ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə125/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Zabitə Teymurlu 

 
104
 

 
Türk ədəbi dilində dürmek leksik vahidi “silindir şəkli alacaq 
tərzdə sarmaq; qatlamaq” mənalarını ifadə edir: Bir kelime söyleme-
yerek kâğıtları uzun uzun dürdü (Hâlit Z. Uşaklıgil) (68, 780). Türk 
ədəbi dilində dürmək sözü məcazi mənada da işlənir: defterini dür-
mek “işdən çıxarmaq, yüksəlməsinə əngəl olmaq” (75, 312). 
Dür(mək) qədim türk dili abidələrində “bükmək, qatlamaq, top-
lamaq” mənalarında işlənib (103, 75). Dür(mək) feili tür->dür- şək-
lində inkişaf  yolu  keçmişdir.  samitinin cingiltiləşməsi  daha çox 
oğuz qrupu dilləri üçün səciyyəvidir. 
Qımıldammax. Azərbaycan dilinin Cəbrayıl şivəsində “tərpən-
mək, hərəkət etmək” mənasında işlənir: Heş yerinnən qımıldammır, 
elə bil onu çağırmıllar (7, 297). 
Kımıldamak  leksik  vahidi  türk  ədəbi  dilində  də  eyni  mənanı 
ifadə edir: “Kımıldama vururum”. Nihayet hayvanlar kımıldar (Hüse-
yin R. Gürpınar); Uzun siyah sakalı kımıldadı (Ömer Seyfettin) (69, 
1674). 
Qafsamax. Bu hərəkət bildirən söz Azərbaycan dilinin Mingə-
çevir, Şəki, Şəmkir şivələrində “zəbt etmək” mənasında işlənir: Yer-
rərin  hamısını  qafsamışdılar  (Şəmkir);  Bö:x`  qolçomaxlar  hər  şeyi 
qafsi:llərdi ki, bu mə:mdi (Şəki) (7, 274). “Zəbt etmək, ələ keçirmək, 
mənimsəmək” mənalarını ifadə edən bu söz qaf  feilindən düzəlmiş-
dir (54, 115). 
Türk ədəbi dilində kapsamak şəklində işlənib “zəbt etmək” mə-
nasını ifadə edir (69, 1564).  

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin