tədqid edilən şivələr üçün xarakterik sayılan fonetik hadisə adlandı-
rır (64, 112). Nəsiminin dilində də çəğanə leksik vahidi qeydə alınıb:
Dəfü-çəngü çəğanə, nayü tənbur, Düzülsün ankəhi, zilü bəm olsun (Nəsimi ) (64, 112).
Çağana, çağanak leksik vahidləri müasir türk ədəbi dilində
“musiqi aləti” mənasında işlənirlər (75, 202). Qeyd olunan türkçədə
çağanak sözünə çalgı çağanak frazeoloji birləşməsinin tərkibində
də rast gəlinir: Her gece çalgı çağanak, yemek, içmek, keyif, sâfa gırla giderdi (Ömer Seyfettin); Türkçemizdeki “çalgı çağanak” deyimi,
divan edebiyatındakı “çeng ü çegāne” sözünün tam karşılığıdır. “Çal- gı çağanak bir hayli eğlendik” deriz (Mahmut R.Gāzimihal) (68, 518).
İ.Ayverdi türkçədə işlənən çağana, çağanak sözlərinin fars mənşəli
çeġāne sözündən əmələ gəldiyini qeyd edir (68, 512).
Çalmax. Azərbaycan dilinin Cəbrayıl, İsmayıllı şivələrində “oğur-
lamaq, xəlvəti götürmək” mənalarında işlənir: Əli pıça:mı nətə:r çal- dısa, xabarım olmadı (Cəbrayıl) (7, 88). Bu söz Azərbaycan dilinin
Tovuz, Qazax rayon şivələrində də “oğurlamaq” mənasında işlənir:
Qaranın öyünü bu axşam yaman çalıflar (Tovuz); Bir yaxşı pıçam var- dı, heş bilmirəm Mahmıt nə vax çaldı ki, xabar tutəmmədim (Qazax)
(54, 30).
Türk mənşəli olan çal kökünün məna genişləməsi ilə qazandı-
ğı bütün keyfiyyətlər çalmaq feilində toplanmışdır: “atmaq, vurmaq,
qarışdırmaq, sürmək, almaq, aşırmaq, pozmaq, kəsmək, oymaq, iş-
ləmək, süpürmək, arıtmaq, andırmaq, oxşamaq, səs çıxarmaq” (80,
127). Çalmaq feilinin qeydə alındığı bu mənaların bəzilərinə Azər-
baycan dilinin dialektlərində rast gəlmək olar. Azərbaycan dilinin
Gəncə şivəsində “çox çalışmaq, işləmək” mənasındakı çəlləşmək, Qa-
zax şivəsində “qurşanmaq”anlamında çalmax, Şəki, Zəngilan şivələ-
rində “süpürmək, təmizləmək” mənasında çalğılamaq, Qazax, Gəncə
şivələrində “araqarışdıran, aravuran” mənasındakı çalası sözləri də
çal kök morfeminin derivatları hesab oluna bilər. Çalğılamaq feili-
nin çal sözü ilə əlaqəsindən danışarkən göstərmək lazımdır ki, canlı
danışıqda “silib-süpürmək” birləşməsi elə “oğurlamaq, talan etmək”
anlayışını da bildirir. Məsələn: Seknəxām, xəbərün var, dünənnərim gecə magezini silib-süpürüblər (Bakı-Maştağa) (63, 35).