Üçüncü bölmə
İRQLƏRİN PSİXOLOJİ ƏLAMƏTLƏRİ NECƏ DƏYİŞİR
I fəsil
SİVİLİZASİYALRIN İNKİŞAFINDA İDEYALARIN ROLU
İstənilən sivilizasiyada rəhbər ideyalar həmişə elə də çox olmur. – Onların
təşəkkülü və yox olmasının müstəsna astagəlliyi. – İdeyalar davranışa yalnız hislərə
çevrildikdən sonra təsir göstərə bilir. – Onlar o vaxt xarakterin yaranmasında iştirak
edirlər. – İdeyaların inkişafının ləngliyi, sivilizasiyaların məlum dayanıqlığını təmin
edir. – İdeyalar necə meydana çıxır. – Düşüncələr kütlələrə əhəmiyyətsiz təsirə
malikdilər. – Özünütəsdiq və nüfuzun təsiri. – Etiqadçılar və həvarilərin rolu. –
Sınaqdan keçirilən ideyalar kütləyə ötürülən zaman təhrif olunur. – Hamı tərəfindən
qəbul edilən ideya çox tezliklə sivilizasiyaların bütün elementlərinə təsir göstərir. –
İdeyaların ümumiliyi sayəsində hər bir əsrin insanları məlum orta anlayış ehtiyatına
malikdilər, bu onları düşüncə və işlərində çox eyniləşdirir. – Bu olduqca böhranlı
mərhələdir – fikirlərin iddiası zamanı dözümlü olmaq üçün yeganə vasitədir. –
Ehkamçılar yalnız tənqidin olmadığı yerdə duruş gətirə bilirlər. – Sivilizasiyalarını
dəyişməyə məcbur olan xalqlar, öz ideya və ehkamlarını həmin saatdaca dəyişdirə -
bilmirlər.
İrqlərin psixoloji əlamətlərinin böyük dayanıqlığa malik olduğunu və bu
əlamətlərin nəticəsi olaraq xalqların tarixlərinin yarandığını göstərib, əlavə etdik ki,
psixoloji elementlər də anatomik elementlər kimi sonda yavaş-yavaş toplanaraq, irsi
ehtiyatları təşkil edirlər. Həmin dəyişikliklərin böyük hissəsi sivilizasiyaların
inkişafından asılıdır.
downloaded from KitabYurdu.org
Psixoloji dəyişikliklər yaratmağa qabil amillər olduqca rəngarəngdir. Tələbatlar,
mövcud olmaq uğrunda mübarizə, məlum mühitin təsiri, elm və sənaye sahəsində
uğurlar, tərbiyə, inanclar və sair bu sıraya daxildir. Onların öyrənilməsinə tam bir cildi
həsr etmişəm və indi həmin predmeti təfərrüatı ilə danışmayacağam, sözügedən
mövzuya yalnız onların hərəkət mexanizmini göstərmək üçün qayıdacağam, bu və
növbəti fəsil həmin psixoloji dəyişikliklərə həsr olunacaq.
Dünyanın yaranışından bir-birini əvəz etmiş müxtəlif sivilizasiyaların tədqiqi
göstərir ki, onların inkişafında həlledici rol həmişə çox az sayda əsas ideyalara məxsus
olub. Əgər xalqların tarixi onların ideyalarının tarixi ilə müəyyən olunsaydı, onda o,
heç vaxt bu qədər uzun olmazdı. Əgər hansısa sivilizasiya bir və ya iki əsr ərzində
incəsənət, elm, ədəbiyyat və fəlsəfə sahəsində əsas ideyalar yaratmağa nail ola
bilsəydi, ona olduqca parlaq bir sivilizasiya kimi baxmaq olardı.
Artıq bizə məlumdur ki, hər hansı bir sivilizasiyanın inkişafı başlıca olaraq,
xarakterdən, yəni xalqın irsi hislərindən asılıdır, hansı ki, sivilizasiyanı yaradıb. Biz
həmçinin gördük ki, həmin irsi hislər möhkəm dayanıqlığa malikdilər və onlar yalnız
nəhayətdə müxtəlif amillərin təsiri altında dəyişilə bilirlər. Həmin amillər arasında ən
sonuncu yerə ideyaların təsirini qoymaq lazımdır.
Lakin ideyalar xalqların ruhlarına əsl təsirini, yalnız onların olduqca ahəstə
istehsalından, düşüncələrin mütəhərrik sahəsindən, hislərin möhkəm, qeyri-iradi
sahəsinə düşməsindən sonra göstərə bilərlər, orada bizim əməlimizin motivləri
hazırlanır. Onlar həmin an müəyyən mənada xarakterin bir hissəsini təşkil edirlər və
onun davranışına təsir göstərə bilirlər. Həmin ideyalar çox yavaş, uzun sürən bir
prosesdən keçdiklərindən, əhəmiyyətli gücə malik olurlar, çünki şüur onlar üzərində
hökmranlığını itirir.
Nə qədər əsaslı olsa belə, üzərində istər dini, istərsə də digər hansısa ideya
hökmranlıq edən inamlı insan, onu müzakirə etməyə belə qalxmayacaq. Onun cəhd
edə biləcəyi yeganə şey, süni əqli üsullar və ya çox vaxt da fikirlərini rədd edən böyük
təhriflər yolu ilə üzərində hökmranlıq edən anlayışlar dairəsini sınaqdan keçirə
bilməsi ola bilər.
Əgər ideyalar yalnız şüurlu sahədən tədricən, yavaş-yavaş qeyri-iradi sahəyə
enişdən sonra təsir göstərə bilirsə, onların hansı ləngliklə dəyişilə biləcəklərini, eləcə
də hansısa sivilizasiyada idarəedici ideyaların niyə bu qədər azsaylı olduğunu və öz
inkişafı üçün niyə bu qədər çox zaman tələb etdiyini başa düşmək, elə də çətin deyil.
Bunun belə olmasına sevinməliyik, əks təqdirdə sivilizasiyalar heç bir dayanıqlığa
malik olmazdılar. Xoşbəxtlik həm də ondadır ki, yeni ideyalar sonda özlərini qəbul
etdirməyi bacarırlar, belə olmasaydı, onda köhnə ideyalar tamamilə dəyişilməz qalar
və sivilizasiyalar da heç bir tərəqqiyə nail ola bilməzdilər. Psixoloji dəyişikliklər ləng
getdiyindən, bunun üçün çoxlu insan nəsli lazım gəlir, köhnələrin yox olması və yeni
ideyaların təntənəsi üçün isə bundan da çox insan. Ən sivil xalqlar həmin idarəedici
ideyalara söykənərək, dəyişkənlik və sabitlikdən bərabər məsafə saxlaya biliblər.
Tarix bu tarazlığı qoruyub saxlaya bilməyənlərin qalıqları ilə döşənib.
Beləliklə, indi daha asan başa düşmək olur ki, niyə xalqların tarixləri öyrənilən
zaman onların ideyalarının zənginliyi və yeniliyi deyil, əksinə, həmin ideyaların ifrat
yoxsulluğu, dəyişikliklərin çox ləng gedişi və malik olduqları hökmranlıqları bizləri
downloaded from KitabYurdu.org
heyrətləndirir. Sivilizasiyalar bəzi başlıca ideyaların nəticəsi olaraq meydana çıxır;
həmin ideyalar təsadüfən dəyişdiyi zaman, onlardan qidalanan sivilizasiyalar da
tezliklə dəyişilməyə məhkumdular.
Orta əsrlərdə iki əsas ideya ilə yaşayırdılar: dini və feodal. Bu iki ideyadan onların
incəsənəti, ədəbiyyatı və həyat haqqında anlayışları törəyirdi. İntibah dövründə bu iki
ideya bir qədər dəyişikliyə uğrayır; qədim yunan-latın dünyasında tapılan ideal
Avropa tərəfindən qəbul edilir və tezliklə həyat, incəsənət, fəlsəfə və ədəbiyyat
haqqında anlayışlar kökündən dəyişilməyə başlayır. Sonra əfsanənin nüfuzu tərəddüd
etməyə başlayır, elmi həqiqətləri tədricən aşkar həqiqət əvəz edir və sivilizasiya
yenidən dəyişilir. Müasir zamanda köhnə dini ideyalar öz səlahiyyətlərinin böyük
hissəsini aşkar şəkildə itirmişlər və tək bircə bunun nəticəsində tamamilə ona
söykənən bütün ictimai təsisatların başı üzərini yıxılmaq təhlükəsi alıb.
İdeyaların təşəkkülünün tarixi, onların hökmranlığı, ömürlərini başa vurması,
islahatı və yox olub getməsi, yalnız çoxsaylı nümunələrlə təsdiq edildiyi zaman qəti
şəkildə izah oluna bilər. Əgər biz detallara vara bilsəydik, onda göstərə bilərdik ki,
sivilizasiyanın hər bir elementi: fəlsəfə, din, incəsənət, ədəbiyyat və s. inkişafı
fövqəladə dərəcədə ləng gedən çox az sayda idarəedici ideyalara tabedir. Elmlər
özləri bu qanundan çəkinmirlər. Bütün fizika enerji saxlanılması ideyasından
qaynaqlanır, bütün biologiya – transformizmdən (heyvan və bitki aləmində növlərin
dəyişməsi haqqında nəzəriyyə), bütün tibb – kiçik hissəciklərin sonsuz hərəkəti
ideyasından və bu ideyaların tarixi göstərir ki, sonuncuların ən ziyalı ağıllara müraciət
etmələrinə baxmayaraq, onlar tədricən və çox çətinliklə müəyyən edilir. İndiki
zamanda, hər şey böyük sürətlə baş verir və xüsusi ilə də tədqiqatlar sahəsində,
orada nə həyəcanlar, nə də maraqlar danışır, əsas elmi ideyanın oturuşması üçün ən
azı iyirmi beş il vaxt lazımdır. Mübahisələrə daha az əsas verən ən aydın, ən yüngül
ideyaların sübutu üçün də, az zaman tələb olunmayıb, bunlar mübahisələr üçün
(məsələn, qan dövranı ideyası) daha az əsas verməliydi.
Elmi, bədii, fəlsəfi, dini, bir sözlə, hansı ideya olmasından asılı olmayaraq, onun
yayılması həmişə eyni üsulla baş verir. İdeyanın lap başlanğıcda az sayda həvarilər
tərəfindən qəbul olunması vacibdir, çünki inanclarının gücü və ya adlarının nüfuzu
həmin ideyaya hörmət gətirir. Onlar belədə sübutlardan daha çox təlqindən istifadə
edirlər. Lakin hər hansı bir sübutun dəyərində inandırma mexanizminin əsas
elementlərini axtarmaq lazımdır. Öz ideyalarını malik olduqları nüfuzdan istifadə
etməklə və ya hislərə müraciət edərək təlqin etmək olar, yalnız idraka müraciət
olunsa, onda hər hansı bir təsir alınmayacaq. Kütlə heç vaxt özünü dəlillərlə
inandırmağa imkan vermir, bunu yalnız iddialarla etmək mümkündür, özü də bu,
həmin iddiaları ortaya qoyanın, söyləyənin nüfuzundan, cazibəsindən asılıdır.
Həvarilər öz şagirdlərindən ibarət kiçik dərnəyi inandırdıqdan və bununla da belə
demək mümkünsə, yeni həvarilər yaratdıqdan sonra, yeni ideya mübahisə sahəsinə
daxil olmağa başlayır. Öncə o, bütün müxalifəti özünə qarşı qaldırır, çünki bu, bir çox
köhnə hislərə və qəbul olunmuş şeylərə toxunur. Yeniliyi müdafiə edən həvarilər,
təbii ki, həmin müxalifətdən, onları yalnız digər insanlar üzərində üstün olduqlarına
inandırmağa çalışanların bu hərəkətlərindən, coşurlar və yeni ideyanı böyük enerji ilə
ona görə müdafiəyə qalxmırlar ki, o, həqiqidir, çox vaxt onların özləri də heç bilmirlər
downloaded from KitabYurdu.org
ki, bu nədir, sadəcə onu qəbul etdikləri üçün müdafiə edirlər. Bu zaman yeni ideya
daha tez-tez müzakirə olunmağa başlayır, yəni əslində biriləri tərəfindən şərtsiz qəbul
olunur, digərləri tərəfindən isə rədd edilir. Təsdiq və rəddetmələr, bir az da
arqumentlərlə mübadilə gedir, belə ki, bunlar böyük insan çoxluğu tərəfindən yeni
ideyanın qəbul olunması və ya rədd edilməsi üçün yeganə motiv olaraq, hislərin
motivi kimi çıxış edə bilmir, burada düşüncə heç bir rol oynamır.
Bu, həmişə coşqun müzakirələrin sayəsində ideyalar olduqca yavaş inkişaf edir.
Onun etirazlara səbəb olduğunu görən yeni nəsil, yalnız elə bu səbəbdən həmin
ideyanı qəbul etməyə meylli olurlar. Həmişə müstəqilliyə can atan gənclik üçün qəbul
olunmuş ideyalara qarşı bütünlüklə müxalifətdə olmaq, ona öz orijinallığını nümayiş
etdirməkdən ötrü ən əlçatan forma kimi görünür.
Beləliklə, ideya genişlənməyə başlayır və çox tezliklə o, hər hansı bir dəstəyə
ehtiyac duymayacaq. Artıq o, indi hər yerdə yalnız imitasiya, yoluxma yolu ilə, bu kimi
qabiliyyətlər vasitəsilə yayılmağa başlayacaq, adamlar da insanabənzər meymunlar
kimi bu sahədə eyni dərəcədə istedada malikdilər.
Yoluxma mexanizminin işə düşdüyü vaxtdan ideya onu çox tezliklə uğura
çatdıracaq mərhələyə daxil olur. Çox tezliklə o, ictimai rəy tərəfindən qəbul edilir.
Bundan sonra o, bütün ağılları fəth edən nüfuzedici və öhdəsindən gəlinə bilməyəcək
bir gücə çevrilir, həm də xüsusi bir atmosfer, ümumi düşüncə tərzi yaradır. Hər yerə
keçməyi bacaran ən kiçik toz hissəcikləri təki, o, məlum dövrün bütün anlayışlarına və
ruhi məhsullarına çökəcək. İdeya və ondan çıxan nəticələr həmin vaxt bizlərə tərbiyə
vasitəsilə qəbul elətdirilən irsi bayağılıq ehtiyatının bir hissəsini təşkil edir. O, artıq
qalib gəlib və hislər sahəsinə daxil olub ki, bu da onu uzun müddət üçün hər cür
müdaxilədən mühafizə edir.
Sivilizasiyaya rəhbərlik edən müxtəlif ideyalardan bəziləri, məsələn, incəsənətə
və ya fəlsəfəyə aid olanlar, yuxarı qatlarda qalır; digərləri, xüsusilə də dini və siyasi
anlayışlara aid olanlar, bəzən kütlənin dərinliyinə enir. Sonuncular ora adətən çox
təhrif olunmuş halda gəlib çatırlar, lakin elə ki, ora keçməyə müvəffəq oldular,
onların malik olduqları güc, geridə qalmışlar, düşünməyə qadir olmayanlar üzərində
nəhəng qüvvəyə çevrilir. İdeya həmin vaxt özlüyündə bir məğlubedilməzlik təşkil edir
və nəticədə güclü axın kimi yayılmağa başlayır ki, qarşısında heç bir maneə dayana
bilmir. Elə o zaman həmin böyük hadisələr baş verir ki, tarixi çevrilişlərə gətirib çıxarır
və yalnız kütlə tərəfindən həyata keçirilir. Nə yeni dinlər, nə bir yarımkürədən
digərinə qədər uzanan, dünyanı idarə edən nəhəng imperiyalar, nə də, Avropanı
yerindən oynadan böyük dini və siyasi inqilablar, elm adamları, sənətkarlar, filosoflar
tərəfindən yaradılmayıb, həyata keçirilməyib, onlar məlum ideya ilə kifayət qədər
yüklənmiş və onun yayılması üçün öz həyatlarını belə qurban verməyə hazır olan
insanlar tərəfindən yaradılıb, həyata keçiriliblər. Nəzəri olaraq çox əhəmiyyətsiz, lakin
praktikada çox güclü baqajla Ərəbistan çöllərinin köçəriləri qədim yunan-Roma
dünyasının bir hissəsini ələ keçirdilər və tarixin indiyə qədər tanıdığı ən böyük
imperiyalardan birini yaratdılar. Elə oxşar əxlaqi baqajla, ideyaya sadiq olan
qəhrəman Konvent əsgərləri Avropanın silahlı koalisiyasının hücumlarını qətiyyətlə
dəf edə bilmişdilər.
downloaded from KitabYurdu.org
Güclü əqidə, özü təki güclü əqidə ilə rastlaşmayana qədər yenilməzdir: sonuncu
birinci üzərində qələbə çalmaq üçün müəyyən şans daxilində mübarizə apara bilər.
İnam üçün inamdan daha ciddi düşmən yoxdur. O, qələbəyə əmindir, fiziki qüvvə
hansı ki, ona qarşı qoyulur, zəif hislərə və zəifləmiş etiqadlara xidmət edir. Lakin nə
vaxt ki, o, eyni gücdə inamla üzbəüz gəlir, mübarizə daha gərgin xarakter alır və
həmin vaxt uğuru daha çox mənəviyyatla bağlı təsadüfi hallar, intizam ruhu və əla
təşkilatçılıq həll edir. Elə indi söz açdığımız ərəblərin tarixi ilə daha yaxından tanış
olduqda, müşahidə etdik ki, ilk qələbələrində, həmin qələbələr isə həmişə ən çətini,
ən mühümü olur, onlar mənəvi cəhətdən ən zəif rəqiblə qarşılaşmışlar, baxmayaraq
ki, onların hərbi təşkilatı çox yüksək idi. Öncə ərəblər öz silahlarını Suriyaya qarşı
yönəltdilər. Orada qarşılarına muzdlulardan təşkil olunmuş və özlərini kimin üçünsə
və ya hər hansı bir iş üçünsə qurban verməyə hazır olmayan bizans döyüşçüləri
çıxdılar. Güclərini on qat artıran canlı imanla ruhlanmış ərəblər, qarşılarındakı idealsız
dəstələri, vaxtilə bir ovuc yunanın vətən sevgisi ilə ruhlanaraq Kserksin çoxsaylı
qoşunlarını seyrəltdikləri kimi darmadağın etdilər. Əgər, hadisələr bir neçə əsr əvvəl
baş versəydi, nəticə tamamilə başqa cür olardı, onlar roma kaqortaları ilə
qarşılaşardılar. Tarix çoxsaylı nümunələr əsasında təsdiq edir ki, eyni qüdrətdə olan
mənəvi güclər bir-biri ilə qarşılaşanda, həmişə daha yaxşı təşkil olunanı qalib gəlir.
Vandeylilər
9
yəqin ki, olduqca güclü inama malik olublar; bu adamlar çox güclü
etiqad sahibi idi; digər tərəfdən, Konventin əsgərləri də həmçinin çox israrlı inam
sahibi olublar və hərbi cəhətdən daha yaxşı təşkil olunduqlarından məhz onlar qalib
gəliblər. Siyasətdə olduğu kimi, dində də uğur həmişə dindarların tərəfində olur,
skeptiklərin tərəfində yox. Əgər sosialistlərin təlimlərinin kamala yetməməsinə
baxmayaraq indiki zamanda kimlərsə gələcəyin sosialistlərə aid olduğunu güman
edirlərsə də, bu yalnız sosialistlərin öz ideallarının xilasediciliyinə qızğın inamlarından
irəli gəlir. Müasir dövrdə idarə edən siniflər öz fəaliyyətlərinin səmərəliliyinə inamı
itiriblər. Onlar heç nəyə inanmırlar, hətta hər tərəfdən əhatə olunduqları
barbarlardan gözlənilən hədələrdən müdafiə oluna biləcəklərinə belə.
Hər hansı bir ideya az və ya çox zaman ərzində dolaşdıqdan, yenidən işləndikdən,
təbliğatdan sonra müəyyən forma almaqla kütlənin ruhuna hakim kəsilirsə, onda o,
mübahisə doğurmayan mütləq həqiqətə, ehkama çevrilir. O, xalqların mövcud
olmasını təmin edən həmin ümumi inamın bir hissəsini təşkil edir. Universal xarakteri
ona həmin vaxt üstün rol oynamağa imkan verir. Avqust və yaxud XIV Lüdovik öz
əsrləri kimi möhtəşəm tarixi dövrlərdən, sərgərdanlıq və müzakirə mərhələlərindən
keçib, təsdiq olunmuşdular, insanların düşüncələrinin əsas hökmdarlarına
çevrilmişdilər. Həmin vaxt bir növ işıq verən mayaka çevrilirlər və öz şölələrində
işıqlandırdıqları hər bir şey onların rəngini alır.
Yeni ideya dünyada bərqərar olduqdan sonra, o, sivilizasiyanın kiçik
elementlərinə öz möhürünü vurur; lakin bu ideyanın öz izini hər yerdə göstərməsi
üçün, onun kütlənin ruhuna hakim kəsilməsi gərəkdir. İntellektual zirvədən, harda ki,
ideya daha tez-tez orada doğulur, qatdan qata düşür, aramsız dəyişilir və şəkildən
şəklə düşür, xalqın ruhundan ötrü əlçatan olmayana qədər forma almır, hansı ki, elə
ona zəfər hazırlayır. Bu zaman o, bir neçə sözlə ifadə oluna bilir, bəzən hətta bir
sözlə, amma həmin söz parlaq obrazlar doğurur, bəzən cazibədar, bəzən qorxulu və
downloaded from KitabYurdu.org
nəticə etibarilə, həmişə güclü təəssüratlar oyadır. Orta əsrlərdəki cənnət və
cəhənnəm kimi sözlər, hər şeyə cavab verməyi bacaran sehrli gücə malik və sadə
insanlara hər şeyi izah edən, o cür qısa sözlərdən hesab olunur. Sosializm sözü -
özlüyündə, müasir fəhlə üçün insan qəlbinə hökmranlıq etməyə qabil sirli sintetik
düsturlardan biri kimi özünü təqdim edir. Daxil olduğu mühitdən asılı olaraq müxtəlif
obrazlar doğurur, hətta başlanğıc halında olmasına baxmayaraq, o, adətən çox güclü
təsir edir.
Fransız nəzəriyyəçi üçün “sosializm” sözü cənnət təəssüratı yaradır, orada bütün
insanlar bərabərdir, ədalətlidir, xeyirxahdır və hami işçi olduqdan sonra dövlətin
himayəsi altında ideal xoşbəxtlikdən zövq alacaqlar. Alman fəhlə üçün isə təsvir
edilən obraz siqaret çəkilən meyxana şəklində canlanır, orada hökumət hər
ziyarətçiyə turşuya qoyulmuş kələmdə nəhəng sosiska piramidası və sonsuz sayda
pivə parçı təklif edir. Aydındır ki, turşuya qoyulmuş kələm və bərabərlik haqda arzular
quran həmin xəyalpərəstlərdən heç biri bölünməli olan şeylərin həqiqi qiyməti və
yaxud həmin bölgüdə iştirak edənlərin sayını öyrənməklə bağlı özünə əziyyət
verməyib. Həmin ideyanın özəlliyi ondadır ki, o, qəti şəkildə təsir edir və qarşısında
istənilən etiraz gücsüzdür.
İdeya tədricən hissə çevrildikdən və ehkam olduqdan sonra, təntənəsi uzun dövr
üçün artıq təmin edilir və onu sarsıtmağa yönələn bütün cəhdlər uğursuzluğa
məhkumdur. Şübhəsiz, yeni ideyanı da sonda özündən əvvəlkilərin aqibəti gözləyir.
Bu ideya da köhnələcək və tənəzzülə uğrayacaq; lakin tamamilə yararsız olana qədər
bir çox reqressiv dəyişikliklərə və anlaşılmaz təhriflərə məruz qalacaq və həyata
keçirilməsi üçün çoxlu nəsillər tələb olunacaq. Tam yox olmazdan əvvəl o, uzun
müddət köhnə irsi ideyaların bir hissəsini təşkil edəcək, hansılar ki, xurafat
adlandırılır, amma biz onlara hörmətlə yanaşırıq. Köhnə ideya hətta söz, səs, ilğımdan
o yana keçmədiyi vaxtlarda belə, yenə bizi öz təsirinə sala biləcək qədər ovsunlayıcı
gücə malik olur.
Ömrünü başa vurmuş ideyalar, fikirlər, şərtiliklərdən ibarət köhnə miras özünü
bax, bu cür qoruyub saxlayır. Biz onları ehtiramla qəbul edirik, amma əgər ağlımıza
onları tədqiq etmək fikri düşsəydi, kiçik bir tənqidə belə dözə bilməzdilər. Öz şəxsi
düşüncələrindən baş çıxarmağı bacaran adamlar və ən səthi tədqiqatdan sonra belə,
onların qarşısında dayana biləcək düşüncələr kifayət qədərdimi?
Ən yaxşısı bu qorxulu tədqiqatlara baş vurmamaqdır. Xoşbəxtlikdən, biz buna az
meyilliyik. Tənqidə qabil ruh ali, çox nadir keyfiyyətdir, halbuki o, təqlidçi şüur kimi
özlüyündə olduqca geniş yayılmış qabiliyyətdir: adamların böyük çoxluğu ictimai
rəyin ona çatdırdığı və tərbiyələndirdiyi bütün oturuşmuş ideyaları tənqidsiz qəbul
edirlər.
Beləliklə, irsiyyət, tərbiyə, mühit, təqlidçilik və ictimai rəy vasitəsilə hər bir əsrin,
hər bir irqin adamları orta anlayışların məlum yekununu alırlar, bu onları bir-birinə
oxşar edir, özü də o dərəcədə ki, əsrlərin ağırlığı altına düşürlər və bədii, fəlsəfi və
ədəbi əsərlərdən biz onların yaşadığı dövrü öyrənə bilirik. Əlbəttə, hamısının
tamamilə bir-birinin eyni ilə oxşarı olduğunu söyləmək mümkün deyil; amma
aralarındakı ümumilik – oxşar hissetmə və düşünmə qabiliyyətləri – bir zərurət kimi
ortaya çıxdığından, olduqca yaxın əsərlərin yaranmasına gərib çıxarıb.
downloaded from KitabYurdu.org
İşlərin belə olduğuna sevinmək lazımdır, başqa cür ola da bilməz; zira məhz bu,
ümumi ənənələr, ideyalar, hislər, inanclar, düşüncə qabiliyyətləri kimi ümumi şəbəkə,
xalqların ruhunu təşkil edir. Sözügedən şəbəkə nə qədər möhkəmdirsə, həmin ruhun
bir o qədər çox dayanıqlı olduğunu biz artıq gördük. Əslində, milləti yalnız və yalnız
bir tək o, qoruyur, həmin millətlərin bir andaca yox olmasına imkan vermir. Bu, eyni
vaxtda onların əsil gücünü və əsil hökmranlığını göstərir. Bəzən asiya monarxlarını öz
fantaziyalarından başqa heç nəyi rəhbər tutmayan müstəbid kimi təsəvvür edirlər.
Əksinə, həmin fantaziyalar fövqəladə dərəcədə məhdud həddə olur. Bu ənənələr
şəbəkəsi xüsusilə Şərqdə çox möhkəmdir. Bizlərdə həddən artıq sarsıdılmış dini
ənənələr, Şərqdə öz gücünü qoruyub saxlayıb və ən şıltaq müstəbid belə, həmin
ənənələri və ictimai rəyi – onun özündən də qüvvətli olan bu iki hakimi – heç vaxt
təhqir etməyə yol etməz.
Müasir sivil insan öz tarixinin ən böhranlı mərhələlərindən birini yaşayır, belə ki,
onun sivilizasiyasının təşəkkül tapdığı köhnə ideyalar artıq öz hökmranlığını qeyb
ediblər, yeni ideyalar isə hələ yaranmayıb, ona görə də tənqidə dözümlü münasibət
var. Ona lazımdır ki, xəyalən qədim sivilizasiyalar dövrünə keçid etsin və ya bir neçə
əsr geriyə qayıtsın ki, o zamankı adət və ictimai rəyin necə olduğunu başa düşsün və
öyrənsin ki, bu iki qüvvəyə hücum üçün yenilikçi nə qədər böyük mənəvi cəsarətə
malik olmalıdır. Cahil boşboğazların fikrinə görə, yunanlar azadlıqdan zövq alıblarmış,
həqiqətdə isə onlar ictimai rəyin və adətlərin əsarətində olublar. Hər bir vətəndaş
qəti şəkildə sarsılmaz inanclar şəbəkəsi ilə əhatə olunmuşdu; hamı tərəfindən qəbul
olunmuş ideyalara qarşı kimsə nəinki çıxa bilər, hətta bu haqda heç düşünə də
bilməzdi və hamı onlara etirazsız itaət edirdi. Yunan dünyası nə dini, nə şəxsi həyatda
azadlıq tanıyırdı, orada, ümumiyyətlə, heç bir azadlıq yox idi. Afina qanunları
vətəndaşlara hətta xalq yığıncaqlarından kənarda yaşamağa və ya milli dini
bayramlarda iştirakdan yayınmağa belə imkan vermirdi. Qədim dünyanın yalnız xəyali
azadlığı var idi və bu səbəbdən vətəndaş tam köləliyə əsaslanan mükəmməl formada
olan şəhər əsarətinin boyunduruğu altında idi. Ümummüharibə vəziyyətində yaşayan
o zamankı dünyada, düşüncə və sərbəst hərəkət etmək azadlığı olan cəmiyyət bir gün
də yaşaya bilməzdi. Tanrılar üçün tənəzzül əsri, təsisatlar və ehkamlar üçün tənəzzül
günü onların tənqid olunduğu andan başlanır.
Adətlər və ictimai rəy üçün təməl rolunu oynayan köhnə ideyalar müasir
sivilizasiyalarda demək olar ki, məhv edilib, nəticədə onların ruh üzərində hakimiyyəti
çox zəifləyib. Nə vaxtkı köhnə ideya artıq xurafat vəziyyətinə keçir, onlar dağılma
dövrünə daxil olurlar. Yeni ideyalar onları əvəz etməyənə qədər, ağıllarda anarxiya
hökmranlıq edəcək. Tənqidə dözümlü münasibət də məhz, elə həmin anarxiyanın
sayəsində mümkün olur. Yazıçılar, mütəfəkkirlər və filosoflar hazırkı əsrə xeyir-dua
verməli və ondan bəhrələnməyə tələsməlidirlər, çünki belə bir imkan bir daha əlimizə
düşməyəcək. Bu, ola bilsin, tənəzzül əsridir, amma tarixin ən nadir anlarından biridir,
orada düşüncələr azaddır. Yeni ehkamlar, çox tezliklə təşəkkül tapacaqlar, onlar da
təsdiq olunduqdan sonra özlərindən əvvəlkilər tək heç bir tənqidi qəbul etməyəcək
və buna dözümlülük nümayiş etdirməyəcəklər.
Müasir insan hələ də gələcək quruluşa təməl olaraq xidmət edə biləcək yeni
ideyalar axtarışındadır və elə bunun özündə onun üçün bir təhlükə gizlənir. Xalqların
downloaded from KitabYurdu.org
tarixi üçün mühüm olan və onların taleyinə dərin təsir edən nə inqilablardır, nə də
müharibələr – onların viran izləri çox tezliklə hamarlanır – əsas ideyalarda baş verən
dəyişikliklərdir. Həmin ideyalar isə sivilizasiyaların bütün elementləri eyni zamanda
dəyişikliklərə hazır olduqda, həyata keçə bilir. İndiki inqilablar, məlum xalqın varlığı
üçün həqiqətən təhlükəlidir – bunlar onun düşüncələrinə toxunanlara aiddir.
Yeni ideyaların qəbulu hansısa xalq üçün təhlükə doğurmur, qorxulu olan onların
fasiləsiz sınaqdan keçirilməsidir, çünki köhnəni əvəz etmək, yeni gələnlərin arasından
sosial tapşırığın möhkəm oturuşması üçün vacib olan ideyanın axtarışı xeyli zaman
aparır.
Yeri gəlmişkən, ideya ona görə təhlükəli deyil ki, o səhv ola bilər, ona görə
qorxuludur ki, ideyanın, qəbul edən cəmiyyətin tələbatlarına uyğunlaşıb-
uyğunlaşmamasını öyrənmək üçün uzunmüddətli sınaqlar lazımdır. Təəssüf ki, onun
nə dərəcədə faydalı olub-olmaması, kütlə üçün yalnız təcrübənin nəticəsindən sonra
aydın olur...
Tarix göstərir ki, məlum dövr üçün qəbulolunmaz sayılan ideyaların sınaqları
nələrə gətirib çıxarıb, lakin iş ondadır ki, insan heç vaxt tarixin dərslərindən nəticə
çıxarmır. Böyük Karl Roma İmperiyasını bərpa etməyə səmərəsiz cəhdlərdə
bulunmuşdu. İdeyanın universallığı o dövrdə həyata keçməsi mümkün olmayan bir
şey idi və onun bu işi də özü ilə birlikdə məhv oldu, sonrakı dövrlərdə Kromvel və
Napoleon da eyni aqibətlə üzləşdi. II Fillip öz dühasını və gücünü faydasız yerə
İspaniya üçün, protestantizm adı altında Avropada yayılmaqda olan və o zaman hələ
də üstünlük təşkil edən azad tədqiqatlar ruhuna qarşı mübarizəyə sərf etmişdi. Onun
yeni ideyaya qarşı bütün cəhdləri yalnız rədd edildi. İspaniya isə səfalət və tənəzzül
vəziyyətinə düşmüşdü ki, ondan bir daha çıxa bilmədi. Bizim günlərdə öz irqinin
sağalmaz sentimentallığından ruhlanan taclandırılmış xəyalpərəstin fantastik
ideyaları İtaliya və Almaniyanın birliyini təmin etdi, amma bu, Fransaya iki əyaləti
bahasına və dünya üçün də uzun zamana başa gəldi.
Sayını ordunun gücü təşkil edən həmin, olduqca yalançı ideya bütün Avropanı bir
növ silahlı milli müdafiə qüvvələri ilə örtüb və onu qarşısıalınmaz iflasa sürükləyir.
Əmək, kapital haqqında sosialist ideyaları, şəxsi mülkiyyətin dövlət mülkiyyətinə
çevrilməsi o xalqların axırına çıxacaq, hansılar ki, daim ordulardan və iflas olmaqdan
qaçırlar.
Dövlət xadimləri üçün həmişə əziz olan və siyasətlərinin yeganə əsasını təşkil
edən milli prinsip, ola bilsin ki, rəhbəredici ideyaların sırasına daxil ola bilər və dünya
da zərərli təsirlərini öz üzərində hiss edə bilər. Onun həyata keçməsi Avropanı ən
fəlakətli müharibələrə gətirib çıxarıb, onu silah altına qoyub və tədricən bütün müasir
dövlətləri iflasa və tənəzzülə gətirib, çıxaracaq. Bu prinsipin müdafiəsi üçün çəkə
biləcəyimiz yeganə ağıllı motiv, həmin ən böyük və ən çox məskunlaşmış ölkələrin,
həm də hücumlardan ən çox müdafiə olunanları olmasıdır. Həmçinin onların işğallara
ən qabil ölkələr olması haqqında fikirlər də bu anda gizlicə ağlımızdan keçdi. Lakin
indiki zamanda, sən demə, məhz kiçik və əhalisi az olan ölkələr – Portuqaliya,
Yunanıstan, İsveçrə, Belçika, İsveç, kiçik Balkan knyazlıqları – hücumlardan daha az
ehtiyat edə bilərlər. Bu birləşdirmə ideyası vaxtilə xoşbəxt olan İtaliyanı o dərəcədə
viranə qoyub ki, bu ölkə hazırda inqilab və müflisolma qarşısındadır. Bütün italyan
downloaded from KitabYurdu.org
dövlətlərinin büdcəsi İtaliyanın birləşdirilməsinə qədər 550 milyon təşkil edirdisə,
indiki vaxtda bu 2 milyarda çatıb.
Lakin ideyalar ruhlara hakim kəsiləndə, onların gedişini saxlamaq insanların
gücündə deyil; o zaman yalnız onların təkamülünün başa çatmasını gözləmək lazım
gəlir. Elə onların müdafiəçiləri, ən çox nəzərdə tutulan ilk qurbanları olurlar. İdeyalara
münasibətdə yalnız müti şəkildə bizi sallaqxanaya aparan rəhbərin ardınca gedən
qoyunlarıq. İdeyanın gücü qarşısında baş əyirik. Öz inkişafında məlum mərhələyə
çatanda, onu nə müzakirələr, nə də dəlillər məğlub edə bilir. Xalqların hər hansı bir
ideyanın əsarətindən azad olmaları üçün əsrlər və ya zorakı inqilab lazımdır, bəzən isə
hər ikisi. Bəşəriyyətə yalnız xam xəyalları saymaq qalır, onlar özləri özlərinə
uydururlar və nəticədə özləri də onların qurbanlarına çevrilirlər.
II fəsil
DİNİ İNANCLARIN
SİVİLİZASİYALARIN
İNKİŞAFINDA ROLU
Dini inancların dominant təsiri. – Onlar həmişə xalqların həyatının ən mühüm
elementlərini təşkil ediblər. – Siyasi və sosial təsisatlar kimi, tarixi hadisələrin də
böyük əksəriyyəti dini ideyalardan törəyir. – Yeni dini ideya ilə həmişə yeni sivilizasiya
təşəkkül tapır. – Dini idealın gücü. – Onun xarakterə təsiri. – O, həmişə bütün
qabiliyyətlərini bir məqsədə istiqamətləndirir. – Xalqların siyasi, bədii və ədəbi tarixi
inanclarının törəməsidir. – Hansısa xalqın dini inanclarındakı istənilən kiçik dəyişiklik,
onun mövcudluğundakı bir sıra dəyişikliklərin nəticəsi olaraq meydana çıxır. –
Müxtəlif nümunələr.
Xalqları idarə edən müxtəlif ideyalar, tarixlərinin mayakını və sivilizasiyaların
təzadlarını təşkil edənlər arasında dini ideyalar olduqca aparıcı və mühüm rol
oynamışlar, buna görə də onlara ayrıca bir fəsil həsr etməmək mümkün olmazdı.
Dini inanclar xalqların həyatının həmişə ən mühüm elementini təşkil ediblər və
təbii ki, tarixlərinin də. Tanrıların təşəkkülü və ölümü öz əzəmətli təsirini göstərmiş,
ən əhəmiyyətli tarixi hadisələr hesab olunur. Yeni dini ideya ilə birlikdə yeni
sivilizasiya da doğulur. Bütün zamanlarda, həm qədimdə, eləcə də indinin özündə,
həmişə insan üçün əsas sualları, dinlə bağlı olanlar təşkil edib. Əgər bəşəriyyət
özünün bütün tanrılarına ölmək imkanı verə bilsəydi, həmin vəziyyət haqqında
demək olardı ki, o öz nəticələrinə görə ilk sivilizasiyaların təşəkkül tapdığı dövrdən
indiyədək bizim planetdə nə vaxtsa baş verən ən mühüm hadisə sayıla bilərdi.
Həqiqətən yaddan çıxarmaq lazım deyil ki, tarixi zamanın ilk çağlarından bəri
bütün siyasi və sosial təsisatlar dini inanclara əsaslanıb və dünya səhnəsində tanrılar
həmişə aparıcı rol oynayıblar. Sevgidən başqa, hansı ki, o da öz növbəsində inanc kimi
bir şeydir, lakin şəxsi və müvəqqətidir, yalnız dini inanclar xarakterə bu cür tez təsir
göstərə bilərlər. Ərəb işğalları, xaç yürüşləri, inkvizisiya dövrünün İspaniyası, puritan
dövrünün İngiltərəsi, Varfolomey gecəsini yaşayan Fransa və dini müharibələr
göstərir ki, öz inancları ilə fanatikləşən xalqlar nələrə yol verə bilərlər. Dini inanclar öz
növbəsində o dərəcədə daimi güclü hipnoz yarada bilir ki, bütün ruhi xüsusiyyətlər
downloaded from KitabYurdu.org
məhz onun tərəfindən dərin dəyişikliyə uğrayır. Şübhəsiz, tanrıları insan yaradıb,
lakin yaratdıqdan sonra özü də çox tezliklə onun əsarəti altına düşüb. Onlar qorxunun
deyil, ümidlərin övladlarıdırlar, bax, buna görə onların təsiri əbədi olacaq.
Tanrıların insana verdiyi və indi də buna yalnız onlar qadirdilər – bu, xoşbəxtlik
gətirən ruhi vəziyyətdir. Heç bir fəlsəfə, heç bir vaxt bunu etməyə qadir deyil.
Nəticə, əgər bütün sivilizasiyaların, fəlsəfələrin, bütün dinlərin məqsədi olmasa
da, hər halda əsas məsələ məlum ruhi vəziyyətin yaranmasından ibarətdir. Amma
həmin ruhi vəziyyəti bir qisim özü üçün xoşbəxtlik kimi qəbul edirsə, başqaları belə
qəbul etmir. Xoşbəxtlik zahiri şəraitdən çox az asılıdır, o, daha çox ruhumuzun
vəziyyətindən asılı olur. Qurbanlar yandıqları tonqallarda çox güman ki, özlərini daha
xoşbəxt hiss ediblər, nəinki onların cəlladları. Dəmiryolunda gözətçi işləyən və
qayğısız şəkildə üzərinə sarımsaq sürtülmüş çörəyini yeyən şəxs, ola bilsin, qayğıların
əhatəyə aldığı milyonerdən daha xoşbəxtdir. Sivilizasiyaların inkişafı, təəssüf ki,
müasir insan üçün çoxlu tələbatlar yaradıb, amma onların ödənilməsi vasitələrini
verməyib və bununla da qəlblərdə ümumi narazılıq doğurub. Sivilizasiya, şübhəsiz –
inkişafın anasıdır, lakin o həm də sosializm və anarxiyanın da anasıdır, ümidsiz
kütlənin bu qorxunc özünüifadəsini isə artıq heç bir din dəstəkləmir. Daim narahat,
həyəcanlı, taleyindən narazı avropalını, həmişə öz taleyindən razı, xoşbəxt Şərqin
sakini ilə müqayisə edin. Onlar ruhi vəziyyətlərindən başqa nə ilə fərqlənə bilərlər ki?
Anlayış üsulu dəyişdikdə, xalq da dəyişir və nəticə olaraq həm də düşüncə və
fəaliyyət də onun kimi. İnsanı xoşbəxt edə biləcək ruhi vəziyyət yaratmaq üçün
vasitələr tapmaq lazımdır – öz varlığının yox olacağından qorxan cəmiyyət, hər
şeydən öncə bax, bunu axtarıb tapmalıdır. Bütün yaranan cəmiyyətlərin hamısı ruhu
tabe etdirmək üçün indiyə qədər idealda dəstək tapırdılar və ideal öz təsirini itirəndə,
onlar da yox olub gedirdilər. Müasir əsrin ən böyük səhvlərindən biri – insan qəlbinin
xoşbəxtliyi yalnız zahiri şeylərdə tapa biləcəyinə dair inamdır. O bizim özümüzdədir,
öz tərəfimizdən yaradılıb, amma heç vaxt – bizdən kənarda olmayıb. Köhnə əsrlərin
ideallarını məhv edən bizlər, yalnız indi müşahidə edirik ki, onlarsız yaşamaq
mümkün deyil və mütləq məhvolma qorxusu altında, onların yeniləri ilə əvəz
olunması müəmmasını həll etməliyik. Bəşəriyyətin həqiqi xilaskarlarına, onlara
minnətdar olan xalqlar tərəfindən ehtiram əlaməti olaraq nəhəng qızıl heykəllər
ucaldıblar – həmin güclü sehrbazlar, idealların yaradıcılarıdır, bəşəriyyət, onları çox
nadir hallarda yetişdirir. Mənasız təzahürlər axını qarşısında, insanın dərk edə bildiyi
yeganə reallıq, dünyanın soyuq və ölü mexanizmi üzərində onlar üçün güclü və
barışdırıcı xülyalar doğurur, insan taleyinin qaranlıq tərəflərini bağlayır, cazibədar
yurd arzuları və ümidlərini yaradır.
Özünü yalnız müstəsna olaraq siyasi baxışlara yönəldib, orada da dini inancların
geniş təsiri olduğunu müşahidə etmək olar. Yeganə amil təşkil etmələri, onların
dəfedilməz gücünü yaradır, bu isə həmin andaca hansısa xalqa maraqların, hislərin və
düşüncələrin tam birliyini verə bilir. Beləliklə, dini ruh milli ruhun təşəkkülü üçün
lazım olan, tədricən irsən qazanılanları dərhal əvəz edir. Hansısa dinə ibadət edən
xalq təbii ki, ruhi xüsusiyyətlərini dəyişdirmir, lakin onun bütün qabiliyyətləri bir
məqsədə yönəlib: inancının təntənəsinə və elə bu gücün qüvvəsindən də o, qorxuya
düşür. Yalnız dini dövrlərdə, dərhal yenidən təşkil edilmiş xalqlar, tarixi heyrətə salan
downloaded from KitabYurdu.org
həmin imperiyaların əsasını qoymaq üçün böyük səylərə qadirdilər. Belə ki,
Məhəmməd haqqında düşüncələrin birləşdirdiyi bir neçə ərəb tayfası, bir neçə il
ərzində hətta adlarını belə eşitmədikləri millətlərə qalib gəldilər və özlərinin nəhəng
imperiyalarının əsasını qoydular. Əsas olan imanın keyfiyyəti yox, onun qəlblər
üzərində malik olduğu hökmranlığın dərəcəsidir. Çağırış edən tanrı istər Molox olsun,
istərsə də başqası, daha barbarı olsun, bu mühüm deyil. Həddən ziyadə dözümlü və
mülayim tanrılar öz pərəstişkarlarına heç bir hakimiyyət vermirlər. Məhəmmədin sərt
ardıcılları dünyanın böyük bir hissəsində uzun zaman ərzində hökmranlıq ediblər və
hələ də qorxu hissi yaradırlar; Buddanın sülhsevər ardıcılları heç vaxt bu cür uzun
sürən nəsə yarada bilməyiblər və artıq tarix tərəfindən unudulublar.
Beləliklə, dini ruh xalqların mövcudluğunda başlıca siyasi rol oynayır. Əlbəttə,
tanrılar ölümsüz deyillər, lakin dini ruh əbədidir. Müvəqqəti olaraq təsirdən düşmüş
ruh, yeni din yaranan kimi, yenidən oyanır. Bir əsr bundan əvvəl o, Fransaya silahlı
Avropa qarşısında cəsarətlə duruş gətirməyə imkan verdi. Dünya yenidən, bir daha
dini ruhun nəyə qadir olduğunu gördü. Çünki o vaxt həqiqətən də yeni din
yaranmaqda idi, hansı ki, öz nəfəsi ilə bütün xalqı ruhlandırmışdı. Yeni təşəkkül tapan
səcdəgahlar, uzun zaman ərzində mövcud olmaq üçün çox kövrək idilər. Amma
mövcud olduqları dövrdə, qeyri-məhdud hakimiyyətdən istifadə edirdilər.
Dinlərin malik olduğu ruhu kökündən dəyişdirə bilən güc, çox müvəqqəti olur.
İnanc, çox və ya az zaman ərzində, xarakteri tamamilə dəyişdirməyə qabil dərəcədə
intensivlikdə nadir hallarda qorunub, qala bilir. Röyalar, nəhayət solğunlaşır,
hipnozdan yavaş-yavaş oyanma baş verir və xarakterin köhnə çaları yenidən
görünməyə başlayır.
İnancın çox qüdrətli olduğu zamanlarda, milli xarakter həmişə inanc qəbul edilən
andan və doğurduğu təzahürlərdən tanınır. Eyni bir dinə İngiltərə, İspaniya və
Fransada nəzər yetirin: görün, hansı fərqlər var! Məgər, İspaniyada nə vaxtsa islahat
keçirilə bilərdimi və ya məgər, İngiltərə nə vaxtsa dəhşətli inkvizisiya əsarətinə
tabeçiliyə razı olardımı? Məgər, islahatı qəbul etmiş xalqlarda inancın hipnozuna
baxmayaraq, irqin başlıca əlamətlərini, müstəqillik, enerji, düşünmək vərdişi və
hökmdarın kölə qanununa tabe olmamaq kimi, ruhi xüsusiyyətlərin spesifik
cizgilərinin qorunub saxlanıldığını görmək çətindir?
Xalqların siyasi, bədii və ədəbi tarixləri – onların inanclarının törəməsidir. Lakin
bu sonuncular onların xarakterini tamamilə dəyişərək, öz növbəsində özləri də onlara
uyğun dərin dəyişikliklərə uğrayırlar. İnancın başlıca elementləri dəyişməzdir və məhz
buna görə o, dəyişilmir, hansısa xalqın tarixi həmişə məlum birliyini qoruyub saxlayır.
İnanc da dəyişilə bilər və məhz, dəyişilə bildiyinə görə tarix bu qədər çevrilişləri
qeydə alır. Hansısa xalqın inancla bağlı vəziyyətində cüzi dəyişiklik, onun mövcudluğu
şəraitində bir sıra dəyişikliklərin zəruri nəticəsi olaraq ortaya çıxır. Bundan əvvəlki
fəsildə qeyd etmişdik ki, Fransada XVIII əsrdə yaşamış insanlar, XVII əsrdə
yaşayanlardan tamamilə fərqlənmişlər. Lakin bu fərqin mənşəyi nədir? Ümumiyyətlə,
bu iki əsrin qovşağında fikir ilahiyyatdan elmə keçid etməklə, ənənə idrakı və əldə
edilmiş həqiqətləri – açıq-aşkar həqiqətlərlə qarşı qarşıya qoymuşdu. Anlayışda baş
verən bu sadə dəyişikliklərin gücü ilə əsrin siması dəyişdi və əgər biz buradan
qaynaqlanan nəticələri izləmək istəsək, onda görərdik ki, Böyük Fransa İnqilabı, eləcə
downloaded from KitabYurdu.org
də ondan sonra baş verən və bu gün də davam edən hadisələr, dini doktrinaların
təkamülünün adi nəticəsidir. Və əgər bu gün köhnə cəmiyyət öz dayaqlarında
tərəddüd edirsə və bütün öz təsisatlarının laxladığını görürsə, bu adamların indiyədək
yaşadığı öz köhnə inanclarını, sürətlə itirməsindən qaynaqlanır . Tarix təsdiq edir ki,
xalqlar öz tanrılarının qeyb olmasına uzun zaman dözə bilmir. Onlarla eyni vaxtda
təşəkkül tapan sivilizasiyalar, elə onlarla birlikdə məhv olurlar. Tanrıların ölümü
qədər məhvedici ikinci bir şey yoxdur.
III fəsil
SİVİLİZASİYALARIN İNKİŞAFINDA ŞƏXSİYYƏTLƏRİN ROLU
İstənilən sivilizasiyaya ən böyük uğurları həmişə bir ovuc ali zəka sahibləri
qazandırıb. – Onların rolunun mahiyyəti.
– Onlar məlum irqin bütün səylərini sintezləşdirirlər. – Böyük kəşflərin gətirdiyi
nümunələr. – Görkəmli adamların siyasi rolu. – Onlar öz irqlərinin hökmran
ideyalarını təcəssüm etdirir.
– Hallüsinasiyadan əziyyət çəkən görkəmli şəxslərin təsiri.
– Dahi ixtiraçılar sivilizasiyaları dəyişdirirlər. – Fanatiklər və hallüsinasiyalardan
əziyyət çəkənlər tarix yaradırlar. İrqlərin iyerarxiyasını və dərəcələrini öyrənərkən
gördük ki, avropalı xalqları Şərq xalqlarından ayıran həqiqi fərq, yalnız birincilərin az
sayda seçilmiş ali insanlara malik olmalarıdır. Onların təsirlərinin hüdudlarını bir neçə
sətirdə qeyd etməyə çalışaq.
Sivil xalqların malik olduğu bu, az sayda seçilmişlər, görkəmli adamlar – hər
nəsildə həmin şəxsləri məhv etmək yetərdi ki, o xalq sivil millətlərin sırasından silinsin
– irqin həqiqi gücünün təcəssümünü təşkil edirlər. Elmdə, incəsənətdə, sənayedə, bir
sözlə, sivilizasiyaların bütün sahələrində olan inkişafa görə bizlər onlara, yalnız onlara
minnətdar olmalıyıq.
Sivilizasiyaların tədqiqi göstərir ki, həqiqətən də qazanılmış bütün
müvəffəqiyyətlərə görə biz həmin bir ovuc seçilmiş insanlara minnətdar olmalıyıq.
Baxmayaraq ki, kütlə həmin uğurlardan istifadə edir, amma o öz üzərində aşkar
üstünlüyü elə də sevmir və ən böyük mütəfəkkirlər və ixtiraçılar çox tez-tez onun
qurbanına çevrilmişlər. Amma bütün nəsillər, məlum irqin bütün keçmişi, köhnə
insan ağacının lətif güllərini təşkil edən həmin gözəl dühalarda çiçəkləyirlər. Onlar –
millətin və cəmiyyətin hər bir üzvünün, yuxarıdan ta aşağıya kimi, fəxr olunası əsl
şöhrətidirlər. Onlar nə təsadüf, nə də möcüzə nəticəsində yaranırlar, amma sanki
zamanının və öz irqinin böyüklüyünü cəmləşdirərək özlüyündə uzun keçmişin
nailiyyətini ifadə edirlər. Onların yaranmasına və inkişafına şərait yaratmaq, inkişafın
çiçəklənməsinə şərait yaratmaq deməkdir, bundan bütün bəşəriyyət
bəhrələnəcəkdir. Əgər universal bərabərlik arzularımıza həddən ziyadə aludə
olsaydıq, onda həmin arzuların elə ilk qurbanları də özümüz olardıq. Bərabərlik yalnız
ən aşağı pillədə ola bilər. Bütün dünyada bərabərliyin hökm sürməsi üçün məlum
irqdən ötrü dəyər təşkil edən hər bir şeyi, onda olan ən aşağı dərəcəyədək, son
downloaded from KitabYurdu.org
səviyyəyə kimi düşürmək lazımdır. Kəndlilərdən ən sonuncunun intellektual
dərəcəsini hansısa dahinin, məsələn, Lavuazyenin, səviyyəsinə qədər yüksəltmək
mümkün deyil.
Əgər, görkəmli şəxsiyyətlərin sivilizasiyaların inkişafındakı rolu əhəmiyyətlidirsə
də, amma bu qətiyyən adətən hesab olunduğu kimi deyil. Onların fəaliyyəti, bir daha
təkrar edirəm, bu, hər hansı bir irqin bütün səylərinin sintezindən ibarətdir; onların
kəşfləri həmişə özündən əvvəlki çoxlu sayda kəşflərin nəticəsi kimi ortaya çıxır; onlar
əcdadları tərəfindən tədricən yonulan daşlardan binalar tikirlər. Tarixçilər adətən çox
səthi olurlar, həmişə zənn edirlər ki, hər bir kəşfin altına bir insanın adını yazmaq
olar; lakin dünyanı dəyişdirən, kitab çapı, barıt və buxarın, elektrik teleqrafı kimi ən
məşhur kəşflərin belə arasında bir dənəsi yoxdur ki, onun tək bir insan tərəfindən
yaradıldığını söyləyə biləsən. Belə kəşflərin mənşəyini öyrənəndə görürsən ki, onlar
bir çox hazırlıq cəhdlərindən sonra doğulublar: ixtiranın finalı onun tacıdır. Qalileyin
müşahidələrinin asma qəndillərin rəqsi ilə eyni vaxt təsadüf etməsi, dəqiq
xronometrlərin kəşfini hazırladı, bu isə öz növbəsində dənizçilərə okeanda yolu düz
müəyyən etməyə imkan yaratdı. Top barıtı tədricən şəklini dəyişə bilən yunan
alovundan alınıb.
Buxar maşını özlüyündə hər biri böyük əmək tələb edən bir sıra ixtiraların,
məhsulu kimi ortaya çıxıb. Arximeddən yüz dəfə dahi olsa belə, yunan, lokomotivi
icad edə bilməzdi, çünki belə bir məsələni həll etmək üçün o, mexanikanın uğurlar
qazanmasını gözləməliydi, bunun üçün isə iki minillik boyunca böyük səylər tələb
olunmuşdu.
Zahirən görkəmli dövlət adamlarının siyasi rolu keçmişdən o qədər də asılı
görünmür, əslində o, görkəmli ixtiraçıların rolu ilə müqayisədə çox da müstəqil deyil.
Xalqların siyasi mövcudluğunu kökündən dəyişdirmiş, bəşəriyyətin bu güclü
mühərriklərinin səs-küylü parlaqlığından gözləri qamaşan Hegel, Kuzen, Karleyl kimi
yazıçılar və başqaları onlardan hamının qarşılarında baş əyəcəyi yarımtanrılar
düzəltmək və xalqların taleyinin bununla da yalnız dahilər tərəfindən müəyyən
olunduğunu göstərmək istəyirdilər. Şübhəsiz, onlar hansısa cəmiyyətin təkamülünü
poza bilərlər, lakin onun axınını dəyişdirmək onların gücündə deyil. Hansısa Kromvel
və yaxud Napoleonun dühası belə işi yerinə yetirmək iqtidarında deyil.
Məşhur fatehlər od və qılıncla şəhərləri, adamları və imperiyaları məhv edə,
incəsənət inciləri ilə dolu muzeyə uşaq təki od vurub yandıra bilərlər. Lakin bu
dağıdıcı qüvvə, bizi xarakterin rolu ilə bağlı yanlışlığa yönəltməməlidir. Görkəmli
siyasi xadimlərin təsiri, Sezar və Rişelye kimi, öz səylərini yalnız dövrlərinin
tələbatının ruhuna uyğun istiqamətləndirə bildikləri ana qədər davam edə bilir;
uğurlarının əsl səbəbi onları özü tapıb. İki və ya üç əsr əvvəl Sezar böyük Roma
imperiyasını monarxın hökmranlığına tabe etdirə bilməzdi, Rişelye də Fransanın
birləşdirilməsini həyata keçirməkdə aciz qalardı. Siyasətdə əsl görkəmli şəxsiyyətlər o
adamlardır ki, əvvəlki dövrlər tərəfindən hazırlanmış, inkişaf etməkdə olan
ehtiyacları, hadisələri təxmin edə və irəliləmək lazım gələn istiqaməti göstərə bilirlər.
Həmin yolu ola bilsin heç kim görməyib, lakin təkamülün qaçılmaz şərtləri, talelərini
müvəqqəti olaraq həmin güclü dahilərin idarə etdiyi xalqları çox tezliklə ora
downloaded from KitabYurdu.org
itələyəcək. Onlar da məşhur ixtiraçılar kimi keçmiş dövrlərdə toplanmışların
nəticələrini sintezləşdirirlər.
Lakin bu analogiyanı həddən ziyadə uzağa aparmaq lazım deyil. İxtiraçılar
sivilizasiyaların inkişafında mühüm rol oynayırlar, lakin xalqların siyasi tarixində
bilavasitə heç bir rolları yoxdur. Bəşəriyyətin ümumi nailiyyətləri hesab olunan bütün
mühüm ixtiralara görə (kotandan tutmuş teleqrafa qədər), minnətdar olduğumuz
görkəmli adamlar, dinlərin əsası və ya imperiyaların işğalları üçün vacib olan, yəni
tarixi gözəçarpacaq dərəcədə zahirən dəyişdirmək üçün lazım olan xarakter
keyfiyyətlərinə malik deyillər. Mütəfəkkir problemlərin mürəkkəbliyini çox aydın
görür, həmin problemlərdən heç olmasa birini təqib etməsi üçün o, nə vaxtsa dərin
inama sahiblənməli və səylərinə layiq çox az siyasi məqsədlər güdməlidir. İxtiraçılar
sivilizasiyaları zahiri görünüşünü dəyişdirə bilirlər; məhdud ağıllı, lakin enerjili -
xarakterə və güclü həvəsə malik fanatiklər yalnız dinlərin və imperiyalarını əsasını
qoya və kütlələri ayağa qaldıra bilərlər. Hansısa Amyenli Petrusun
10
çağırışı ilə
milyonlarla adam Şərqə can atmışdı, hallüsinasiyadan əziyyət çəkən Məhəmmədin
şöhrəti elə bir güc yaratmışdı ki, yunan-Roma dünyası üzərində təntənə qazana
bilmişdi; hansısa naməlum bir monax olan Lüter Avropanı alovun və qanın ağuşuna
atmışdı. Hansısa Qaliley və ya Nyutonun zəif səsini kütlə eşidə bilməzdi. Dahi
ixtiraçılar sivilizasiyaların inkişafını sürətləndirirlər. Fanatiklər və hallüsinasiyadan
əziyyət çəkənlər isə tarix yaradırlar.
Tarix reallıqda nədən ibarətdir, ən azından kitablardan tanış olduğumuz rəvayət
edilən o mübarizədənmi? Hansı ki insan aparır, ideal yaradır, ona təzim edir və sonra
da onu məhv edir, bundanmı? Lakin məgər, bu cür ideallar təmiz elm qarşısında,
səhrada hərəkət edən qumlar üzərində işığın yaratdığı ilğımdan daha yüksək dəyərə
malik ola bilərlərmi?
Lakin həmin ilğımlara bənzər hallüsinasiyadan əziyyət çəkən bəzi görkəmli
yaradıcılar dünyanı dərindən dəyişdirə bilmişlər. Qəbirlərinin dərinliyindən onlar hələ
də kütlələrin ruhunu öz düşüncələrinin əsarəti altında saxlayırlar. Onların rolunun
mühümlüyünü inkar edə bilmərik, lakin eyni zamanda unutmayaq ki, cəhd etdikləri işi
yalnız qeyri-iradiliklə, öz irqlərinin və zamanlarının hökmranlıq edən idealını
təcəssüm etdirmək üçün həyata keçiriblər. Xalqın arzularını həyata keçirmədən onun
rəhbəri ola bilməzsən. Musa Misir qamçısından əziyyət çəkən, illərlə qul olduqları
üçün azadlıq ruhunu qəlblərində daşıyan yəhudilərin gözündə elə azadlığın özünü
təcəssüm etdirirdi. Budda öz dövrünün sonsuz fəlakətlərini gördü və dində sevgi və
mərhəmətə ehtiyac olduğunu anlaya bildi. Dünya ümumi şəkildə bundan əziyyət
çəkirdi. Məhəmməd min yerə parçalanmış, bir-birinə düşmən kəsilən qəbilələri dinin
köməyilə xalqın siyasi birliyinə çevirməyə nail oldu. Artileriyaçı Napoleon o zaman
xalqın əsas əlamətlərini təşkil edən hərbi şöhrət, şan-şövkət və inqilabi təbliğat
idealını həyata keçirərək, on beş il ərzində ən çılğın macəralarla müşayiət olunan
səfərlə bütün Avropanı dolandırdı.
Nəhayətdə ideyalar, nəticə etibarilə onları həyata keçirən və yayan adamlar,
dünyanı idarə edirlər. Müdafiəçiləri arasında hallüsinasiyalardan əziyyət çəkənlərin
və etiqadlı insanların olması, bu, həmin andan onların təntənəsini təmin edir.
Gücünün hərəkətə keçməsi üçün onların həqiqət və ya yalan olmaları elə də böyük
downloaded from KitabYurdu.org
əhəmiyyət daşımır. Tarix göstərir ki, ən cəfəng ideyalar insanları daha çox
fanatikləşdirir və daha mühüm rol oynayırlar. Ən yalançı xəyallar üzündən dünya
indiyə kimi çox güclü sarsıntılara məruz qalıb: əbədi hesab olunan sivilizasiyalar
dağılıb, digərləri yaranıb. Dünya yoxsul ruhlara məxsusdur, lakin bir şərtlə ki, onlar
dağları yerindən oynadan kor-koranə imana malik olsunlar. Filosoflar nəyinsə məhvi
üçün özlərini əsrlərlə buna sərf edirlər, halbuki dərin etiqadlı insan bunu bir gündə
yarada bilir, buna görə onun qarşısında baş əyməlidirlərmi? Həmin dərin etiqadlılar
sanki dünyanı idarə edən gizli qüvvələrin tərkibində iştirak edirlər. Onlar tarix
tərəfindən qeydə alınmış ən mühüm hadisələrin yaradıcılarıdırlar.
Şübhəsiz, fanatiklər yalnız xülyalar yayırdılar, eyni zamanda qorxulu,
yoldançıxaran və boş xülyalar. Bəşəriyyət indiyədək bunları çox görüb, şübhəsiz ki
bundan sonra da görməkdə davam edəcək. Onlar yalnız kölgədir, lakin onlara hörmət
etmək lazımdır. Onların sayəsində atalarımız ümidin nə olduğunu öyrənmiş və həmin
kölgələrin ardınca aparılan qəhrəmancasına və şiddətli mübarizə bizləri ibtidai
barbarlıqdan çıxararaq, indiki zamanda olduğumuz məntəqəyə gətirib, çıxarıb.
İllüziyalar sivilizasiyaların inkişafında demək olar ki, bütün amillərdən ən qüvvətli
olanlarıdır. İllüziyalar ehramları meydana gətirmiş və beş min il ərzində Misiri azman
heykəllərlə örtmüşlər. İllüziyalar əsrlərin ortasında bizim nəhəng kilsələri ucaltmışlar
və Qərbi işğalların fiksiyası üçün Şərqə hücum etməyə məcbur etmişlər. İllüziyaların
təqibi ilə dinlərin əsası qoyulmuş və onların sayəsində bəşəriyyətin yarısını özlərinə
tabe etdirə bilmişlər, ən nəhəng imperiyalar da elə onlar tərəfindən yaradılmış və
məhv edilmişlər. Bəşəriyyət öz səylərinin çoxunu həqiqəti təqib etməkdən daha çox,
yalanların ardınca getməyə sərf etmişdir. Təqib etdikləri xülyalar onları məqsədlərinə
çatdırmadı, lakin bu təqib zamanı o, heç axtarmadığı bir tərəqqiyə çatdı.
9 1790-cı ilin martında baş vermiş fransız inqilabından sonra təşkil olunmuş 83
departamentdən biri, orada 1793-cü ildə Jak Katelinin başçılığı altında əksinqilabi
qiyam baş qaldırıb.
10 Xristian zahidi, ilk xaç yürüşlərinin ilhamvericisi və təşkilatçısı
Dostları ilə paylaş: |