Üşəmməx`//Üşəmməg. Azərbaycan dili şivələrində (Cəbrayıl,
Meğri, Tərtər, Zəngilan, Bakı, Cəlilabad, Əli Bayramlı, Kürdəmir, Sa-
birabad, Salyan) “qorxmaq” mənasında işlənir: Qabaxlarda Ərəz ye-
nişə-yoxuşa get-gəl eliyəndə üşənirdix`, ama Şu:ra vaxdı vecimizə də
dəyi (Meğri); Ağacın şö:gəsində qaraltı gördüm, üşəndim (Tərtər);
Ağəz, nöş üşənirsən, danış da: (Bakı); Mən qarannığ öydə üşənirəm
(Əli Bayramlı); Mən meşədən keçəndə elə üşəneydim, elə üşəneydim,
çoxdan da çox (Cəlilabad) (7, 525). Azərbaycan dilinin dialekt leksi-
kasında (Gəncə) üşənməx` feilinin “şübhələnmək” mənası qeydə alı-
nıb: Onuŋ danışığınnan birəz üşəndim (4, 401; 7, 525). Üşənmək feili-
|