Ən qədim leksik vahid olan bay sözünə sözdüzəldici şəkilçi ar-
tırmaqla düzəltmə feillər yaranmışdır. Məsələn: Gəncə dialektində
baylandırmax sözü “kökəltmək” mənasında işlənib: Atdarı laf baylan- dırıfsan. Baylaşmax sözü isə həmin dialektdə “kökəlmək” mənasını
ifadə edir: Atdarı biyil yazda birki ay xama buraxdıx, yaxşı baylaşmış- dılar (7, 44). Bu söz Azərbaycan dilinin Qazax dialektində mürəkkəb
feil tərkibində də saxlanmışdır: Səni göröm balaların bay olsun (4, 53).
Baylamax.Bu leksik vahid Azərbaycan dili şivəsində (Başke-
çid) “ürəyi keçmək, özündən getmək” mənasında işlənir (7, 44).
Türk ədəbi dilində bayılmak sözü “hərəkət qabiliyyətini itirə-
rək özündən getmək, ürəyi keçmək” mənasını ifadə edir (75, 121):
İslam Bey bayılır, Zekiyenin kucağına düşer (Namık Kemal). Bayıl- mak sözü türk mənşəli olub baymak (inandırılmak, qayğılanmak,
sıxılmaq) sözündən bay-ı-l-mak/bayılmak (qayğılanmaq, sıxıntıya
düşmək, kədərlənmək) sözü əmələ gəlmişdir. Məna genişləməsi ilə
“özündən keçmək, gücü azalmaq, sehirlənmiş kimi olmaq, bir əşya-
ya qarşı çox istəkli olmaq” anlamlarını ifadə edir (80, 79). “Yeni ta-
rama sözlüyü”ndə bayılmaq sözünün “həyəcanlanmaq, üzülmək”
mənaları qeyd olunub (103, 28). Türk dilinin şivələrində bay- vari-
antı da işlənir. Məs: Tatlı elmayı hiç yiyemem, içimi bayar (69, 307).
Bellətmək. Bu söz Azərbaycan dilinin dialekt leksikasında (Ucar)
“göstərmək” mənasında işlənir: Mən sənin şəkilu: Həsənə də bellət- dim (7, 46).
Türk ədəbi dilində belletmek leksik vahidinin mənası “əzbərlə-
məsinə, öyrənməsinə kömək etmək”dir (75, 129): Çünkü Kemal Bey bedi kitaplarından (...) nazariyeler belleten bir muallim değil (Reşat
N. Güntekin) (68, 326). “Türk dilinin etimoloji lüğəti”ndə bellemek sözünün etimoloji inkişafı aşağıdakı kimi verilmişdir: bel (əlamət, damğa, iz) sözündən bel-le-mek/bellemek (hafizədə izi qalmaq, hafi- zəyə damğasını vurmaq, öyrənmək, başda, könüldə tutmaq, alınanı qorumaq) (80, 84).
Boğazdamax. Azərbaycan dili şivəsində (Daşkəsən) “boğazın-
dan tutub başını kəsmək” mənasında işlənir: Pıçaxnan qoyunu bo- ğazdeyrıx (7, 60).