Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar



Yüklə 261,08 Kb.
Pdf görüntüsü
səhifə2/48
tarix02.01.2022
ölçüsü261,08 Kb.
#47213
1   2   3   4   5   6   7   8   9   ...   48
5f1ec61b95f10-61fe060649b3cf7c217f64a789765d135f1ec61b95f1e-333sCnmd7J2iN 6

Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar 

2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 

2.0.1. hərbi vəzifə — qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası 

vətəndaşlarının  hərbi  qeydiyyatı,  çağırışaqədərki  hazırlığı,  hərbi  xidmətə  çağırışı,  çağırış 

üzrə  və  könüllü  hərbi  xidmətkeçməsi,  ehtiyatda  olması,  toplanışlara  çağırışı  və  toplanış 

keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; 

2.0.2. hərbi xidmət — dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının 

Silahlı  Qüvvələrində  və  ya  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq 

yaradılmış  başqa  silahlı  birləşmələrdə  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  və 

müddətlərdə  Azərbaycan  Respublikası  vətəndaşlarının,  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir

2.0.3. ehtiyatda xidmət — toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış 

qayd

alarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir; 



2.0.4.  hərbi  uçot  —  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrini  və  Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi 

heyətlə  komplektləşdirmək  məqsədilə  çağırışçıların  və  hərbi  vəzifəlilərin  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada siyahıya alınmasıdır; 

2.0.5.  hərbi  qeydiyyat  —  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrini  və  Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi 

heyətlə  komplektləşdirmək  məqsədi  ilə  bütün  çağırışçıların  və  hərbi  vəzifəlilərin  yaşayış 

yeri  və  ya  olduğu  yer  üzrə  müvafiq  icra  hakimiyyəti  orqanında  qeydiyyata  alınmasıdır. 

Çağırışçıların  və  hərbi  vəzifəlilərin  hərbi  qeydiyyatının  aparılması  qaydası  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 




2.0.6.  hərbi  uçot  ixtisası  —  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrində  və  ya 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış  başqa  silahlı 

birləşmələrdə  həqiqi  hərbi  xidmətə  çağırılmalı  olan  (və  ya  qəbul  edilməsi  mümkün  olan) 

şəxslərin hərbi ixtisaslar üzrə istifadəsi mümkünlüyünün müəyyənləşdirilmiş qeydiyyatıdır; 

2.0.7.  çağırışaqədər  yaş  həddində  olan  vətəndaşlar  —  ilkin  hərbi  qeydiyyata  alınma  yaş 

həddində olan Azərbaycan Respublikasının vətəndaşları; 

2.0.8. çağırışçılar — ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi 

xidmət  keçməmiş  18  yaşından  35  yaşınadək  Azərbaycan  Respublikasının  kişi  cinsli 

vətəndaşları; 

2.0.9.  hərbi  qulluqçular  —  həqiqi  hərbi  xidmətdə  olan  şəxslər.  Həqiqi  hərbi  xidmətə 

çağırılmış  və  ya  könüllü  daxil  olmuş  şəxs  hərbi  qeydiyyatdan  çıxarılaraq  xidmət  etdiyi 

müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; 

2.0.10. hərbi vəzifəlilər — ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları; 

2.0.11.  hərbi  vəzifəli  olmayanlar  —  hərbi  qeydiyyata  götürülməli  olmayan  və  istefaya 

buraxılmış (keçirilmiş) Azərbaycan Respublikasının vətəndaşları; 

2.0.12.  hərbi  qeydiyyata  götürülməli  olmayanlar  —  Azərbaycan  Respublikasının 

vətəndaşlığı  olmayan  şəxslər,  sağlamlıq  vəziyyətinə  görə  həm  dinc  dövrdə,  həm  də 

müharibə  dövründə  hərbi  xidmətə  yararsız  hesab  edilmiş,  törədilmiş  ağır  və  ya  xüsusilə 

ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan 

məhrum  etmə  növündə  cəzaya  məhkum  edilmiş,  ehtiyatda  olmağın  son  yaş  həddinə 

çatmış  vətəndaşlar  və  qadın  vətəndaşlar  (hərbi-uçot  ixtisasına  malik  olan,  öz  razılığı  ilə 

hərbi qeydiyyata götürülən qadınlardan başqa). 




Yüklə 261,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin