sik vahidinə ün almak, ün salmak söz birləşmələrinin tərkibində də
təsadüf olunub: Misilsiz yararlıklarda bulunmuş, ün alıp şan vermiş bir vatanperverdir (Refik H. Karay); Bir ara bu isim büyük bir ün sal- mış (Sait Faik) (70, 3269). Ünlemek leksik vahidi türk dilinin şivələri üçün səciyyəvidir: “Recep Çavuş!” diye tekrar ünledi (Memduh Ş.Esen-
dal); Bunlardan bazıları, bu çobanların ıssız dağların birinden öbürü- ne ünleyişlerine benzeyen seslerle başlar (Ahmet H.Tanpınar); Ya dağ- dan dağa şöyle ünlemek istiyorum (Behçet K.Çağlar) (70, 3269). Bu
leksik vahid qədim türkdilli abidələrdə işlənmiş və “səs, yüksək səs,
nida, avaz, səda, şöhrət, şan” mənalarını ifadə etmişdir (103, 223).
Ün sözü Azərbaycan dilinin əksər şivələrində “səs” mənasında işlə-
nir: Hər yana ün saldım (İmişli); Bir ün sallam ki, a:ləm yığılar (İs-
mayıllı); Mədət kişi dağa-daşa ün salıf (Gədəbəy); Gejə-gündüz ünüm göyə qalxır (Laçın); Uzağdan ün gəldi, baxdım gördim odı (Salyan);
Ünüm tutduxcan bağırdım, əmbə eşitmədi (Tovuz); Be:jə dişimin ağ- rısınnan o qədə ağlamışam, ünüm dağlara düşüf (Şuşa) (7, 524). Ün sözü Şəkinin Qışlaq kənd şivəsində də işlənir: Səssiz-ünsüz gəliv apar- dı (40, 189). Müasir Azərbaycan ədəbi dili üçün ün sözü arxaik söz-
lərdən biridir. Bu sözə “Kitabi-Dədə Qorqud” dastanında da təsadüf
olunub: Ozan aydır: “Avazım gödəlmədin, ünim boğulmadın bir atdır, əlümə girdi, ilətim saqlıyayım”, - dedi (43, 60). Nəsiminin dilində də
ün sözü qeydə alınıb: Yedi iqlim topdoludur ünləri; Rəqiblərin ünü həm çün cərəsvar (48, 121). Q.A.Abdullayeva görə tarixən klassiklərimi-
zin dilində geniş işlənmə dairəsinə malik olan ün sözü 50-ci illər
ədəbi nəslinin dilində cəmi bir dəfə qeydə alınmışdır: Nə əlim çatır ona, nə ünüm yetir ona (İ.Səfərli) (1, 80).