Arıtdamağ//Arıtdamax//Əritdəməg. Azərbaycan dilinin Qu-
ba, Xaçmaz, Qazax, Şəki və Yardımlı şivələrində “təmizləmək” məna-
sında işlənir: Ağacın pöhrələrin arıtdaduğ (Quba); Aş pişirmağa dügi
arıtdaduğ (Xaçmaz); Yetim bir çuvux kəsdidi, arıtdadı, xanıma verdi
(Qazax) (7, 26); Sudan zığ iyisi gələndə buləği əritdeydüg (7, 165).
Arıtlamaq sözünə Azərbaycan ədəbi dilində də “təmizləmək,
yaxşısını pisindən, irisini xırdasından ayırmaq; dənləmək” mənasın-
Azərbaycan dilinin dialekt leksikası
95
da təsadüf olunub: Buğda arıtlamaq. Düyü arıtlamaq.- (Tubu:) Bir az
düyü arıtla, atana bir dövrə sulu yayma bişir. Ə.Haqverdiyev; Arvad
baxıb-baxıb ayağa durdu, düyü çıxarıb arıtladı. S.Rəhimov (10, 136).
Arıtmak leksik vahidi türk ədəbi dilində “təmizləmək, yumaq,
paklamaq, qarışıq olan şeylərdən ayırmaq” mənalarını ifadə edir
(75, 65): Her köşeden bir pınar aksa gene de bizi onlardan arıtıp te-
mizleyemez (Samiha Ayverdi) (68, 162).
Arıtdamax sözü “təmiz” mənasında olan arı sözündən əmələ gəl-
mişdir. Arı//ari sözü Azərbaycan dili şivələrində (Ağdam, Füzuli,
Qazax, Quba, Şahbuz, Şəmkir, Tovuz, Bakı, Xaçmaz) “təmiz, saf” mə-
nasında işlənir: Aydan arıyam, sudan duruyam (Şahbuz); Aydan arı,
sudan duru (Qazax); Aydan arı, qünnən duru (Tovuz); Aydan ari, su-
dan duri (Bakı) (7, 25). Neftçala rayon şivəsində çirkin sifətli adama
qarşı işlədilən «üzünə baxanda arı qabda su verməzsən» deyiminin
tərkibində də arı sözünün “təmiz” mənasında çıxış etməsinə təsa-
düf olunur (48, 103). Arı sözü də arxaik sözlərdəndir. M.Şirəliyev qeyd
edir ki, bu sözə dialektlərimizdə: Aydan arıyam sudan duru//günnən
duru nümunələrində və arıtmaq feilinin kökündə rast gəlmək müm-
kündür.
Arık > aru > arı sözü türk mənşəli olub bu gün türk ədəbi dilin-
də “saf, təmiz, pak, qarışıqsız” mənalarında işlənir (103, 12): arı bal
“süzülmüş bal”, arı dil “başqa dillərdən söz almamış, alınma sözlər-
dən təmizlənmiş olan dil” -Kültür dili seviyesindeki dillerin hiçbiri arı
dil olamaz, ancak kabîle dilleri arı dildir; arı “duru tərtəmiz” (68, 161).
E.Əzizov qədim arığ sözünün Azərbaycan ədəbi dili materialla-
rında arı şəklində olduğunu qeyd edir: Arı könüldə pas olsa, şərab
açar (KDQ); Arı qövtar, ey sənəm, gerçəklərin nitqindədür, Hər dili
əgridə yoqdur arı gövtar, istəmə (Nəsimi); Avlaxda bu gün avlarikən,
yarə yoluxdum, Bir aydan arı, gün kimi didarə yoluxdum (Xətai) (27,
259); Arı sudan abdəst aldılar (43, 66); Axır-soŋı arı imandan ayır-
masun! (43, 51). Müəllif qeyd edir ki, söz sonunda ğ samitinin düş-
məsi türk dillərinin tarixində özünü göstərən bir xüsusiyyətdir: uluğ>
ulu, sarığ>sarı, ayığ>ayı, kapığ>kapı, kamuğ > kamu və s. (43, 51).
Aşırmax. Azərbaycan dili şivələrində (Gəncə, Qazax, Şəmkir)
“malı və pulu dağıtmaq, yersiz xərcləmək” məcazi mənada işlənir:
Fərasətsiz oğuldu, atasının var yoxunu aşırdı, lüt qaldı (Gəncə) (7, 27).
|