zel sözün, nükte ve neşenin coşup taştığı bir dünya idi (Sâmiha Ay-
verdi) (69, 2369).
Saqat//Səqqət. Azərbaycan dilinin Zaqatala, Qax şivələrində
“şikəst”, Naxçıvan, Şərur, İrəvan şivələrində “şikəst, əlil” mənasında
işlənir: İndi mən səqqətəm (Şərur) (7, 416, 426). İraq-türkman ləh-
çəsində səqət sözü “şikəst; nizam və saz olmayan” mənalarını ifadə
edir: səqət adam “şikəst adam”; səqət iş “nizam olmayan iş” (39, 392).
Sakat sözü türk ədəbi dilində də eyni mənanı ifadə edir: Arka- daşlarım yalnız sakat ve ihtiyar bir iki leylektir (Ahmet Haşim) (70,
2645).
Səmiz. Azərbaycan dilinin Dərbənd dialektində “kök (ən çox
mala aid edilir)” mənasında işlənir: Gəncəli həmişə mala yəxşi baxa- du, həmi mallari səmizdü (7, 427).
Türk dilində semiz sözü “ətli, yağlı, kök heyvan” mənasını ifa-
də edir (75, 968): Harman sonu besili, semiz olan kaz palazlarından almasını tembih ediyorum (Refik H.Karay) (80, 2727). Türkmən dilin- də gotur, agsak, mayıp, hor, semiz kimi sifətlər həm heyvanlar, həm də insanlar üçün istifadə edilir (77, 87).
Semiz sözünə Mustafa Zəririn “Yuzif və Züleyxa”poemasının
dilində “kök, yağlı” mənasında rast gəlinib: Gəldi ol aruğ semüzləri yedi; Padşah gördi yeddi sığır semüz (36, 37). Tarixən bu söz Orxon-
Yenisey abidələrində, M.Kaşğari “Divan”ında, Qütbün “Xosrov və
Şirin” poemasında və digər mənbələrdə də yuxarıdakı mənalarda
qeyd olunmuşdur (36, 37). Bu leksik vahid İraq-türkmən ləhcəsin-
də səmmiz//səmiz şəklində işlənib “kök, yağlı”mənasını ifadə edir:
Köpək səmmiz olsa da, əti yeyilməz (39, 392). Bu sözə “Kitabi-Dədə
Qorqud”un dilində də işlənib: Simüz qoyun, arıq toqlı bayırda qalsa, qurt gəlib yeməzdi sapanıŋ qorqusından (KDQ, 48).