Boğazlamak sözü türk ədəbi dilində “heyvan kəsmək, qurban
kəsmək, bir insanı vəhşicəsinə öldürmək”mənalarını ifadə edir (75,
153): Moğollar kadınları ve çocukları teslim alıp gerisini boğazlıyor- lardı (Ergün Göze); İçeride bir adam boğazlanıyor sandım (Yusif Z.
Ortaç). Qədim türk dili abidələrində boğuz “boğaz”, “boğuzlamaq”,
“boğazlamaq” sözləri qeydə alınıb (103, 36). Boğaz türkcə boğum (boğ/buk kökündən qırtlağı əmələ gətirən halqalar) sözündən bo- ğuz> boğaz şəklində inkişaf yolu keçib. Uyğur dilində buk sözü “qırt-
laq” mənasını ifadə edir, bunun buk-bug-buğ/bog-boğ şəklinə keç-
məsi səs dəyişmələri nəticəsindədir (80, 94).
Cağıldamax.Bu söz Azərbaycan dilinin Şəmkir şivəsində “coş-
maq (çaya aiddir)” mənasında işlənir: Şəmkir çayı gənə çağıldıyıf gəlir (7, 70). Qədim türk dili abidələrində çağlağan “çağlayaraq axan su” mə-
nasında işlənmişdir. Çağlaη isə “şəlalə, çağlayan, şırıl-şırıl axan”mə-
nasını ifadə edir: cağlamaq > çağlamaq (103, 44, 48). Cağıldamaq şəklinə təsadüf edilməyib.
Çağıldamaq, türkcə çağ (təbii səs, təqlidi səs) sözündən çağ-ı-l- da-mak/ çağıldamak sözü əmələ gəlib. Bu söz “çağıltı ilə axmaq, şı-
rıltı ilə tökülmək” mənasını ifadə edir (80, 124-125).
Türk ədəbi dilində çağıldamak “suyun qayalara, daşlara çırpı-
laraq ahəngli səslər çıxarması, çağlaması” mənasında işlənir: Mah- zun hudutların ötesinden akan sular/Gönlüm hep o zanla berâber çağıldadı/Bildim nedir ufuktaki sonsuzluğun tadı (Yahyâ Kemal) (68,
512).
Caydırmax.Bu söz Azərbaycan dili şivəsində (Bеyləqan) “ya- yınmaq” mənasında işlənir: Bu gün hara caydırmışdın? (7, 72).
Türk ədəbi dilində caymak leksik vahidi “niyyətindən və ya qə- rarından yayındırmaq, fikrindən yayındırmaq” mənasını ifadə edir
(75, 180): Hayır, dur, bunu düşünmеyе başladığım anda caymağa doğ- ru koşacaksın (137, 344).