Dördüncü bölmə
İRQLƏRİN XARAKTERİNİN DAĞILMASI VƏ ONLARIN TƏNƏZZÜLÜ
downloaded from KitabYurdu.org
I fəsil
SİVİLİZASİYALAR NECƏ SOLURLAR VƏ SÖNÜRLƏR
Psixoloji növlərin dağılması. – Öz təşəkkülü üçün əsrlərin tələb etdiyi irsi
qabiliyyət, çox tez itirilə bilər. – Məlum xalqın sivilizasiyanın ən yuxarı pilləsinə
yüksəlməsi üçün həmişə uzun zaman lazım gəlir və bəzən – çox az vaxt gərək olur ki,
oradan düşsün. – Hansısa xalqın tənəzzülünün başlıca amili – onun xarakterinin enişi
ilə bağlıdır. – Sivilizasiyaların dağılmasının indiyə qədər bütün xalqlar üçün bir, eyni
mexanizmi olub. – Bəzi latın xalqları təmsilçilərinin tənəzzül simptomları. – Eqoizmin
inkişafı. – Təşəbbüslərin və iradənin zəifləməsi. – Xarakter və əxlaqın enişi. – Müasir
gənclik.
Anatomik növlər kimi psixoloji növlər də eyni ilə əbədi deyil. Onların
əlamətlərinin dəyişilməzliyini dəstəkləyən mühit şərtləri həmişə mövcud olmur. Əgər
həmin mühit təsadüfən dəyişilərsə, onun təsiri ilə dəstəklənən ruhi xüsusiyyətlər də
nəhayətdə onları yoxluğa aparan mürtəce dəyişikliklərə məruz qalır.
Bütün canlılarda müşahidə olunan fizioloji qanunlara görə, orqanın yox
olmasından ötrü onun yaranışı üçün lazım olandan həmişə son dərəcə az vaxt tələb
olunur.
Hərəkətsiz qalan istənilən orqan, çox tezliklə öz fəaliyyət qabiliyyətini itirir.
Mağara göllərdə yaşayan balıqların gözü sonda ölgünləşir və bu, atrofiya nəhayətdə
irsi olur. Hətta qısa individual həyatı ərzində orqanın təşəkkülünə tədricən
uyğunlaşması üçün irsi meyllər tələb olunub, ola bilsin ki, min əsrlər lazım gəlib. Əgər
hərəkətə gətirilməsəydi, yəqin ki, çox tez atrofiyaya uğrayardı.
Varlıqların ruhi xüsusiyyətləri həmin fizioloji qanunlardan yan qaça bilmirlər.
Məşq etdirilməyən beyin hüceyrəsi də öz növbəsində fəaliyyətdən qalır və
təşəkkülünə əsrlər tələb olunan psixoloji keyfiyyətlər də çox tez yox olur. Tədricən
qazanılan cəsurluq, təşəbbüskarlıq, enerji, işgüzarlıq kimi ruhi xarakterin müxtəlif
keyfiyyətləri, əgər, daha onlara məşq etmək əsası verilməzsə, çox tez silinib gedə
bilər. Hansısa xalqa mədəniyyətin ən yüksək pilləsinə qalxması üçün həmişə uzun
zaman və cırlaşaraq uçuruma düşməsindən ötrü isə bəzən çox az vaxt gərək olur, bu
faktla izah olunur.
Bütün müxtəlif xalqları tədricən məhvə aparan səbəbləri tədqiq etdiyin zaman,
tarix bizə danışır ki, istər fars, romalı və yaxud digər xalq olsun, onları tənəzzülə
uğradan başlıca amil, həmişə xarakterlərinin enişindən doğan ruhi xüsusiyyətlərində
gedən dəyişikliklərlə bağlı olub. Hələ elə bir xalq tanımıram ki, əqli qabiliyyətlərinin
enişi nəticəsində yoxa çıxsın.
Bütün keçmiş sivilizasiyalar üçün dağılma mexanizmi eyni olub və o dərəcədə
eyni ki, bir şairin etdiyi kimi, o qalır ki, özündən soruşasan, bu qədər kitabdan ibarət
tarixin mahiyyətini yalnız bir səhifəmi təşkil edir? Hansısa xalq sivilizasiyanın və
qüdrətin pilləsinə yüksəldikdən sonra, təhlükəsizliyinə əmin olur, sərvətinin ona
verdiyi dünyanın firavanlığı və rifahından zövq almağa başlayır, onun hərbi şücaəti
yavaş-yavaş itməyə başlayır, sivilizasiyanın israfçılığı onda yeni tələbatları inkişaf
downloaded from KitabYurdu.org
etdirir, eqoizm artır. Qızğınlıqla yalnız tez əldə edilən xoşbəxtliklərin ardınca qaçan
vətəndaşlar, ictimai işlərin icrasını dövlətin öhdəsinə buraxırlar və çox tezliklə, vaxtilə
onların əzəmətini yaratmış keyfiyyətləri itirirlər. O zaman çox az tələbatlara və çox
intensiv ideala malik qonşu barbarlar və yarımbarbarlar, olduqca sivil xalqın üzərinə
hücuma keçib, onu məhv edirlər və dağıdılan sivilizasiyanın xarabalıqları üzərində
yenisini yaradırlar. Beləliklə, romalıların və farsların qorxunc hərbi təşkilatına
baxmayaraq, barbarlar birincilərin, ərəblər isə ikincilərin imperiyalarını məhv ediblər.
Amma işğala məruz qalan xalqlarda çatışmayan əqli inkişaf deyildi. Bu nöqteyi-
nəzərdən, qaliblərlə məğlubları müqayisə etmək belə mümkün deyildi. Məhz həmin
dövrdə Roma artıq özündə yaxınlaşan tənəzzülün rüşeymini daşıyırdı, yəni, ilk
imperatorlar dövründə imperiya daha çox rəssamlar, ədiblər və elm adamlarından
ibarət idi. Onun əzəmətini vəsf edən əsərlərin demək olar ki, hamısı tarixin həmin
mərhələsinə aiddir. Lakin o, əsas elementini itirmişdi, heç bir əqli inkişaf onu əvəz
edə bilməzdi: xarakteri. “Adətlər korlanmış, ailələr dağılmış, xarakterlər çox
incəlmişdi. Mütləq hakimiyyətin əli altında cırlaşmış insanlar büzüşkənləşmişdilər. O
qədər dəhşətli zülmün qarşısında, xırda bir etiraz belə yox idi”. Qədim əsrlərin
romalıları çox zəif tələbatlara və olduqca güclü ideala malik idilər. Həmin ideal –
Romanın əzəməti – bütün qəlblər üzərində mütləq hakim idi və hər bir vətəndaş öz
ailəsini, sərvətini və canını ona qurban verməyə hazır idi. Roma dünya mərkəzinə
çevrildikdən, dünyanın ən varlı şəhəri olduqdan sonra, ora bütün ölkələrdən
əcnəbilər axışdı və sonda onlara vətəndaşlıq hüququ verildi. Onlar yalnız cah-calaldan
zövq alır, şöhrətləri ilə isə demək olar ki, maraqlanmırdılar. Əzəmətli şəhər nəhəng
karvansaraya çevrilmişdi, lakin bu artıq Roma deyildi. Barbarlar qapısının ağzını
kəsdirəndə o, hələ də yaşayırdı, lakin onun qəlbi artıq çoxdan vurmurdu.
Analoji tənəzzül səbəbləri bizim zərifləmiş sivilizasiyalar üçün də təhlükədir,
amma onlara təkamül nəticəsində müasir elmi kəşflərin şüurda yaratdığı digər
səbəblər də qoşula bilər. Elm bizim ideyaları yeniləyib, dini və sosial anlayışlarımızın
bütün nüfuzunu aradan qaldırıb. Elm insana kainatda tutduğu miskin yerini və
təbiətin ona qarşı tam etinasız olduğunu göstərib. İnsan gördü ki, onun itaət etdiyi
azadlıq, yalnız səbəbləri bilməzlikdən irəli gəlir və ehtiyaclar sistemində, onları idarə
edir, beləliklə bütün canlıların təbii rolu köləliyə hesablanıb. O, duydu ki, təbiət bizim
mərhəmət adlandırdığımız şeydən xəbərsizdir və bütün əldə edilmiş tərəqqi, aramsız
aparılan və zəifləri güclülərin xeyrinə susdurulması kimi amansız seçim yolundan
ibarətdir.
Bütün bu soyuq, qan donduran anlayışlar, atalarımızı heyran edən qədim
inancların söylədikləri ilə o qədər ziddiyyət təşkil edir ki, müasir nəsillərin qəlbində
həyəcanlı şübhələr doğurub. Orta səviyyəli başlarda onlar, müasir insan üçün daha
xarakterik hesab edilən anarxist ideyaların yaranmasına şərait yaratdı. Gənc nəsil
rəssamlarında və təhsilli adamlarda, bu daxili ziddiyyətlər öz növbəsində hansısa işlə
məşğul olmaq, bilavasitə ayinlərdən və şəxsi maraqlardan ruhlanmaq üçün gərəkli
olan külli-iradə üçün məhvedici sayılan kədərli etinasızlıq hisləri doğurur.
De Voquenin
11
“nisbilik hisləri müasir düşüncə üzərində hökmranlıq edir” kimi
olduqca düzgün düşüncəsini şərh edən, xalq maarif naziri, bu yaxınlarda etdiyi
çıxışında böyük məmnuniyyətlə bəyan etmişdir ki, “insan biliklərinin bütün
downloaded from KitabYurdu.org
sahələrində abstrakt anlayışların nisbi ideyaları əvəz etməsi, elmin əldə etdiyi ən
böyük nailiyyətləri təşkil edir”. Yeni elan edilən qələbə, əslində çox köhnədir. Hind
fəlsəfəsi onu artıq çox əsrlər bundan əvvəl həyata keçirib. Biz buna xüsusi sevinə
bilmərik ki, o, indi artıq yayılmağa səy göstərir. Müasir sivilizasiya üçün əsl təhlükə,
elə onun söykəndiyi mütləq dəyərlər prinsiplərinə adamların bütün inamlarını
itirməsidir. Bilmirəm, dünyanın yaranışından bəri heç olmasa bir sivilizasiya, təsisat
və inanc göstərmək olarmı ki, yalnız nisbi dəyərlərə malik olan prinsiplərə söykənərək
özünü qoruyub saxlaya bilsin. Və əgər gələcəyin sosializm doktrinalarına məxsus
olduğunu deyirlərsə, hansı ki, onlar mütləq elan ediblər, bunu məhz, onların
həvarilərinin həqiqət naminə söylədiklərinə görə edirlər. Kütlə həmişə ona, mütləq
həqiqətləri deyənlərə müraciət edəcək, başqalarından isə üz döndərəcək. Dövlət
adamı olmaq üçün kütlənin ruhuna nüfuz etməyi bacarmaq, arzularını başa düşmək
və onun üçün fəlsəfi abstraksiyalar vermək lazımdır. Şeylər öz-özlüyündə
dəyişilmirlər. Yalnız onlar üçün hazırlanmış ideyalar tamamilə dəyişilə bilərlər. Elə
həmin ideyalara da təsir etməyi bacarmaq lazımdır.
Əlbəttə, həqiqi dünyadan olan bizlər dəyəri güman ki, nisbi olan yalnız
təzahürləri, şüurun sadə vəziyyətini görə bilərik. Lakin məsələyə ictimai nöqteyi-
nəzərdən yanaşdıqda, deyə bilirik ki, məlum əsr, məlum cəmiyyətin varlığı üçün
mütləq dəyərlər təşkil edən əxlaq qanunları, təsisatlar mövcuddur və cəmiyyət
bunlarsız yaşaya bilməz. Nə vaxt ki, onların dəyərləri müzakirə obyektinə çevrilir və
ağıllarda onlarla bağlı şübhələr yaranır və yayılır, bu həmin cəmiyyətin tezliklə ölümə
məhkum olacağını göstərir.
Bax, budur həqiqətlər, cəsarətlə elan etmək olar, çünki bunlar hansısa elmin
onlar üzərində birincilik iddia etməsinə imkan vermir. Ziddiyyət təşkil edən doktrina
yalnız ən fəlakətli nəticələr verə bilər. Müasir dövlət adamları daha çox təsisatların
mühümlüyünə inanırlar, ideyaların vacibliyinə isə az əhəmiyyət verirlər. Elm isə
onlara göstərir ki, birincilər həmişə ikincilərin övladıdır və onlara söykənmədən
mövcud ola bilməzlər. İdeyalar özlüyündə şeylərin gözəgörünməz hərəkətverici
qüvvəsidirlər. Onlar yoxa çıxanda, təsisatlar və sivilizasiyaların gizli dirəkləri də sınıb-
tökülür. Xalq üçün ən dəhşətli an köhnə ideyaların ölü tanrıların dəfn olunduğu
qaranlıq yeraltı mağaraya enişidir.
Nəticələri öyrənmək üçün səbəbləri bir kənara qoyaq, etiraf etməliyik ki, böyük
Avropa millətlərinin çoxunu, xüsusilə də latın adlandırılanları və qanı ilə olmasa da,
ən azı ənənələri və tərbiyələri ilə onlara aid edilənləri, cırlaşma kimi ciddi təhlükə
təhdid edir. Onlar hər gün keçdikcə öz təşəbbüskarlıqlarını, enerjilərini, iradə və
fəaliyyət göstərmək qabiliyyətlərini itirməkdədirlər. Daim artan maddi tələbatlarının
ödənilməsi, onların yeganə idealı olmağa can atır. Ailələr dağılır, sosial hərəkətverici
qüvvələr zəifləyir. Bütün siniflər, həm varlılar, həm də ən kasıblar arasında
narazılıqlar və narahatlıqlar artır. Kompasını itirmiş və taleyini küləklərin öhdəsinə
buraxan gəmi tək müasir insan da özünü məkanlarda hadisələrin taleyinə buraxıb,
halbuki o tanrılar tərəfindən məskunlaşdırılmış və hər şeyi düşünən bilik indi oranı
səhralığa çevirib. Çox təəssüratlı və olduqca dəyişkən, artıq heç bir maneə tərəfindən
qarşısı alına bilməyən kütlə, görünür, ən qudurğan anarxiya ilə ən kobud istibdad
arasında daim tərəddüd etməyə məhkum edilib. Onlar bir sözdən çox asanlıqla coşur
downloaded from KitabYurdu.org
və onların birgünlük tanrıları, çox tez elə özlərinin də qurbanlarına çevrilirlər. Elə
görünür ki, kütlə acgözlüklə azadlığa can atır. Həqiqətdə isə onlar həmişə azadlığı
rədd edir və daim dövlətdən özləri üçün zəncirlər hazırlamağı tələb edir. Onlar ən
qaranlıq sektantlara və ən məhdud müstəbidlərə kor-koranə itaət edirlər.
Boşboğazlar, kütləni idarə etməyi arzu edənlər və çox vaxt elə onların da ardınca
gedənlər, səbirsizlik və əsəbilik yaradırlar, əsl müstəqil ruhlu hakimləri daim
dəyişdirməyə məcbur edərək, beləliklə, onları da hansısa hökmdara itaət etməyi
tərgitdirirlər. Dövlət, hansı nominal rejim olmasından asılı olmayaraq, tanrı hesab
olunur və bütün partiyalar ona müraciət edirlər. Ondan hər gün həyatın ən xırda
məsələlərinə toxunan və ən müstəbid rəsmiləşdirmələrə dair daha ağır nizama
salmalar və himayə tələb edirlər. Diqqət, təşəbbüskarlıq, enerji, şəxsi səylər və iradə
tələb edən gənclik, get-gedə daha çox karyeradan imtina etməyə başlayıb; ən xırda
məsuliyyət belə, onu qorxudur. Məhdud sahə funksiyaları, hansı ki, dövlətdən buna
görə məvacib alır, onu tamamilə qane edir.
Enerji və fəaliyyəti, dövlət adamlarında qorxunc, bəhrəsiz didişmələr, kütlədə –
günün sevinc və qəzəbi, təhsilli adamlarda isə – hansısa ağlağanlıq, zəiflik və qeyri-
müəyyən sentimentalizm və həyatın çətinlikləri barədə solğun müzakirələr əvəz edib.
Hər yerdə hüdudsuz eqoizm inkişaf edir. Nəhayətdə, hər kəs sonda yalnız özü ilə
məşğul olmağa başlayıb. Vicdan çox üzüyola olub, ümumi əxlaq aşağı düşür və
tədricən sönür. İnsan öz üzərində hakimiyyəti itirməyə başlayır. O, daha özünü idarə
edə bilmir; özünü idarə edə bilməyənlər isə çox tezliklə başqalarının hökmranlığı
altına düşürlər.
Əxlaqın enişi məhkəmə və notariat kimi sahələrdə müşahidə edildikdə, çox ciddi
hal alır, hansı ki, vaxtilə onlar üçün düzlük, hərbiçilər üçün igidlik kimi adi hal idi.
Notariatlara gəldikdə, əxlaq indiki zamanda onlar üçün çox aşağı səviyyəyə düşüb.
Həmin düşkünlüyün dərin simptomları, təəssüflər olsun ki, bütün latın xalqlarında
müşahidə olunmaqdadır. İtaliyanın dövlət bankları ilə bağlı qalmaqal, orada yüksək
siyasi xadimlər tərəfindən geniş yayılmış böyük məbləğlərdə oğurluqlar,
Portuqaliyanın müflis olması, İspaniyanın zəif maliyyə vəziyyəti, İtaliyanın qənaətbəxş
olmayan maliyyə vəziyyəti, Amerikanın latın respublikalarının dərin tənəzzülü təsdiq
edir ki, məlum xalqın xarakter və əxlaqı sağalmaz xəstəlikdən əziyyət çəkir və
dünyada onların rolu sona yaxınlaşır.
Bütün bunları əvəz etmək çox çətin iş ola bilərdi. Hər şeydən əvvəl bizim
acınacaqlı vəziyyətdə olan tərbiyəni dəyişdirmək lazımdır. O, hər cür təşəbbüsü və
hər cür enerjini zorla alır, hətta o kəslərdə ki, bu, irsən onlara verilib. O, intellektual
sərbəstliyin hər cür işartısını söndürür, gənclərə yalnız yeganə ideal olaraq
nifrətdoğurucu müsabiqələr təklif edir. Bu müsabiqələr isə yaddaşın
möhkəmləndirilməsindən başqa onlardan heç nə tələb etmir, nəticədə əqli inkişaf
hər şeydən üstün hesab olunmağa başlayır; lakin məhz kölə vərdişinə alışması, onu
fərdi və şəxsi səylər ifadə etmək sahəsində bacarıqsız edir. “Mən uşaqların qəlbini
dəmir kimi möhkəmliyə öyrədəcəm” – Böyük Britaniya məktəbini ziyarət edən nazir
Gizə pedaqoq belə demişdi. Hardadır latın xalqlarında eyni arzunu həyata keçirməyə
hazır olan pedaqoqlar və proqramlar?
downloaded from KitabYurdu.org
Xarakterin bu, ümumi enişi vətəndaşların özlərini idarə etmək bacarıqsızlığı və
onların eqoistcəsinə biganəliyi, başlıca olaraq, avropa xalqlarının əksəriyyətinin hiss
etdiyi çətinliklərdən qaynaqlanır – həm despotizmdən, eyni zamanda, həm də
anarxiyadan uzaq liberal qanunların hökmü altında
yaşamaqdan.
Belə qanunlara kütlənin rəğbət bəsləmədiyini asan başa düşmək olur, çünki
sezarizm onlara azadlıq vəd etməsə də, hansı ki, bu onları o qədər qayğılandırmır da,
köləlikdə, ən azı daha çox bərabərlik var. Əksinə, respublika qurumları ziyalı siniflər
tərəfindən böyük həvəslə qəbul oluna bilər, əgər əcdadların təsir etmək gücü lazımı
şəkildə dəyərləndirilərsə, bunu anlamaq elə də çətin deyil. Elə bu təsisatların
sayəsində hər cür üstünlük, xüsusilə də əqli sahədə, göstərmək üçün daha çox
imkanlar ortaya çıxmırmı? Hətta belə demək olar, mütləq bərabərlik arzulayanlar
üçün bu təsisatların əslində yeganə çatışmazlığı, onların qüvvətli əqli aristokratiya
formalaşmasına səbəb olmasıdır. Əksinə, xarakter və zəka üçün ən zülmkar rejim,
onun müxtəlif formalarında sezarizmdir. Yalnız o, çox asanlıqla aşağılarda
bərabərliyə, köləlikdə itaətkarlığa gətirib çıxara bilər. Təşəkkül tapmaqda olan
xalqların zəif tələbatlarına tez uyğunlaşdığına görə, yalnız tək ona imkan verilir, onlar
da ona tərəf geri dönür. Hansısa generalın ilk rast gəlinən sultanı onları onun yanına
aparır. Hansısa xalq buna çatdığı anda, deməli, onun zamanı çatıb, vaxtı tamamlanıb.
Bu, qədim əsrlərin həmin sezarizmi, hansı ki, tarix həmişə bütün sivilizasiyalarda,
onların ilk təşəkkülü və tənəzzüllərinin lap sonunda, müşahidə edib, indi aydın
təkamülə məruz qalır...
II fəsil
ÜMUMİ NƏTİCƏLƏR
Bu əsərin girişində onun özlüyündə yalnız qısa xülasədən ibarət, sivilizasiyaların
tarixinə həsr etdiyimiz cildlərin bir növ sintezi olduğunu qeyd etmişdik. Onu təşkil
edən hər bir fəslə əvvəlki əsərlərdən çıxarılan bir nəticə kimi baxmaq lazımdır. Ona
görə də onsuz da xeyli qısaldılmış ideyaları, bundan artıq yığcam etmək çox çətindir.
Buna baxmayaraq, zamanı dəyərləndirən oxucular üçün bu əsərin fəlsəfəsini təşkil
edən başlıca prinsiplərin çox qısa müddəalar şəklində təqdimatına cəhd etmək
istəyirəm.
– Anatomik əlamətlərdə olduğu kimi, irq, psixoloji əlamətlərdə də eyni
dayanıqlılığa malikdir. Anatomik növlər kimi, psixoloji əlamətlər də yalnız çoxəsrlik
toplananlardan sonra dəyişilə bilir.
– Anatomik növlərdə olduğu kimi möhkəm və irsi psixoloji əlamətlərə, mühitin
müxtəlif dəyişikliklərinin yaratdığı ikinci dərəcəli elementlər də qoşulur. Aramsız
yenilənən həmin elementlər, irqə zahirən dəyişilməsi üçün geniş meydan verir.
– İrqin psixoloji xüsusiyyətləri yalnız onu təşkil edən canlı varlıqların sintezini yox,
həm də onun yaranmasına kömək edən əcdadların sintezini təmsil edir. Hansısa
downloaded from KitabYurdu.org
xalqın müasir həyatında təkcə canlılar deyil, həm də ölülər üstün rol oynayır. Onlar
onun əxlaqının yaradıcılarıdır və onun davranışının qeyri-iradi mühərrikləridir.
– Müxtəlif insan irqlərini bir-birindən ayıran olduqca böyük fərqlər, bundan az
əhəmiyyətli olmayan psixoloji fərqlərlə müşayiət olunur. Hər bir irqi öz aralarında
ortalama müqayisə etdikdə, psixoloji fərqlər çox vaxt olduqca zəif nəzərə çarpır.
Yalnız müqayisəni hər bir irqin ən ali elementlərinə tətbiq etdikdə, onda böyük
fərqlər aşkar görünür. O zaman müşahidə etmək mümkündür ki, ali xalqları
ibtidailərdən ayıran başlıca fərq, birincilərin öz mühitlərindən xeyli sayda çox inkişaf
etmiş beyinlər ortaya çıxarmasıdır, hansı ki, ikincilərdə bu yoxdur.
– İbtidai irqləri təşkil edən fərdlər, öz aralarında aşkar bərabərliyə malikdilər.
İrqlər sivilizasiya pillələri ilə yüksəldikcə, onların üzvləri öz aralarında daha çox
fərqlənməyə cəhd edirlər. Sivilizasiyaların labüd nəticəsi – fərdlərin və irqlərin
təbəqələşməsidir. Beləliklə, xalqlar bərabərliyə doğru yox, böyük bərabərsizliyə
doğru gedirlər. – Hansısa xalqın həyatı və onun sivilizasiyasının bütün təzahürünü,
ruhunun sadə inikası təşkil edir, görünən əlamətlər görünməzdir, lakin çox real
şeylərdir. Kənarda baş verən hadisələr onun yalnız gizli məzmununu təşkil edən
görünən səthini təşkil edir.
– Nə hadisə, nə kənar hallar, nə də xüsusilə siyasi təsisatlar hansısa xalqın
tarixində əsas rol oynayır.
– Hansısa xalqın sivilizasiyasının müxtəlif elementləri, onun psixoloji
xüsusiyyətlərinin yalnız zahiri əlamətləridir, həmin xalqa xas olan məlum hiss və
düşüncə qabiliyyətlərinin izharı, dəyişikliyə uğramadan tamamilə fərqli psixoloji
xüsusiyyətlərə malik xalqa ötürülə bilməz. Yalnız zahiri, səthi və əhəmiyyəti olmayan
formalar ötürülə bilər.
– Müxtəlif xalqların psixoloji xüsusiyyətləri arasında mövcud olan dərin fərqlər,
ona gətirib çıxarır ki, onlar zahiri dünyanı tamamilə fərqli qəbul edirlər. Buradan belə
çıxır ki, onlar tamamilə fərqli hiss edir, düşünür və hərəkət edirlər, bir-birləri ilə
təmasda olduqları vaxt, aralarında bütün məsələlər üzrə fikir ayrılığı mövcud olur.
Tarixin gördüyü müharibələrin böyük hissəsi bu ziddiyyətlər üzündən baş verib.
İşğalçı, dini və sülalə müharibələri həmişə əslində irqi müharibələr olub.
– Müxtəlif mənşəli insanların bir araya gəlməsi, irqi yaradır, yəni özlüyündə
kollektiv ruh yalnız o vaxt formalaşır ki, əsrlərlə təkrarlanan çarpazlaşma yolu ilə və
bənzər mühitdə eyni həyat sürməklə, o, ümumi hislər, ümumi maraqlar və ümumi
inanclar qazanır.
– Sivil xalqlarda artıq təbii irqlər qalmayıb, tarixi şərait tərəfindən yaradılmış
yalnız süni irqlər mövcuddur.
– Yeni, mənəvi və fiziki mühit yalnız təzə yaranmış irqlərə dərin təsir göstərir,
yəni, qədim irqlərin qatışığında, çarpazlaşma əcdadlardan irsən alınmış cizgiləri
dağıdır. İrsiyyətlə mübarizə aparmağa yalnız irsiyyət qadirdir. O irqlərə, hansılarda ki,
çarpazlaşma hələ əlamətlərin möhkəmliyini məhv edə bilməyib, mühit yalnız dağıdıcı
təsiri göstərir. Yeni mühitə uyğunlaşması tələb edilən qədim irq dəyişikliklərə məruz
qalmaqdansa, ölməyi üstün tutur.
– Qazanılmış, möhkəm cəmlənmiş kollektiv ruh, məlum xalq üçün özlüyündə
onun əzəmətinin ən yüksək zirvəsidir. Həmin ruhun dağılması, həmişə onun eniş
downloaded from KitabYurdu.org
saatını göstərir. Yad elementlərin müdaxiləsi bu dağılmaya çatmaq üçün ən doğru
vasitələrdən birini təşkil edir.
– Psixoloji növlər də anatomik növlər kimi zamanın təsirinə məruz qalır. Onlar
həmçinin yaşlaşmağa və sönməyə məhkumdurlar. Həmişə çox ləng yaranan növlər,
əksinə çox sürətlə yox ola bilirlər. Reqressiv dəyişiklərə məruz qoymaq üçün, hansı ki,
nəticəsi çox vaxt tez məhv olmağa gətirib çıxarır, onların orqanlarının funksiyalarını
dərindən pozmaq kifayətdir. Müəyyən psixoloji xüsusiyyətləri qazanmaq üçün
xalqlara çox əsrlər lazım gəlir və onlar bəzən həmin xüsusiyyətləri çox qısa zamanda
itirirlər. Sivilizasiyaları ən yüksək pilləyə aparan yüksələn yol, həmişə çox uzun olur;
onları tənəzzülə aparan maillik isə çox vaxt olduqca qısa olur.
– Hansısa sivilizasiyanın təkamülü üçün başlıca amillərin sırasına xarakterlə
yanaşı ideyaları da qoymaq lazımdır. Onlar yalnız çox yavaş gedən təkamül
nəticəsində hislər kökündən dəyişildikdən sonra hərəkətə keçirlər. Həmin vaxt
etirazdan sığorta olunurlar və yoxa çıxmaları üçün olduqca uzun zaman tələb olunur.
Hər bir sivilizasiya az sayda olan, ümumqəbul olunmuş əsas ideyalardan təşəkkül
tapır.
– Dini ideyalar hansısa sivilizasiyanı idarə edən mühüm ideyalar arasında yerləşir.
Tarixi hadisələrin böyük əksəriyyəti bilavasitə dini inancların dəyişilməsi üzündən baş
verib. Bəşəriyyətin tarixi həmişə tanrıların tarixi ilə paralel gedib. Bu, bizim
arzularımızın uşaqları o qədər güclü hakimiyyətə malikdilər ki, hətta dünyanı
sarsıtmamaq üçün onların adı belə dəyişdirilə bilmir. Yeni tanrıların doğuşu həmişə
yeni sivilizasiyanın şəfəqlərinin başlanğıcını ifadə edir və yoxa çıxması isə
tənəzzülünü. Biz indi o tarixi mərhələdə yaşayırıq ki, müəyyən zaman üçün göylər boş
qalıb. Təkcə elə bu səbəbdən dünya dəyişilməlidir.
11 Ejen Melxior markiz de Voque – 1848-1910-cu illər fransız diplomatı, yazıçı-
səyahətçi, arxeoloq, mesanat, ədəbi tənqidşünas, Fransa Akademiyasının üzvü
Dostları ilə paylaş: |