Qırvağ//Qıvrax//Quyrax. Azərbaycan dili şivələrində (Cəlila-
bad, Yardımlı, Mingəçevir, Şəki) “yeyin, sürətlə” mənasında işlənir:
Məni məcvur eley ki, qırvağ yereyim (Cəlilabad); Bu unnan biraz
quyraxdı (Şəki) (7,303,318). Azərbaycan dilinin Qusar şivəsində bu
sözün “zirək” mənasına da təsadüf olunub (7, 303). Azərbaycan di-
linin digər şivələrində qeyd olunan sözün digər fonovariantlarına
da təsadüf olunub: cıfrıx//cıvrıx//cıvrax (Azərbaycan dilinin Bolnisi,
Başkeçid, Borçalı, Çənbərək, Gədəbəy, Qazax şivələrində) “cəld”:
Cıvrıx adam yolu ye:in gedər (Qazax); Löjman cıvrıx tərpəndi harava-
nıη dalıncan (Çənbərək); O çox cıvrığ uşaxdı, haryatan desəη gedər
(Gədəbəy); Hasan cıvrıx yeriyer (Borçalı); “qıvraq” (Çənbərək, Qazax,
Şəmkir): Arazalı çox cıvrağ adamdı (Çənbərək); Söyünün oğlu elə
cıvrax uşaxdı kın, gözdən qıl qırpır (Şəmkir) mənalarında işlənir (7,
75,78).
Türk ədəbi dilində kıvrak sözü “zirək, hərəкətli, cəld və bacarıqlı”
mənalarını ifadə edir: Çok güzel, çok kıvrak bir genç kız olmuştu (Re-
şat N.Güntekin); Ve şalı idâre eden kıvrak, zeki eller (Peyâmi Safâ)
(69, 1694).
Azərbaycan ədəbi dilində qıvraq sözünə “sağlam, möhkəm, güm-
rah, səhhətcə yaxşı; çevik, cəld, diribaş, zirək, yüngül” mənalarına
təsadüf olunub (11-12, 151-152). Ədəbi dildəki qıv-raq (qōrağ) si-
fətindən düzəlmişdir. Məs.: Qōrağlan, öve degim, gərəm indi (Əmir-
can). Qōrağlanmaq sözünün mənası “hazırlaşmaq, geyinib hazır
olmaq”dır (64, 72).
|