Maddə 23. Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə
23.0. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad
edilirlər:
23.0.1. fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;
2
3.0.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə
dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi
xidmətə yarasız sayılmış çağırışçılar;
23.0.3. 35 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət
keçməmiş çağırışçılar;
23.0.4. alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;
23.0.5. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı
olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya
müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.
Dostları ilə paylaş: |