri birkaç hiçten (Yahyâ Kemal) (70,
3368).
Zəvərməx`. Azərbaycan dilinin Gədəbəy şivəsində “uzanmaq”
mənasında işlənir: Görüŋnən bir nə zəvərif, heş xəvəri varmı kın düy- nədən (7, 557).
Türk ədəbi dilində zıbarmak sözü “yatmaq, çox içki qəbul edib
sərxoş olmaq, ölmək” mənalarını ifadə edir: Alkol büsbütün çıldırtır onu. Gözüne görünmemeli. İçsin, zıbarsın, sızsın, ondan sonra… (Pe-
yâmi Safâ); Bîçâre mecnun oturduğu yerde zıbarmış gitmiştir (Ah-
met Mithat Efendi) (70, 3498).