Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi
21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına
alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil
müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı
çağırışçılara möhlət yalnız bir dəfə verilir:
21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;
21.1.2. ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana
q
ədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;
21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər
tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;
21.1.4. ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali
təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara —
təhsilini bitirənədək;
21.1.5.
xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində
(bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil
alanlara müvafiq təhsilini bitirənədək.
21.2. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil
müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla
müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
21.3. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış
və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli
həqiqi hərbi xidmətə çağırılırlar.
Dostları ilə paylaş: |