ZabiTƏ teymurlu


Soluğ almax//solux dərməx`



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə131/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Soluğ almax//solux dərməx`.Azərbaycan dili şivələrində so-
luğ almax (Ağbaba); solux dərməx` (Goranboy, Qazax) frazeoloji bir-
ləşmələrinə “nəfəs almaq, nəfəs dərmək, dincəlmək” mənalarında 


Azərbaycan dilinin dialekt leksikası 

 
109
 

 
təsadüf olunub: Qardaşım, qoy bir az soluğ alım (Ağbaba);    Dayan 
bir soluğumu dərim (Goranboy); Yorulmuşam, qoy bir soluğumu də-
rem (Qazax) (7, 443). Azərbaycan dilinin Qazax dialektində solux sö-
zü “nəfəs” mənasında işlənir:  Bu dağın başına bir soluğa çıxerdım, 
indi da qojalmışam (7, 443).  
Türk dili üçün soluk sözünün “nəfəs” mənası səciyyəvidir: Göğ-
sünün üstüne yükleniyor, soluğunu kesiyordu (Peyami Safa) (70, 2825). 
Türk ədəbi dilində soluk almak frazeoloji birləşməsi “dincəlmək, ra-
hatlamaq” mənasını ifadə edir (70, 2825): Gürültü, patırtı, hoplama, 
zıplama arasında soluk aldırmadan çabucak bitti (134, 121). 
Somutmax. Azərbaycan dili şivələrində (Çəmbərək, Qazax, Şəm-
kir, Tovuz) “büzüşüb dayanmaq, boynunu büküb durmaq” mənasın-
da işlənir: Yolun qırağında niyə somudorsan? (Qazax); Amanoy Nə-
sif yarım qada somudurdu (Çəmbərək);  Gənə hasarın divində nə so-
mudursan, sana dedilər qız razı dey dana? (Tovuz);  Bu sö:ğün ağzın-
da nə somudursan? (Şəmkir) (7, 443).  
Türk ədəbi dilində somurtmak leksik vahidi “danışmadığı hal-
da küskün olduğunu, üzüldüyünü üz ifadəsi ilə bildirmə” mənasını 
ifadə edir: Öyle bir zaman geldi ki benim somurtup oturduğuma köy-
lüler de kızar oldular (Fahri Celal) (70, 2826).  
Sürməx`. Azərbaycan dili şivələrində (Borçalı, İmişli, Qazax, Zən-
gilan) “sürgün etmək” mənasında işlənir: Şah munu sürdü (Borçalı) 
(7, 452).  
Sürmek leksik vahidi türk ədəbi dilində də “sürgün etmək” mə-
nasını ifadə edir: Gelibolu’da çalışıyorumUstamı sürdüler (Ömer Sey-
fettin) (70, 2882). 
Ünnəməx`. Ün ismindən əmələ gəlmiş ünnəməx` sözü Azərbay-
can dilinin dialekt leksikasında (Gədəbəy, Gəncə, Qazax) “səsləmək, 
çağırmaq” mənalarında işlənib: Səməd dayı səni ünne:r (Qazax); Gör 
nə cürə ünnüyür arvad yazıx (Gəncə); O məni ünnədi; Çox ünnədim, 
gəlif çıxmadı (Gədəbəy) (7, 524).  
Ün sözü müasir türk ədəbi dilində “şöhrət, nam” mənalarında 
işlənir:  Yararlı olmak, bu yolda ün sağlamak, hatta kahramanlaşmak. 
İşte gençlik çağının şerefi... ve dramı (Tarık Buğra). Bu dildə ün lek-



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin