Maddə 4. Hərbi qeydiyyatın təşkili
4.1. Bütün çağırışçılar və hərbi vəzifəlilər hərbi qeydiyyata alınmalıdırlar.
4.2. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan
artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən aparılır.
4.3. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dostları ilə paylaş: