Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 14. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri



Yüklə 261,08 Kb.
Pdf görüntüsü
səhifə14/48
tarix02.01.2022
ölçüsü261,08 Kb.
#47213
1   ...   10   11   12   13   14   15   16   17   ...   48
5f1ec61b95f10-61fe060649b3cf7c217f64a789765d135f1ec61b95f1e-333sCnmd7J2iN 6

Maddə 14. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri 

14.1.  Rayon,  şəhər,  şəhərdə  rayon  çağırış  komissiyaları  aşağıdakı  vəzifələri  yerinə 

yetirirlər: 

14.1.1.  çağırışçıların  tibbi  müayinəsini  təşkil  etmək  və  bu  Qanunun  15.2-ci  maddəsində 

nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək

14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək

14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa 

göstəricilərə görə səmərəli bölüşdürmək

14.1.4.  müvafiq  icra  hakimiyyəti  orqanının  say  bölgüsü  üzrə  çağırışçıları  müddətli  həqiqi 

hərbi xidmətin keçirilməsi yerinə göndərmək

14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa 

möhlət vermək və ya çağırışdan azad etmək. 

14.2.  Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun 

barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 

14.3.  Rayon,  şəhər,  şəhərdə  rayon  çağırış  komissiyasının  qərarları  ilə  razılaşmadıqda 

çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ 

vardır. 

Maddə  15.  Tibbi  müayinədən  keçməyin  məcburiliyi  və rayon,  şəhər, şəhərdə rayon 


Yüklə 261,08 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin