Maddə 6. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması
6.1. Hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan
Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra
hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar.
6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən
onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi
müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə
edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab
edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb
müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər.
6.3. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin
qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və
təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri (bundan sonra
— təşkilatlar), müvafiq icra hakimiyyəti orqanı, yerli özünüidarə orqanları hər il sentyabr
ayının 1-dək müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan
vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.
6.4. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar
qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində
göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri
təqdim etməlidirlər:
6.4.1.
doğum haqqında şəhadətnamənin surəti;
6.4.2. ailə tərkibi haqqında arayış;
6.4.3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
6.4.4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
6.4.5. tərcümeyi-hal;
6.4.6. 6
ədəd 3x4 sm ölçüdə fotoşəkil.
6.5. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin
hərbi qeydiyyata alma komissiyasının qərarı elan edilir, onların hüquq və vəzifələri, ilkin
hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur və
forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş ilkin hərbi qeydiyyata
alınma haqqında vəsiqə verilir.
Dostları ilə paylaş: |