ZabiTƏ teymurlu


Azərbaycan dilinin dialekt leksikası



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə121/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Azərbaycan dilinin dialekt leksikası 

 
101
 

 
Çal sözünün tərkibindəki etimoloji mənası müasir Azərbaycan 
dili  üçün  arxaikləşmişdir.  Lakin  Azərbaycan  ədəbi  dilində  “talan 
edib, soyub, oğurlayıb qaçmaq” mənalarında çalıb çap(maq) mürək-
kəb feili işlənir. Bu sözün tərkibindəki çal(maq) feili ilə Azərbaycan 
dili şivələrində “oğurlamaq” mənasında işlənən eyni fonetik tərkibli 
çal- feili mənaca çox yaxındır, bəlkə də bir-birinin eynidir (54, 30).  
Türk ədəbi dilində çalmak sözü “özünə aid olmayan şeyi xəlvəti 
götürmək, oğurlamaq” mənasında işlənir (75, 207): Bahçenin çitleri 
üzerinden aşarak yemiş çalardı (R.N.Güntekin) (68, 521).  
Müasir dilimizdə çal kökü arxaikləşsə də poeziya nümunələri-
nin dilində konkret ifadəsini tapmışdır. M.Ə.Sabirdə: Mollanın bör-
künü çalıb oğru, Yüyürüb qaçdı bir bağa doğru (63, 34). 
Çatmax. Bu söz Azərbaycan dilinin İmişli, Yevlax, Zəngibasar 
şivələrində “yükləmək; bağlamaq” mənalarını ifadə edir: Çatmeyi 
ver çualları çatım (Yevlax) (7, 91). 
Qədim türk dili abidələrində çatmaq leksik vahidi “bir-birinə 
bağlamaq, parçaları bir-birinə birləşdirərək bir şey düzəltmək, qar-
şılaşmaq, toxunmaq, toqquşmaq” mənalarında işlənib (103, 51).  
Çatmaq feili qədim türk dili abidələrində ifadə etdiyi mənaları 
bu gün müasir türk ədəbi dilində də eyni ilə ifadə edir. Azərbaycan 
dialektlərində qeyd olunan çatmax lekseminə “yükləmək, bağlamaq” 
mənalarında türk ədəbi dilində də təsadüf edilib: Hatice Hanım ba-
şına kocaman bir çatkı çatarak odasına çekildi (Reşat  N.Güntekin) 
(68, 538). 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin