Maddə 19. Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi
19.1. Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində
aşağıdakı şəxslər olan çağırışçılara verilir:
19.1.1. başqa övladı olmayan I qrup əlil ata, yaxud ana;
19.1.2. 3 və daha çox uşaq;
19.1.3. I qrup əlil arvad;
19.1.4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə
ana olmadıqda);
19.1.5. 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına
malik başqa ailə üzvləri olmadıqda.
19.2. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35
yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc
dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunur və ehtiyata keçirilirlər.
Qeyd: Bu Qanunun 19.1.5-
ci maddəsində nəzərdə tutulmuş «saxlamaq imkanına malik
başqa ailə üzvləri» dedikdə, çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və
ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan
qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur.
Dostları ilə paylaş: |